Nida Təhlil
4 mindən artıq azərbaycanlının taleyinə susan Avropa, indi də... - RƏY
Avropa Parlamentinin 121 üzvü Avropa Komissiyasının sədri və Avropa İttifaqı sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırıb. Ancaq Aİ birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-94-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlının taleyinə dair susqunluq nümayiş etdirir.
Bəs görəsən bu, nəyin göstəricisidir?
Publika.az-a danışan politoloq Natiq Mirinin sözlərinə görə, Qərb dünyası, xüsusilə də Avropa İttifaqı məkanı ikili standartlarla işləyir: “Bu, ikiüzlülük və riyakarlıq deməkdir. İkili standart əslində yalanın içərisinə müəyyən həqiqət qatmaqla göz boyamaq deməkdir. Ancaq hər kəs onu da anlamalıdır ki, yalanın içinə qismən həqiqət qatmaqla yalan həqiqət ola bilməz. Çünki həqiqət bir bütündür və o, parçalanarsa, həqiqət olmaqdan çıxar. Bunu artıq Qərb dünyası, Avropa anlamalıdır və bu yöndə kimlərəsə dərs vermək deyil, özlərinin əxlaqına baxmalıdırlar. Çünki Avropa məkanında çox ciddi bir əxlaq aşınması baş verir. Nədənsə bütün bu məsələlərə yanaşma tərzində əsasən insani dəyərlər rahatca gözardı edilə bilir və yalnız əsas olaraq Avropanın, Avropa İttifaqının və bütövlükdə Qərb dünyasının geosiyasi maraqları, eyni zamanda xristian təəssübkeşliyi ortaya çıxır. Bu, ədalətli yanaşma deyil. Belə bir yanaşma yanlış olduğu kimi, əslində Qərbin və Avropa İttifaqının da cəzbediciliyini azaldır. Bunu Aİ diplomatları, siyasət adamları artıq anlamalıdırlar”.
Politoloq qeyd edib ki, başda ABŞ olmaqla, Qərb dünyası artıq əvvəlki kimi cəzbedici deyil, çünki ortada eyni məsələlərə fərqli yanaşma tərzi nümayiş olunur ki, bu da bu prosesdə iştirak edən ölkələr üçün arzuolunmaz vəziyyətdir: “Yəni beynəlxalq hüquqda bu məsələlərə əslində ikili yanaşma tərzi mövcud deyil. Bu gün əsasən beynəlxalq hüququ önə çəkən ölkələr beynəlxalq hüququ ən kobud şəkildə tapdalayan ölkələrdir. Bu, ABŞ-da da, vahid siyasi və iqtisadi məkan olan Avropa İttifaqında da belədir. Əgər bu gün həqiqətən də Azərbaycandan diversantların əsir adı altında qaytarılması tələb olunursa və bu, humanitar konvensiyaya uyğun davranış hesab olunursa, o zaman basdırılmış minaların xəritəsinin qaytarılmaması məsələsini hara yazaq?! Çünki bu da bilavasitə humanitar konvensiya kontekstində nəzərdə tutulub və müharibədən sonra mütləq mənada üzərinə öhdəlik götürən qarşı tərəf bu xəritələri təqdim etməlidir. Bu, təkcə Azərbaycanın marağında olan bir məsələ deyil. Bu gün sülhməramlı olaraq Qarabağda hərbi varlığını sürdürən Rusiyanın da marağında olmalıdır. Çünki artıq neçənci hadisədir ki, Rusiya sülhməramlıları məhz Ermənistanın basdırdığı minalara düşüb xəsarət alırlar. Ancaq bu yöndə Rusiyanın səsi çıxmır”.
Natiq Miri vurğulayıb ki, bütün bu faktların hamısı göstərir ki, həqiqətən də bu gün Qərb dünyasından, xüsusilə də insan hüquqları və demokratiya carçısı olan ölkələrdən hansısa yardımın gözlənilməsi əbəsdir: “Buna görə də Azərbaycan sentyabrın 27-də olduğu kimi, bu gün də hadisələri, prosesi yalnız özü yaratmalıdır ki, bütün dünya dövlətləri, eyni zamanda Rusiya, Ermənistanın havadarı olan digər dövlətlər bizim yaratdığımız prosesin arxası ilə gəlmək məcburiyyəti ilə üzləşsinlər. Yoxsa ki, 28 il müddətində olduğu kimi bizim üçün hansısa proseslər yaradacaqlar, biz də müdafiə pozasında yenə də bu prosesin arxasında sürünmək məcburiyyətində qalacağıq. Ona görə də kimdənsə ədalət gözləmək, kiminsə qəbul etdiyi sənədlər əsasında geri çəkilmək və Ermənistanın tələblərini yerinə yetirmək qətiyyən olmaz”.
Politoloq əlavə edib ki, Azərbaycan əleyhinə Avropa məkanında qəbul olunan istənilən qərar tövsiyə xarakterlidir və dövlətimiz üçün heç bir hüquqi məcburiyyət yaratmır: “Ona görə də bu cür qərarlar Azərbaycan dövləti üçün önəmli deyil və birmənalı olaraq buna uyğun heç bir davranış ortalığa qoymağa ehtiyac yoxdur. Əgər həqiqətən də Ermənistan bazarlıq etmək fikrindədirsə, o zaman buyurub 10 noyabr və 11 yanvar bəyannamələri çərçivəsində qəbul edilmiş öhdəlikləri yerinə yetirsin. Bu kontekstdə Azərbaycan da müəyyən mənada buna adekvat addımlar atacaq. Biz bunu dünən üç nəfər erməni diversantının azadlığa buraxılması hadisəsində gördük. Bu hadisə Azərbaycan Prezidentinin humanistliyini göstərməklə bərabər, həm də qabaqlayıcı hadisə olaraq düşünülməlidir. Eyni zamanda, Ermənistana, Rusiyaya bir xəbərdarlıq jesti olaraq başa düşülməlidir. Əgər kimsə bunu bu cür dəyərləndirmirsə və yalnız Azərbaycanın güzəşti olaraq düşünürsə, o, kobud səhv edir”.
Akqabay Mıradov
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı