“Özünə Qarabağ qazisi deyir, amma...” – Tofiq Yaqublunun gerçək üzü ortaya çıxdı
Bizi izləyin

Nida Təhlil

“Özünə Qarabağ qazisi deyir, amma...” – Tofiq Yaqublunun gerçək üzü ortaya çıxdı

Vətən müharibəsinin qalibi Azərbaycan, bu qalibiyyətin banisi ordunu arxasınca aparan Ali Baş Komandan İlham Əliyevdir. İlham Əliyev Azərbaycan tarixini dəyişdi, məğlubiyyət keçmişini bağladı və yeni qələbə səhifələrini yazdı. Bunu Azərbaycanda da, beynəlxalq ictimaiyyətdə də, hətta məğlub olan Ermənistanda da qəbul edirlər.

Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın qəhrəmanıdır. Bu, artıq aksiomadır. Bu aksiomadan Ermənistanla yanaşı, Azərbaycanda da narahatlıq keçirənlərin olduğunu görəndə təəssüf dolu suallar yaranır:

- Bir azərbaycanlı 30 illik işğala son qoyulmasını, Qarabağa qayıdışı niyə həzm edə bilmir?
- Bir azərbaycanlı Vətən müharibəsindəki zəfərimizi niyə 30 ildir Azərbaycan torpağını işğal altında saxlayan işğalçının kədəri qarşılayır?
- Və nə üçün belələri İlham Əliyevin Azərbaycana bəxş etdiyi zəfəri qəbul edə bilmir, klassik taktika ilə absurd ittihamlar irəli sürürlər?


Müxalifət adında iddia edən qüvvələrin son günlər Ali Baş Komandana qarşı isterik hücumları fonunda bu suallar önə çıxır.

Və bu suallara iki kontekstdə cavab tapmaq mümkündür:

- onlar üçün hakimiyyət sevdası Qarabağın azadlığından daha önəmlidir və Prezident İlham Əliyevin düşmən üzərindəki böyük qələbəsini öz siyasi ambisiyalarına təhlükə hesab edirlər;
- bu qüvvələrə komanda ölkə sərhədlərinin xaricindən verilib: Azərbaycanın zəfərini gözdən salın.


Özü Müsavat partiyasının üzvü olsa da, bütün enerjisini Əli Kərimlinin yolunda xərcləyən Tofiq Yaqublunun “ev tapşırığı” olduğu aydın sezilən iddiaları Vətən müharibəsini qalibliyyətlə bitirməyimizə qarşı hücumları aktullaşdırdı.

T.Yaqublu iddia edir ki, guya Vətən müharibəsinin ssenarisi Rusiyada yazılıb, Azərbaycan bunu icra edib. Onun Ali Baş Komandana qarşı iddiaları da məqsədin məhz qazanılan zəfəri kölgələmək olduğunu ortaya çıxarır.

Sosial şəbəkələrdə müzakirə olunan bu iddialara cavab verənlərdən biri hazırda Avropada yaşayan hərbi ekspert Yaşar Cəfərlidir.

Y.Cəfərli Tofiq Yaqubluya xitabən yazır ki, ordunu müharibəyə hazırlamaq ilk növbədə Ali Baş Komandanın görəvidir: “Müharibədən qalib çxmaq isə təkcə Ordu işi ilə bitmir. Özümüzə ədalətli mövqe tələb edirkən, başqalarına qarşı ədalətsiz olmayaq. Başqasının haqqını yeməyək ki, haqqımıza girməyə əllərinə bəhanə düşməsin. Ərazi bütövlüyümüzdən söhbət gedirkən mühacirət, demokratiya söhbətlərinin ortaya atmaq isə heç başa düşülən deyil... Orduda hər şey vahid komandanlıq prinsipinə söykənir. Ordu işində İlham Əliyevin uğurları danılmazdır. Ordudakı problemlərə görə Ali Baş Komandan məsuliyyət daşıdığı kimi, qələbəyə görə təşəkkür də onun halal haqqıdır. Onun uğurlarını xarici siyasətdə, qonşu dövlətlərlə münasibətdə də görürük... Müxtəlif mövzuları bir-birinə qatıb hər şeyi sıfırlamaq ədalətli yanaşma deyil”.

Avropada yaşayan hüquqşünas Rəşid Hacılı da Tofiq Yaqublunun iddiaları ilə razılaşmır. Qeyd edir ki, hətta Vətən müharibəsində Rusiyanın neytrallığını təmin etməyin özü belə böyük qəhrəmanlıqdır.

Amma Tofiq Yaqublu bütün iradlarla eyni aqressiya, eyni cümlə və eyni motivdə cavab verməyə davam edir və bu detal da sübut edir ki, o, tapşırıq yerinə yetirir, sərhədlərin xaricindən Milli Şuraya gələn və Milli Şuranın ona verdiyi tapşırığı.

Məsələ münasibət bildirən Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev hesab edir ki, Vətən müharibəsi haqqında bu cür düşüncə, bu cür ittiham irəli sürənlər Azərbaycan xalqının düşmənidir.

“Mən Tofiq Yaqublunun fəaliyyətini izləmirəm, lakin son dövrlər eyni gündə, eyni saatda konkret adamlar konkret mövzunu şişirdir, eyni adamları hədəfə alır. Aydındır ki, məqsəd Azərbaycanı zəfərinə kölgə salmaq cəhdidir. Bu cür adamlar konkret mərkəzlərdən təlimat alırlar. Hesab edirəm ki, onlar Azərbaycan xalqının düşmənidir”, - deputat bildirib.

R.Nurullayev qeyd edib ki, müxalifət düşərgəsində müəyyən qüvvələr kampaniya xarakteri daşıyan iddialar ortaya atırlar: “Halbuki, həmin qüvvələrin Qarabağın qaytarılmasına ümidləri itmişdi və hesab edirdilər ki, İlham Əliyev bir kəndi belə qaytara bilməz. Şəxsən mən də müxalifət partiyasının sədri kimi torpaqlarımızın qaytarılacağına ümidimi itirmişdim. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun 44 günlük əməliyyatı şok effekti yaratdı. Buna sevinirən və sərtaltı məna axtarmıram, təftiş etmirəm. Bu zəfərin, bu siyasətin mərkəzində ölkənin birinci şəxsi dayanır. Qarabağın azadlığı ilə bağlı geosiyasi vəziyyəti yetişdirən İlham Əliyevdir. Onun haqqını dananlar özləri haqsızdırlar. Lakin bu qüvvələr üçün heç nəyin mənası, dəyəri yoxdur. Hətta İlham Əliyev Azərbaycan bayrağını İrəvanda sancsaydı, onlar yenə əks danışacaqdılar. Bu qüvvələrin birbaşa Azərbaycan xalqına qarşı olduğu ortadadır”.

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov isə hesab edir ki, özünə Qarabağ qazisi deyən Tofiq Yaqublunun bütün işi, fəaliyyəti aqressiyaya, qaragüruha köklənib və həyatını Azərbaycanın uğurlarını qaralamağa həsr edib: “Ona tövsiyə edərdim ki, bu fəaliyyətinə son qoysun, belə davam edərsə, öz yaxınları, qohumları, ətrafı ona qarşı çıxacaq. Çünki bu zəfər siyasi düşüncəsindən asılı olmayaraq, Azərbaycanın hər bir fərdinin, hər bir vətəndaşının zəfəridir, bütün xalq bu zəfərin qazanılmasında iştirak edib və bu tarixi qələbənin başında Prezident İlham Əliyev dayanır. Bunu danmaq, yaxud qaralamaq mümkün deyil”.

A.Abdulkərimov qeyd edib ki, 10 noyabr razılaşmasından sonra həm ölkə daxilində, həm xaricində Azərbaycanın qələbəsinə kölgə salmaq cəhdləri müşahidə olunur: “Bu qüvvələri ən çox narahat edən məqam zəfərin başında niyə İlham Əliyevin olmasıdır. Hətta Vətən müharibəsinin getdiyi vaxtda özlərinə siyasətçi deyən marionet qruplar el dili ilə desək, Allaha dua edirdilər ki, ordumuz bir addım da olsa geri çəkilsin. Çünki ordumuzun düşməni əzməsi, qalib gəlməyimiz bu qrupların siyasi ambisiyalarına uyğun gəlmirdi. Ali Baş Komadan sona qədər getdi, Ermənistanı kapitulyasiyaya məcbur etdi və tarixi qələbə qazandıq. İndi bu qruplar narahatdırlar. Tofiq Yaqublu da görünür verilən tapşrığa uyğun hərəkət edir. Halbuki, özünə siyasətçi deyən birisi xalqın qələbə sevinci yaşadığı bu günlərdə belə yersiz, düşük açıqlamalar verməz. Müşahidə edirik ki, artıq Avropada yaşayan bir sıra siyasi fəallar da Tofiq Yaqublunun bu iddialarına qarşı çıxırlar. Çünki Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız böyük zəfəri danmaq mümkün deyil. Bu qələbə iqtidar-müxalifət məsələsi deyil, bu Azərbaycan dövlətinin, xalqının zəfəridir. Bu zəfərə qarşı çıxmaq da Azərbaycan dövlətinə, xalqın, ordusuna qarşı çıxmaq deməkdir”.

Tofiq Yaqublu kimilərsə siyasi ambisiyaları və verilən sifarişi yerinə yetirmək üçün Azərbaycan dövlətinə də, xalqına da, ordusuna da, bu ordunun Ali Baş Komandanına da qarşı çıxırlar. Və aydın olur ki, onlar üçün siyasi maraqları şəhidlərin qanından belə üstündür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm