Nida Təhlil
İstanbul Konvensiyası: Türkiyənin imtinası, Azərbaycan üçün risklər
Türkiyə İstanbul Konvensiyasından imtina etdi. Rəsmi açıqlamada bildirilir: “Qadınların hüquqlarının qorunması üçün nəzərdə tutulan Konvensiyanı bir qrup adam mənimsəyərək homoseksualizmi norma kimi təqdim etməyə çalışır, bu isə Türkiyənin ailə və sosial dəyərləri ilə bir araya sığmır”.
Sənəd ətrafında eyicinsliliyin norma kimi təqdim edilməsi ilə bağlı müzakirələr, mübahisələr davam edir. Kimin nə qədər haqlı olduğunu konvensiyanı incələyən hüquqşünaslar, yaxud sosioloqlar deyə bilər, amma bu gerçəkdir ki, konvensiya üzərindən “qadın haqları və LGBT haqları ayrılmaz məsələdir” kampaniyaları mütəmadi olaraq aparılıb.
Burada maraqlı olan məsələnin siyasi tərəfi, Türkiyənin 2011-ci ildə İstanbulda qəbul olunan Konvensiyadan niyə indi imtina etməsi, LGBT üzərindən geosiyasi oyunların qurulması, bundan sonra nələrin olacağıdır.
Ölkələr üzərində müdaxilə siyasəti yeni formasiyada meydana çıxır: LGBT hüquqları...
Proses 2015-ci ilin 26 iyun tarixində ABŞ Konstitusiya Məhkəməsinin eynicinsli nikahı rəsmiləşdirən qərarı ilə açıq fazaya keçdi. Obama bunu “bərabərlik mübarizəsində böyük məsafə qət edildi” deyə qiymətləndirdi, dövlət katibi Con Kerri “Məhkəmənin qərarı dünyanın bütün nöqtələrinə çatdırıldı. Ayrı-seçkiliyi qəbul edən heç bir qanun ədalətin qarşısına keçə bilməz” sözləri ilə dünya ölkələrinə gələcəyin necə olacağının mesajını verdi.
Bu, demokratiya üzərindən müdaxilənin yeni formasiyada həyata keçiriləcəyinin xəbərçisi idi. Bir il sonra, 2016-cı ilin 12 iyununda əfqanıstanlı Ömərin Mayamidə “Pulse” gecə klubuna silahlı hücumunun arxasındakı səbəblərdən biri də bu prosesin davamı, “Overton pəncərəsi”nin Şərq dünyasında hələ də ilişib qalan “radikal” mərhələsinin keçidini sürətləndirmək cəhdi idi.
Trampın dövründə respublikaçıların müdaxilə siyasətinə soyuq münasibəti prosesin inkişafını arxa plana keçirsə də, vitse-prezident olduğu vaxt LGBT hüquqlarının qorunmasının mədəni xalqların əlaməti təqdim edən, bunun milli mədəniyyətlərdən, sosial ənənələrdən yüksək olduğunu deyən, 2016-cı ildə öz evində eynicinsli cütlüyün nikah mərasimini keçirən Co Baydenin prezidentliyi dövründə yenidən aktivləşir. Çünki:
1. ABŞ-ın demokratiya ixracı artıq müdaxilə siyasəti kimi qəbul olunur;
2. Cəsarətli siyasətçi, yaxud fəal tapmaq həmişə asan olmur, amma hər ölkədə LGBT üzvü tapmaq olar;
3. LGBT hüquqlarını “müdaxilə siyasəti” kimi yox, təbii hal kimi təqdim etmək mümkündür;
Dövlət katibi Entoni Blinkenin “Vaşinqton bundan sonra rejimləri devirərək demokratiyanı güclə yeritməkdən əl çəkəcək, bunu başqa cür, islahat və demokratiya cəhdlərində nümunə olmaqla edəcək” açıqlamasını da bu cür oxuya bilərik: Amerika demokratiyanın kornalann imicini düzəltmək, başqa ölkələr üçün nümunə olmaq istiqamətində hərəkət edəcək və başlıca nümunələrdən biri məhz LGBT hüquqları olacaq.
LGBT hüquqları yeni siyasi təzyiq trendinə çevrilir. Türkiyənin məhz indi İstanbul Konvensiyasından çıxması, əvəzinə “Ankara Konsensusu”nu hazırlaması da mümkün təhlükələrə qarşı önləyici addım hesab oluna bilər.
Bütün bunların fonunda Azərbaycanda LGBT hüquqlarının feminizm üzərindən legitimləşdirilməsi ssenariləri diqqət çəkir. Niyə məhz feminizm?! Bu suala cavab axtarışları ailə instituna qarşı mümkün riskləri də görməyə imkan verə bilər.
Məsələ feminizm, yaxud homofobiya deyil, bunlar üzərindən həyata keçirilən siyasətdir...
Asif Nərimanlı
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
-
İdman04:30Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
-
ABŞ02:00Həftəsonu nə baş verəcək? - Trampdan anons







































