Nida Təhlil
İlham Əliyev öz vəzifəsinə çox böyük vicdanla yanaşır - RƏY
2020-ci ildə Azərbaycan ən böyük uğurlarını qazandı. İlin əvvəlindən başlayaraq ölkə iqtisadi islahatlar yolunu tutdu, geniş islahatlar paketi qəbul edildi. Bu islahatlar paketinə uyğun olaraq bir neçə şəhərdə sənaye parklarının yaradılmasına başlanıldı. Bir sıra dövlətlərlə müqavilə imzalanaraq taxta emalı və maşınqayırma sənayesinin əsası qoyuldu. Ən başlıcası ondan ibarətdir ki, ölkə ciddi siyasi islahatlara getdi. Mənasız kadr strukturlarının ləğv edilməsi, idarəetmənin çevik aparılması, idarəetmə aparatının az xərclə müsbət nəticələrə nail olunması həyata keçirilən ciddi islahatlar idi.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, il ərzində ölkə bu islahatları ardıcıl olaraq davam etdirib:
“İslahatların ən mühüm istiqamətini ölkədə rüşvət və korrupsiyaya qarşı aparılan amansız mübarizə təşkil edir. Ölkədə 2018-ci ildən bəri rüşvətə və korrupsiyaya qarşı başlayan mübarizə idarəetmə aparatının bütün sahələrini və yerli icra hakimiyyətlərini əhatə etdi. Bir sıra rayonların icra başçıları və onların ətrafında olan adamlar rüşvət aldıqları yerdə həbs edildi. Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyində də bu cür əməliyyatlar həyata keçirildi. Nazirliyin məsul şəxsləri rüşvət alarkən yaxalandılar. Bu proses ölkədə rüşvətə qarşı amansız mübarizə ili elan edilməsinə öz töhfələrini verdi. Bu da o deməkdir ki, ölkə Prezidenti rüşvətsiz və korrupsiyasız, qayda-qanunların hökm sürdüyü bir dövlət qurmaq istəyir və buna da nail olur. Bunun nəticəsidir ki, Vətən müharibəsində ordumuz böyük qələbə qazandı”.
Qabil Hüseynli qeyd edib ki, ilin ən mühüm hadisəsi Vətən müharibəsinin qələbə ilə başa çatdırılması oldu:
“İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqətin nəticəsidir ki, qısa müddətdə güclü ordu qura və onu ən müasir silahlarla təmin edə bildik. Azərbaycan Ordusu sözün həqiqi mənasında Ermənistanın dizini yerə vurdu. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və əldə etdiyi parlaq qələbələr nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu, Ali Baş Komandanın və Azərbaycan Ordusunun əldə etdiyi misli görülməmiş qələbə idi. Azərbaycan illərdir ki, bu qələbənin reallaşmasını həsrətlə gözləyirdi. Həm güclü ordu qurulması, həm qardaş dövlət olan Türkiyənin mənəvi dəstəyi dil-boğaza qoymadan özü ilə öyünən erməniləri darmadağın etməyə və işğal olunmuş torpaqlardan çıxarmağa imkan verdi. Bu gün Azərbaycan dünyada qüdrətli və nəhəng dövlət kimi tanınır.
Əminəm ki, işğaldan azad edilmiş torpaqların abadlaşdırılmasından sonra ölkəmizin potensialı daha da artacaq, regionun güclü dövlətlərindən birinə çevriləcək və bölgədə demək olar ki, heç bir məsələ Azərbaycanla məsləhətləşmədən həyata keçirilməyəcək. Bütün bunlar Prezident İlham Əliyevin 59 illiyi ərəfəsində qazandığı çox böyük nailiyyətlərdir. Bu, onu göstərir ki, İlham Əliyev öz vəzifəsinə çox böyük vicdanla və vətənpərvərliklə yanaşır. Ali Baş Komandan olaraq o, bütün bacarıq və gücünü ortaya qoydu, beləliklə də Azərbaycanın adını qalib xalqlar cərgəsinə yazdırdı. Azərbaycan dünyanın sürətlə inkişaf etməkdə olan ölkələrindən birinə çevrilməkdədir”.
Aytən Məftun
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır