Nida Təhlil
Erməni diasporunun iflası: Daşnaksutyun erməni lobbisini “yararsız” elan etdi
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Dağlıq Qarabağda döyüşlərin dayandırılması ilə bağlı razılaşma əldə olundu.
Bu anlaşmaya fərqli dövlətlərin fərqli münasibətləri var. O cümlədən Ermənistan və Azərbaycanda da bu anlaşmanın tərəfdarları və əleyhdarları mövcuddur.
Azərbaycanda formalaşmış əsas fikir ondan ibarətdir ki, bu anlaşma ilə 30 ilə yaxın davam edən və ermənilərin xeyrinə işləyən status-kvo pozuldu. 5+2 rayonu qaytarmaqla Dağlıq Qarabağa müstəqil dövlət statusu almaq xülyası ilə yaşayan ermənilər “Qaliblər mühakimə olunmur” prinsipini rəhbər tutaraq hərəkət edirdilər. Ancaq Ali Baş komandanın əmri ilə hərəkətə keçən Azərbaycan Ordusu 44 gün ərzində düşməni darmadağın etdi və 5+2 formulunu ermənilərin əlindən aldı. Demək olar ki, ölkənin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın inkişafını tormozlayan əsas problem ortadan qaldırıldı. Pessimistlər isə əsasən Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olması məsələsinə vurğu yapırlar və bunu Azərbaycanın suverenliyinə qəsd kimi dəyərləndirirlər. Əlbəttə, təhlükənin bu dərəcədə şişirdilməsi siyasi maraqlardan doğur və bu yanaşma xalq tərəfindən o qədər də ciddi qarşılanmır. Türkiyə hərbi kontingenti Qarabağa daxil olduqdan sonra isə bu arqument çəkisini nəzərə çarpacaq dərəcədə itirdi.
Sözügedən anlaşma ermənilərə isə sonsuz sarsıntı və şok yaşatdı. Bədnam qonşumuz üçtərəfli anlaşmanı “Ermənistana qarşı çıxarılmış ölüm hökmü” adlandırır.
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun qanadlı ifadəyə çevrilmiş belə bir fikri var: "Ermənistan Rusiya üçün tutacağı qırılmış çamadan kimidir, atmağa əlin gəlmir, qulpsuz çamadanı daşımaq isə çətindir". Bu fikir Ermənistanla Rusiya arasındakı münasibətləri obrazlı şəkildə son dərəcə dəqiq əks etdirir.
Ermənistan hazırda təkcə Rusiya üçün yox, bütövlükdə Qərb üçün, hətta İran üçün “qulpsuz çamadana” dönüb. Bu həqiqət o qədər qabarıq şəkildə ortadadır ki, erməni mediası artıq bu barədə tam çılpaqlığı ilə yazır.
Nümunə üçün ermənilərin “armenianweekly.com” saytına nəzər salaq. Qeyd edim ki, bu sayt ABŞ-da yuva qurmuş Daşnaksütyun partiyasının orqanıdır. Yəni, radikal millətçi baxışların təbliğatçısıdır. Saytda gedən “Our Useless Diaspora, Our Future Armenia” (Yararsız diasporamız, bizim gələck Ermənistan) adlı məqalədə Apo Sahagian yazır ki, nəhayət illərlə içimdə gəzdirdiyim şübhələrin özünü doğrultduğunu başa düşdüm: "Əgər səmimi olsaq, etiraf etməliyik ki, bizim diaspora yararsızdır. Çünki çox sayda erməni etirazçı Los Anceles, Paris və Qüds küçələrinə axın edərkən, türklər Hadrutu ələ keçirdilər. Çünki diaspor üzvləri ehtiraslı şəkildə dünyada lobbiçilik edərək səs-küy salarkən türklər Şuşa darvazasının qarşısına çatdılar. Hər diaspor üzvü sosial şəbəkədəki səhifələrini müharibəyə həsr etmişdi. Ancaq bu da bir işə yarımadı. Əksinə, Şuşa bizdən daha da uzaqlaşırdı. Bir həftə əvvəl Şuşadakı Qazançı kilsəsində yandırdığım şam da depressiyaya düşmüş bir xalqın cavabsız duaları kimi qaranlığa qərq oldu".
Məlumat üçün deyim ki, Apo Sahagian Amerikada yaşayan musiqiçidir. O, digər diaspor üzvləri ilə birlikdə İkinci Qarabağ Müharibəsində iştirak etmək üçün Xankəndinə gəlib. Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Və türklərə qarşı düşmən münasibətdə olan belə birisi etiraf edir ki, erməni diasporu yararsızdır. Doğrudan da yararsızdırmı?
Tarixə bir nəzər salaq. 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktı qəbul edildi. 907-ci düzəliş adlanan bu sənədə əsasən Amerikanın Azərbaycana birbaşa dövlət yardımı göstərməsi yasaq elan olundu. Düşünün, ermənilər Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal edir, seçki yolu ilə iqtidara gələn AXC hökuməti bu işğala müqavimət göstərməyə çalışır. Belə bir məqamda Amerika Konqresi ortadakı reallıqları heçə sayaraq erməni lobbisinin sifarişi ilə belə bir qərar verir...
Başqa bir məqam: Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri və ABŞ-ın Azərbaycandakı səfiri olmuş (2010-2012) Metyu Brayza (Matthew Bryza) məsələsi də yaddaşlardadır. Metyu Brayzanın Türkiyə əsilli Zeyno Baranla evli olması Amerika erməni lobbisini hərəkətə gətirdi. Ermənilər Azərbaycana simpatiyası ilə seçilən Metyu Brayzanın səfir kimi Bakıda fəaliyyət göstərməsinə imkan vermədilər. Barak Obama administrasiyası ermənilərin təzyiqi altında Metyu Brayzanı Bakıdan yarımçıq geri çağırmalı oldu.
Donald Tramp dönəmində isə erməni lobbisinin beli qırıldı. Amerikanın 25 ştatında rəsmən fəaliyyət göstərən erməni diasporunun bütün səylərinə baxmayaraq rəsmi Vaşinqton hər il Azərbaycana 120 milyon dollar hərbi yardım göstərdi. Ermənistana isə nümayişkaranə şəkildə məhəl qoymadı.
Ermənilər Co Bayden administrasiyasına böyük ümidlə baxırdılar. Ancaq son olay da erməniləri pərt vəziyyətdə buraxdı. Belə ki, yanvarın 27-də Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşüb. Amerika səfirinin həmin görüşdə səsləndirdiyi bəzi fikirlər erməniləri hövsələdən çıxarıb. Xüsusən cənab səfirin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı təbriki erməniləri çıxılmaz vəziyyətdə qoyub. Cənab səfir ABŞ-ın azad olunmuş Azərbaycan ərazilərində həyata keçiriləcək layihələrdə yer almağa hazır olduğunu bildirib. Amerika Erməniləri Milli Komitəsinin icraçı direktoru Aram Hamparian bu məsələ ilə bağlı təbliğat kampaniyasına başlayıb. Artıq erməni lobbisinin qulluğunda olan bəlli konqresmenlər, senatorlar estafeti erməni lobbisindən alaraq irəli şığıyıblar.
Ermənilər özlərinə təsəlli vermək üçün deyirlər ki, ABŞ-ın Azərbaycandakı səfirini Donald Tramp təyin edib. Co Bayden administrasiyası tezliklə onu geri çağırmalıdır. Əlbəttə, bu, ciddi söhbət deyil. Səfir, xüsusi ilə ABŞ səfiri dövlətin maraqlarına söykənir və yeridilən rəsmi siyasi xəttin ifadəçisi kimi çıxış edir.
O da faktdır ki, Azərbaycan gücləndikcə ABŞ-ın da ona olan münasibəti sürətlə müsbətə doğru dəyişir. Çünki Amerikanın maraqları bunu tələb edir.
"Mədəni" dünyanın şok səssizliyi bizi qəzəbləndirir, eyni zamanda bu səsizlik ermənilərə kritik bir mesaj verir... Gürcüstan Qərbə faydalı oldu. Azərbaycan İsrail və Türkiyə üçün gərəklidir. Ermənistan kimə lazımdır? Bu suala müsbət cavab vermək çətindir”. Erməni müəllif yazır ki, Rusiya Ermənistana vassal kimi baxır, məhz bu statusda ona kömək edir: "Aydındır ki, Rusiya Ermənistanın güclü bir dövlətə çevrilməsini istəmir. Ancaq Türkiyə və İsrail isə Azərbaycanın güclənməsində maraqlıdır. Azərbaycanın Türkiyə və İsrail kimi sadiq dostları var. Ermənistana isə canı yanan çoxdur. Ancaq bu, bir işə yaramır. Ermənistana həqiqi müttəfiqlər lazımdır. Həqiqi müttəfiqlər əldə etmək üçün isə Ermənistan güclü dövlət olmalıdır".
Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, Rusiyanın Ermənistana münasibəti ilə bağlı müəllifin dedikləri sabiq prezident Robert Köçəryanın (1998-2008) fikirləri ilə üst-üstə düşür: ”Özünü müdafiə edə bilməyən bir ölkənin statusu nədir, bilirsinizmi? Strateji müttəfiqdən Rusiyanın protektoratına çevrildik”.
Müəllif ermənilərin ən böyük bəlalarından bir olan demoqrafik vəziyyətdən də söhbət açır. Qeyd edir ki, ən yaxşı vaxtda Dağlıq Qarabağda 160 min erməni yaşayırdı: "Ermənilər arasında doğum faizinin fəlakət həddində aşağı olması əlimizdə olan torpaqların sıx şəkildə məskunlaşmasına imkan vermədi. Həm də biz ermənilər ABŞ, Fransa, Rusiyada rahat yaşamaqla Dağlıq Qarabağı türklərin hücumundan qoruya bilmərik. Biz ermənilər vətən dediyimiz ərazilərdə yaşamalıyıq"...
Ermənilər təkcə Rusiya və ABŞ-dan narazı deyillər. Başqa ölkələrlə bağlı bu kimi giley-güzarları da az deyil. Məsələn, yazırlar ki, İtaliya Avropada Azərbaycanın strateji müttəfiqinə çevrilib. İş o yerə çatıb ki, İtaliya "G-20" (20 inkişaf etmiş ölkə rəhbərinin görüşü) tədbirinə Azərbaycanı da dəvət edib. Ancaq heç Ermənistanı yada salmayıb da. Halbuki balansı gözləmək lazım idi.
Ermənilər absurd ittihamlar səsləndirməkdən də çəkinmirlər. Yazırlar ki, Azərbaycan İtaliyanın dostluğu satın alıb. Belə ki, Romada aparılan arxeoloji qazıntılara Azərbaycan 1 milyon avro ayırıb.
Təbii ki, İtaliya kimi inkişaf etmiş bir ölkənin 1 milyon avroya görə Azərbaycanla dostluq etdiyini düşünmək ağılsızlıqdır.
Ermənilər heç cür sadə bir həqiqəti başa düşə bilmirlər ki, qələbəyə şərik çıxanlar çox olur, məğlub isə həmişə yetim qalır. Obrazlı şəkildə desək, ermənilər bu acı məğlubiyyətdən sonra “yetim qaldıqlarının” fərqindədirlər. Yəni, ortada olan bu isterika, bu paranoya bundan qaynaqlanır...
Elbəyi Həsənli - musavat.com
Armenians should not confuse allies and empathy (armenianweekly.com)
Our Useless Diaspora, Our Future Armenia (armenianweekly.com)
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO