Nida Təhlil
Ağdamın azad edilməsi yeni bir tarixdir - ŞƏRH
“Noyabrın 10-da imzalanmış bəyannamənin şərtinə görə, ermənilər işğal etdiyi Ağdam rayonunu bu ayın 20-də artıq boşaltmalydılar və həmin qrafikə uyğun olaraq Azərbaycanın əzəli torpağı, Qarabağın çox mühüm məntəqələrindən, hətta deyərdim ki, siyasi, inzibati anlamlarda mərkəz sayıla biləcək bir bölgəsi işğaldan azad olundu”.
Publika.az xəbər verir ki, bunu tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova üçtərəfli razılaşmaya əsasən, Ağdamın qansız, şəhid vermədən qaytarılması ilə bağlı danışarkən qeyd edib.
F.Əhmədov deyib ki, Ağdamın işğaldan azad olunması prosesi daha erkən dövrdə, yəni münaqişənin 30 il sürən müddəti ərzində gerçəkləşməli idi: “Buna baxmayaraq, erməni tərəfi hər dəfə beynəlxalq səviyyədə qəbul olunmuş qətnamələrə, sazişlərə əməl etmədən, həmsədrlərin apardıqları danışıqların nəticələrinə riayət etmədən Ağdam rayonunu işğaldan azad etmədi. Ağdamın işğaldan azad olunmasının yolu Azərbaycan Ordusunun müzəffər qələbəsindən keçdi. Şuşa şəhərinin azad olunması Azərbaycan üçün Vətən müharibəsinin gedişatında bir dönüş mərhələsi oldu. Şuşa azad olunmasaydı, Ağdam şəhərinin qansız azad olunması prosesi təbii ki, baş tutmayacaqdı. Onsuz da Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra az bir vaxt ərzində, hətta mən deyərdim ki, heç noyabrın 20-sinə kimi çəkmədən Ağdam rayonunu da azad etməyə qadir idi və bunun üçün çox az saylı günlər bəs edərdi. Lakin düşmən öz məğlubiyyətini anlayır. Artıq real olaraq müqavimət qabiliyyəti olmadığını dərk edib, müharibəni dayandırdıqda bəyanata imza atmalı oldu”.
F.Əhmədova vurğulayıb ki, Ağdam rayonunun işğaldan azad olunması 30 illik çəkilən həsrətin bir tərkib hissəsidir: “Ağdamın azad olunması bizim orada olan arxeoloji abidələrimizin yenidən bərpa olunması, elmi-tədiqat işləri üçün imkan yaradılması deməkdir. Çünki yaşayış məntəqəsi baxımından Ağdamda düşmən tərəfindən salamat qalmış bir tikili yoxdur. Düşmən faktiki olaraq orta əsrlərdə tətbiq olunan “yandırılmış torpaq” prinsipini tətbiq edib. Özündən sonra nəinki yaşayş, tikili məkanı qoymaq istəmir, hətta təbiətin verdiyi flora, faunanı məhv edərək, bölgədən çıxır. Yəni bu dərəcədə orta əsr prinsipləri ilə vandalizm aktları törədir. Bu baxımdan, bu gün bizim üçün Ağdamın torpağı işğaldan azad olunub və orada yaşayış üçün bir iz də qalmayıb, lakin Azərbaycan vətəndaşı üçün onun hər qarış torpağı qiymətlidir, əzizdir”.
H.Əhmədovanın sözlərinə görə, Ağdamın rayonunun işğaldan azad olunması təkcə orada yaşayan insanların, qəhrəmanlıq nümunələri göstərmiş, tarixi, elmi, hərbi, mədəni baxımdan önəmli xidmət vermiş yalnız ağdamlıların şad günü deyil, bu gün dünya azərbaycanlılarının şad günüdür ki, onun 30 il işğal altında qalmış ərazilərinin də bir hissəsi azad olundu: “Hətta mən deyərdim bu gün heç bir milli, dini mənsubiyyətindən asılı olmayaraq, təcavüzkarı dəstəkləməyən hər bir insan övladının şad olası bir gündür. Laçın torpaqlarının da işğaldan azad olunmasını səbirsizlikə gözləyirik”.
Şamo Emin
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi