Nida Təhlil
Xalqımızın bütövlük rəmzi: Xudafərin - Tarixçi alim körpünün önəmindən DANIŞDI
.jpg?v1758320381)
“Azərbaycanın hər qarış torpağının işğaldan azad olunmasının ciddi siyasi, tarixi, mənəvi əhəmiyyəti var. Azad olunan ərazilərdə yerləşən tarixi-mədəni abidələrimizin isə yenidən Azərbaycan xalqına, onun istifadəsinə, onunla təmasda olmaq imkanına qaytarılması xüsusi mənəvi, tarixi və elmi əhəmiyyət daşıyır”.
Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.
O bildirib ki, Xudafərin köropüsü üzərində Azərbaycan bayrağının ucaldılması, Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi mənəvi və elmi dəyərli bir hadisədir: “Bu cür maddi mədəniyyət nümunələri, mədəniyyət abidələri əsirlikdə qalırdı, işğal altında idi. Bəlkə də bəşəriyyət tarixində belə bir termionologiyanın yaranması da təəssüf doğuran haldır. Xudafərin körpüsünün Azərbaycanın tarixi, maddi mədəniyyəti, xalqının mədəni birliyi üçün çox böyük bir əhəmiyyatı var”.
F.Əhmədovanın sözlərinə görə, bu körpü orta əsr Azərbaycan ərazisində mövcud olan dövlətlərin yadigarıdır: “Buranı dövründə müdafiə xarakteri ilə tikilmiş abidə və mühüm kommunikasiya vasitəsi kimi də dəyərləndirmək olar. Ən önəmlisi isə həmin dövr bütöv Azərbaycanın simvoludur. Eyni zamanda Azərbaycanın memarlıq abidələrinin elementlərini özünü əks etdirən bədii baxımdan da əhəmiyyətli abidədir. Bu mənada Xudafərin körpüsünün azad edilməsi ilk olaraq Azərbaycan xalqı üçün bütövlüyümüzün rəmzi, mənəvi dəyərlərinin müştərək daşıyıcısı, bütöv Azərbaycan xalqının tarixinin ümumi yadigarı kimi olduqca əhəmiyyətlidir”.
Tarixçi alim qeyd edib ki, bu hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərina sahib çıxması olmaqla yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inişafına mühüm təkan verəcək hadisədir: “4 il əvvəl Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açdı. Ancaq o zaman bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu aqressiya ilə qarşılayırdılar. Ancaq Xudafərin körpüsü artıq bizdədir. Tarixi ədalət bərpa olunur. Buradakı strateji imkanlardan biz işğaldan azad olunan torpaqlarımız üçün istifadə edəcəyik”.
Akqabay Mıradov

-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı