Nida Təhlil
Ermənistan bu cür addımlara ona görə əl atır ki... - Politoloq
Atəşkəs rejiminin davamlı olaraq pozulması Ermənistanın Azərbaycanı təxribata cəlb etmək istədiyini göstərir.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Ermənistan 44 günlük müharibənin Azərbaycan xalqında yaratdığı ruh yüksəkliyini sarsıtmaq üçün bu cür addımlara əl atır: "İndiyə qədər atəşkəsin pozulmasını gah Qarabağ klanının, gah da Robert Koçaryan və Serj Sarkisyanın yürütdüyü siyasətlə əlaqələndirib Ermənistanda olan hakimiyyət boşluğunu dilə gətirirdik. Onlar Ermənistan ordusunun dağılmadığını və psixoloji vəziyyətinin yerində olduğunu göstərməyə çalışırlar. Bu məsələlərdə Ermənistan müdafiə nazirliyinin və baş qərargahının əli var. Onlara isə ancaq baş nazir vəzifəsini icra edən Nikol Paşinyan əmr verə bilər".
Q.Hüseynli qeyd edib ki, son dövrlərdə Ermənistanda süni də olsa, ruh yüksəkliyi yaratmaq üçün həm daxildə Paşinyan hökuməti, həm də xaricdən gələn dəstəklər böyük rol oynayır: "Ötən gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İrəvana səfəri zamanı bəyan etdi ki, Ermənistana 2,6 milyard avro yardım edəcək. Bu çıxış hər kəsi təəccübləndirdi, çünki həmin məbləğ Ermənistanın 10 illik büdcəsinə bərabərdir. Torpaqlarımızı talan edən işğalçı dövlətə bu qədər vəsaitin ayrılması bölgədə sabitliyə yox, qeyri-sabitliyə və Ermənistanın bu cür çirkin əməllərinin davam etməsinə gətirib çıxarır. Avropa İttifaqı bölgədə ikitərəfli münasibətlərin normallaşmasını söyləsə də, onların Ermənistana kömək etməyi yenidən münaqişənin alovlanmasına şərait yaratmaq məqsədi daşıyır. Görünən odur ki, Aİ ərazisi işğaldan azad olunduqdan sonra 1 milyondan çox məcburi köçkünün öz torpaqlarına qayıtması və orada olan minaların təmizlənməsi üçün Azərbaycana vəsait ayırmaq əvəzinə işğalçı dövlətə yardım edir".
Rahib Ələsgərli
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...








.jpg)



























