Nida Təhlil
Rəşad Məciddən KÖVRƏK SÖZLƏR: Çox arzulayardım ki, ya Şuşada, ya da Ağdamda...
Noyabrın 10-da imzalanan Azərbaycan-Rusiya-Ermənistan dövlət başçılarının razılaşmasına əsasən, Ağdam rayonu ayın 20-də işğaldan azad olunmalıyıdı və oldu da. Torpaqlarımızın işğaldan azad olunmasına bütün azərbaycanlılar sevinir, amma bu gün ağdamalılar xüsusilə sevinir və bu sevinci kövrək duyğularla yaşayırlar. Çünki hər bir ağdamlı üçün oxuduğu məktəb, gəzdiyi yerlər çox doğmadır. Eləcə də uşaqlığı Ağdamda keçmiş yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid üçün o torpaqlar çox doğma, əzizdir.
Publika.az onunla müsahibəni təqdim edir.
- Rəşad müəllim, erməni silahlı qüvvələri Ağdamdan çıxarılıb. Uşaqlığı orada keçən biri kimi bu gün hansı duyğuları yaşayırsınız?
- Mən dünən sosial şəbəkələrdə Ağdam məscidindən çəkilmiş videoları gördüm. Onsuz da bilirdik ki, “ruhlar şəhəri” Ağdam dağıdılıb. Amma o videonu görəndə mənə çox pis təsir etdi. Çünki mən məscidin qabağındakı 4 mərtəbəli binada yaşamışam, uşaqlığım orada keçib, 1 nömrəli məktəbdə oxumuşam. İndi o yerləri kol-kos basıb. Viran qalmış o yerləri görəndə dünəndən bəri mən kövrək duyğular keçirirəm, (kövrəlir - red.) məni göz yaşları, qəhər boğur. Biz nə üçün belə namərdlə, düşmənlə qonşu olmuşuq?!
- Ağdamın işğaldan azad olunmasını bir tarixi gün kimi necə dəyərləndirirsiniz?
- Bu, böyük hadisədir. Azərbaycan Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun əzmkarlığı sayəsində böyük taixi qələbə qazandı. Allah bütün şəhidlərə rəhmət etsin. Mən yaralılara şəfa diləyirəm. Həmişə də demişəm ki, bu problemin bir həlli var, Ağdamı azad edəndən sonra 500 minlik, 1 milyonluq şəhər qurmaq. İnşallah, elə də olacaq, həm ağdamlıların, həm də Azərbaycan dövlətinin gücü sayəsində böyük bir şəhər salınacaq. Onunla da bu namərd qonşu problemi həll olunub, gedəcək. İnsan amili əsas rol oyanır. Elə bilirəm ki, həm Şuşanın, həm də Ağdamın alınmasında insanlarımızın göstərdiyi böyük ruh haqqı, ədaləti yerinə qaytaracaq.
- Rəşad müəllim, Siz özünüz Ağdama qayıdacasınız?
- Ağdamda bizim iki evimiz var idi, orada uşaqlığım keçib. Bizim Ağdamdan olan işçilər də var, Aydın Bağırov. O, elə can atır ki, getsin. Deyir, Ağdamda yaşayacam, çalışacam. Əlbəttə, mənim də taleyim Bakı ilə bağlanıb, amma mən çox arzulayardım ki, qocalığımı ya Şuşada, ya da Ağdamda keçirim. Allah qismət etsin, baxarıq.
- Məscidin, yaşadığınız yerlərin viran qalması ilə bağlı kövrək səsinizi eşitdim. Ermənilərin bu vəhişilikləri barədə düşüncələriniz nədən ibarətdir?
- Guya məscid orada yeganə sağ qalan yerdir. Məscidin içi dağılıb, amma görüntü üçün göstəriblər ki, biz məscidi dağıtmamışıq. Ancaq məsciddən bir az aralıda Ağdamın dram teatrı, “raykom”, “ispalkom” kimi əzəmətli binaları var idi. Məscidlə üzbəüzdə ilk dört mərtəbə bina var di ki, biz də orada yaşamışdıq, onun da yanında bizim oxuduğumz məktəb var idi, hamısı dağıdılıb. Bilirsiniz, insanın uşaqlığı keçən o məkanları, ilk dərsə getiyi məktəbi, sevdiyi yerləri 21-ci əsrdə elə viran qoymaq heç bir insani hissə sığmır, düşmən onu etməz. Ona görə, mən fikirləşirəm ki, bu, nə qədər namərd düşməndir ki, 21-ci əsrdə biz bu cür düşmənin vandalizminə, vəhşiliyinə məruz qalmışıq. Amma nə edibsə, beş qat artığı onun başına gələcək.
Şamo Emin
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar