Nida Təhlil
Müharibə dövründə yaranan dialoq öz nəticəsini verdi - Fəzail İbrahimli
“Təbii ki, cənab Prezidentin dediklərinə şərh vermək mümkün deyil, çünki onun hər bir sözünün, fikrinin arxasında strateji addımlar dayanır. Ölkə başçısının yeritdiyi siyasət nəticəsində Azərbaycan cəmiyyəti o qədər monolit formada yumruq kimi birləşib ki, indi bir xalq obrazı var. Həmin yumruq bizim simvola çevrilib. Bu da millətin varlığını müəyyən edən amildir. Dövlətin taleyini müəyyən edən əsas, vacib atributlardan biridir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli Prezident İlham Əliyevin 6 yanvarda ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O vurğulayıb ki, peşəsindən, siyasi mövqeyindən, maddi durumundan, hansı regionda yaşamasından asılı olmayaraq, bu gün hər bir vətəndaşımız bir məqamı anlamalıdır ki, millət, xalq, dövlət kimi Azərbaycanın bütün nicatı özündədir:
“Gedən 30 illik prosesdə bir daha gördük ki, bizim özümüzdən başqa güvənə biləcəyimiz müsəlman dövlətləri mövcuddur. Bizim qardaş Türkiyəmiz, islam qardaşlığı müstəvisində Pakistanımız var. Amma bütün bunları kənara qoysaq, ən vacibi daxili sabitlikdir. Bu dediyim dövlətlərin bizə münasibəti o zaman tam nəticə, uğur verə bilir ki, ilk növbədə içərimizdə yumruq kimi birləşək. Bu, birinci və həlledici amildir”.
Fəzail İbrahimlinin fikrincə, bunun üçün cəmiyyətdə “ördək, balıq və xərçəng münasibətləri” olmamalıdır: “Yəni, hərə bir tərəfə çəkməməlidir. Bu proses Azərbaycanda təxminən müharibə ərəfəsində başlandı. Müharibə dövründə yaranan dialoq öz nəticəsini verdi. Bütün siyasi partiyalar dövlət başçısının apardığı siyasi xətti dəstəklədi. 50 partiya vahid mövqeyini ortaya qoyaraq imza atdı. Burada haqq işini dəstəkləmək, millətin taleyi ilə bağlı məsələlərdə öz mövqeyini ortaya qoymaq var idi. Həmin dialoq bu gün də davam edir”.
Milli Məclisin sədr müavini hesab edir ki, Azərbaycanda siyasi ab-hava kifayət qədər dürüstdür. Deputatın fikrincə, burada bir məqamı da nəzərə almaq lazımdır:
“Vaxtilə Azərbaycan 20 faiz torpağı işğal olunan bir dövlət idi. ATƏT-in Minsk qrupu həmsədrlərinin ağzından çıxan hər bir sözə ehtiyac duyan bir dövlət hesab olunurdu. Ümidini yalnız hüquq müstəvisində bu məsələnin həllinə bağlayırdı. Dünya dövlətlərinin boy sırasında siyasi, iqtisadi cəhətdən yeri olan, amma zəif və bəstəboy görünən bir dövlət təsiri bağışlayırdı. Yəni, bu müstəvidə bəstəboy bir dövlət... Azərbaycan bütün bu sindromları qırdı, müharibə aparmaqla dünya erməniçiliyinə zərbə endirdi.
Zəfər paradından bir məqamı deyim, cənab Prezident bütün dünyaya bəyan etdi ki, mənim dövlətim qüdrətlidir, mən haqqımı bərpa etmək istədim və buna nail oldum. Yəni, mənim dünya dövlətlərinin sırasında durmağa tarixim və haqqım var. Millətim qədim millətdir, dövlətim də qədim dövlətçilik tarixinə malikdir. Eyni zamanda, həmin paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Can Laçın” deməyi ilə iki liderin düşüncə və söz harmoniyasında nəyə nail olundu? – Dəfn etməkdə olduğumuz erməniçilik düşüncəsinə və “böyük Ermənistan” ideologiyasının tabutuna sanki sonuncu mıx vuruldu. Bax, bu, bizim ən böyük qələbəmiz oldu”.
Professorun sözlərinə görə, möhtəşəm qələbəmizdən sonra böyük dövlətlərin canına üşütmə düşdü:
“Bir çoxunu qaşınma tutdu. Fransada əvvəldən axıracan matəm marşı çalındı. Məlum oldu ki, dünyada həlledici amil demokratiya yox, gücdür. Haqqı, ədaləti tapdaladılar, amma Azərbaycanı tapdalamaq mümkün olmadı. Azərbaycan ayaq üstədir. İndi Azərbaycanın qarşısında duran bir nömrəli vəzifə bu siyasi sabitliyi qoruyub saxlamaqdır. Bir haşiyə çıxım, hətta müharibəyə qədər də Azərbaycan dünyaya nümunə olan bir dövlət idi. Təsəvvür edin, İranda tələbə hərəkatına rəvac verilir, ölkəni qarışdırıb orada hakimiyyəti öz xeyirlərinə dəyişdirmək üçün... Türkiyə dövlət çevrilişinə qədər nələrdən keçdi. Müsəlman dünyasına fikir verin, həmin o demokratiya adı ilə qanın içinə qan-qada gətirildi. Azərbaycanda isə sabitlik, əmin-amanlıq var”.
Millət vəkilinin fikrincə, bu sabitlik bütün dünyaya bir nümunədir: “Bu sabitlik bizi qələbəmizə aparan yolda, siyasi partiyalarla dialoqda da əsas və həlledici amildir. Yəni, hər şey sivil, qanunlar daxilində, güc tətbiq etmədən həll olunur”.
Tural Turan
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var