Nida Təhlil
Ermənistan bu imkanlarının tükəndiyini görür və üçüncü ölkələrdən... - Vüsal Qasımlı
Fundamental iqtisadi qanunlar və hərbi xərcləmələr üzrə hesablamalar Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazım olduğunu göstərir.
Publika.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib.
Qasımlı bildirib ki, məhz buna görədir ki, artıq Ermənistan bu imkanlarının tükəndiyini görür və üçüncü ölkələrdən Ermənistana “humanitar yardım” adı altında silahların, maliyyə, ərzaq yardımlarının qanunsuz daşınması həyata keçirilir: "Lakin Ermənistanın qanunsuz silahlandırılmasına şərait yaradan və ya birbaşa dəstək verən ölkələr bu silahların erməni terrorçuları tərəfindən istifadəsini də nəzərə almalıdırlar. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi paraqrafla qeyd etdiyi “erməni terrorizmi” anlayışının mahiyyəti bu ölkələr tərəfindən dərindən dərk olunmalıdır.
Məhz buna görə də, Ermənistana yatırılan hər hansı sərmayə, verilən borc və pul köçürmələrinin birbaşa terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunması amili beynəlxalq ictimaiyyət tərəfindən diqqətdə saxlanılmalıdır. Ermənistanı maliyyələşdirən beynəlxalq təşkilatların infrastruktur investisiyaları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur və bu təşkilatların mandatına heç bir halda uyğun gəlmir. Digər tərəfdən, Ermənistanın maliyyələşdirilməsi birbaşa militarist iqtisadiyyata yatırılan sərmayədir. Belə ki, hərbi xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisi 10 faiz ətrafında olan Ermənistan dünyada ən çox hərbiləşmiş azsaylı ölkələrdən hesab olunur. Buna müvafiq olaraq, beynəlxalq təşkilatlar və üçüncü ölkələr Ermənistanın maliyyələşdirilməsi, bu ölkəyə hər hansı vəsaitin verilməsinin işğalın və terrorizmin maliyyələşdirilməsinə sərf olunduğunu nəzərə almalıdırlar".
-
Magazin103:43İlk onun "Maska"sı açıldı
-
ABŞ02:44Trampın təyyarəsinə hücum cəhdi - Helikopterlər havaya qalxdı
-
Region02:18Tehran qaranlığa qərq oldu - 150-dən çox qırıcı təyyarə ilə hücum dalğası
-
Qoroskop01:40Günün ulduz falı: Keçmişlə bağlı xatirələr canlana bilər
-
Hadisə00:25Şirvanda partlayış oldu: xəsarət alan var - Foto/Video
-
Sosial29 Mart 21:15Laçında 300 metr yüksəklikdə "gəzinti": Kanat yolu istifadəyə verilir - Video
-
MDB29 Mart 20:18Paşinyana hücum edənlər saxlanıldı - Video/Yeniləndi
-
Hadisə29 Mart 19:13Bakıda göl daşdı: hamı balıq tutur - Foto



































