Nida Təhlil
Bu, Azərbaycanın tolerantlığının göstəricisidir - Şərh
“İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası çox yaxşı addımdır. Xüsusilə də Şuşada Heydər Əliyev Fondu tərəfindən bunun həyata keçirilməsi alqışalayiq haldır. Bu, tariximizin bərpası baxımından olduqca əhəmiyyətlidir”.
Bu sözləri Publika.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, Azərbaycan multikultural dövlətdir və multikultural siyasət yürüdür: “Cənab Prezident İlham Əliyev də tapşırıq verib ki, bu siyasət təkcə dövlət səviyyəsində yox, eyni zamanda abidələrdə də özünü göstərsin. Hesab edirəm ki, dövlət başçısının və Heydər Əliyev Fondunun bu layihəsi uğurlu addımdır. Məscidlərimizi ermənilər dağıdıblar, onların burada heç bir tarixi abidəsi yoxdur. Amma Alban abidələrinin hər biri Azərbaycanla, Azərbaycanın tarixi ilə bağlıdır. Ona görə də onların bərpa olunması çox önəmlidir. Orada bəzi kilsələri ermənilər sonradan tikiblər. Qarabağdakı kilsələrin əksəriyyəti qədim Alban kilsələridir ki, onların da təmir olunması və cəmiyyətə təqdim olunması olduqca əhəmiyyətlidir. Şuşa turistik ərazidir, yəqin ki, yaxın illərdə xarici ölkələrdən oraya çoxlu axın olacaq”.

Siyasi şərhçi qeyd edib ki, ermənilərin dağıtdığı və təhqir etdiyi məscidlərin fonunda kilsənin təmiri Azərbaycanın tolerantlığının göstəricisidir: “Prosesi izləyirəm, Qarabağdakı tarixi abidələr haqqında xeyli məlumat toplamışam. Hazırda Vaqifin məqbərəsi bərpa olunur. Bununla bağlı bir neçə təklifim var. Pənahəli xanın qalası da təmir olunmalıdır. Qarabağda çoxlu qədim abidələr var, xüsusilə də eradan əvvələ aid abidələrdir. Pənahəli xanın qalasından başqa, İbrahimxəlil xana, Mehralı xana məxsus abidələr var var ki, bütün bunların bərpasını görməliyik və görəcəyik də”.
Z.Əliyev vurğulayıb ki, ən vacib elementlərdən biri də qədim qəbiristanlıqların bərpa olunmasıdır: “Qədim qəbirlər də bərpa olunmalıdır. 30 ildir ki, insanlar öz əzizlərinin məzarlarını ziyarət etmirlər, onların müəyyənləşdirilməsi, bərpa olunması çox önəmlidir. Şuşada, Ağdamda, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə - Xudavəng monastırının ətrafında elə qədim daşlar var ki, onlar da qədim oğuzlara və saklara aiddir. O abidələrin bərpa olunması, ermənilər aparıbsa, daş abidələrin geri qaytarılmasının onlardan tələb olunması çox vacibdir”.
Akqabay Mıradov
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi














.png)














.jpg)
.jpg)





