Nida Təhlil
Paris küçələri niyə “qaynayır”? - Makron çıxılmaz vəziyyətdə
“Qlobal təhlükəsizlik haqqında” qanun layihəsində nəzərdə tutulub ki, polis işçilərinin şəkilləri, videoları çəkilib, sosial şəbəkələrdə yayılmasın. Hətta buna görə 45 min avro cərimə və 1 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Buna görə də insanlar Parisdə küçələrə axışıb, etiraz edirlər.
Publika.az xəbər verir ki, bunu noyabrın 21-də Fransa parlamentinə baxılması üçün təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz edən nümayişçilərlə bağlı danışan politoloq Sultan Zahidov deyib.
O qeyd edib ki, nəinki adi insanlar, bir çox mütəxəssislər, hətta “Amnesty International”, “Human Rights Watch”, “Beynəlxalq Sərhədsiz Repartyorlar” təşkilatı da bu etiraz aksiyalarında iştirak edirlər: “Eyni zamanda bu aksiyaları da onlar təşkil edirlər. Yəni onlar düşünürlər ki, bu, ilk növbədə informasiya azadlığına zidd qanundur. Çünki informasiya azadlığına məhdudiyyət qoyan qanun olduğuna görə insanlar azadlığı, insan hüququnu tətbiq edən bir dövlətdə bu cür qanunların verilməsini düzgün hesab etmirlər. Fransa hökuməti də bunu belə əsaslandırır ki, o polislərə qarşı ictimai qınaqlar olur, bu baxımdan onların şəkil və videolarını çəkmək düzgün deyil. Amma digər dövlətlərdə bu cür qanunlar yoxdur”.
S.Zahidovun sözlərinə görə, nümayişçilərin demək istədiyi odur ki, özü demokratiya təbliğatçısı olan bir dövlətin bu cür ziddiyyətli əməllərə yol verməsi demokratiyaya böyük xələl vuran, ləkə gətirəcək bir addımdır: “Onsuz da Prezident Emmanuel Makronun nüfuzu aşağı düşür, getdikcə bu kimi addımlar onun nüfuzunu daha da aşağı salacaq. Çünki artıq müəyyən dairələrdə düşüncələr yaranıb ki, Makron söz, mətbuat azadlığını məhdudlaşdırmağa cəhd göstərərək hakimiyyətini daha da möhkəmlətməyə çalışır ki, buna da birmənalı yanaşılmır. Fransada bundan əvvəl də dini nümayəndələrin azadlıqlarına məhdudiyyətlər qoyulacaq qanunların tətbiqi gündəmdə idi ki, bununla da bağlı din xadimləri nümayişlər həyata keçirirdi”.
“Fransada biz polisin qəddarlığını çox görmüşük. Həm “sarı jiletlilər” üsyanında, həm də son zamanlar baş verən nümayişlərdə xüsusilə qaradərililərə, müsəlmanlara qarşı polislərin ayrıseçkiliyini və qəddarlığını sezmək olur. Bu baxımdan o cür polisin qəddarlığını çəkib ictimai qınaq obyektinə çevrilməsindən təbii nə ola bilər ki?! İndi də bunun qarşısının alınması üçün qanun qəbul etmək istəyirlər. Bununla da bir daha Makron hakimiyyətinin demokratik azadlıqlara, insan hüquqlarına, informasiya azadlığına hörmət etmədiyini və ona laqeyd qaldığını görürük”, - politoloq əlavə edib.
Şamo Emin
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA