Prezidentin Laçın dəhlizi mesajı və atılacaq addımlar: Hər şey Bakının nəzarətdədir
Bizi izləyin

Nida Təhlil

Prezidentin Laçın dəhlizi mesajı və atılacaq addımlar: Hər şey Bakının nəzarətdədir

10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən sülhməramlıların bölgəyə yerləşməsinə paralel şəkildə Qarabağdakı erməni silahlı birləşmələri bölgədən çıxarılmalıdır. Razılaşmadan 9 ay keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir irəliləyiş yoxdur, əksinə Ermənistanın Qarabağa yeni hərbi qüvvələr göndərdiyi faktları var.

Son məlumatlara görə, 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə daşınıb, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobillərlə Qarabağa keçir.

Bu iki məqamı bir daha təsdiqləyir:

1. Ermənistan üçtərəfli razılaşmaya əməl etmir və belə görünür ki, etmək niyyətində deyil;
2. Rusiya sülhməramlıları missiyasına adekvat fəaliyyət göstərmir: bölgəyə yenidən silah və hərbçi daşınmasının qarşısını almır;


Faktlar sübut edir ki, bölgədə əldə edilmiş sülh yenidən pozula bilər. O cümlədən, baş verənlər Rusiyanın sülhməramlı missiyasının etibarını alt-üst edir.

Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində bu haqda danışdı və dəqiq mesajlar verdi.

Azərbaycan lideri bildirdi ki, dəfələrlə şifahi xəbərdarlığa baxmayaraq, razılaşmaya uyğun olmayan bu proses davam edir: “Bunu biz bu yaxınlarda təsbit etdik. Bizim Müdafiə Nazirliyi bir neçə gün əvvəl rəsmi açıqlama verdi ki, buna son qoyulsun. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik”.

Dövlət başçısı bölgədə baş verənlərin Azərbaycanın nəzarətində olduğunu da qeyd etdi.

Laçın dəhlizində, o cümlədən, Xankəndidə baş verənlərlə bağlı Azərbaycanın dəqiq məlumatları var: həm dəhlizin bir neçə 10 metrliyində mövcud olan mövqelərimiz, həmçinin, texniki vasitələr və kameralarım dəqiq məlumatların əldə edilməsinə imkan verir.

Məlumatlara görə, son bir ayda dəhlizlə Ermənistandan gələn 15 min avtomobil daxil olub, 21100 avtomobil çıxıb. Bu, 6100 avtomobil fərqi deməkdir və təsdiq edir ki, ötən bir ay ərzində Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisinə 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb.

Bu sübut edir ki:

- Rus sülhməramlılarının nəzarət etdiyi bölgədə erməni əhalisinin sayı şişirdilir: hazıra 25 mindən də az erməni var;
- Azərbaycan rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazisində baş verənlər haqqında dəqiq məlumata malikdir;
- Rusiya və Ermənistanın bölgə ilə bağlı məlumatları doğru deyil;


Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan Ermənistandan Qarabağa gətirilən hərbçi və silahlardan tutmuş, oradakı insanların sayına qədər bilir.

Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”, - dövlət başçısı qeyd etdi.

Prezident buna son qoyulmaqla bağlı xəbərdarlıq edir və əks təqdirdə lazımı tədbirlərin görüləcəyini bildirir.

Bu, Azərbaycanın hansı addımlar ata biləcəyi sualını aktuallaşdırır:

Birincisi, anti-terror əməliyyatına başlaya bilər:

- Ötən ilin noyabr-dekabr aylarında keçirilən əməliyyatlar da bunu sübut etdi ki, Azərbaycan öz sərhədləri daxilində qanunsuz fəaliyyətlərə dözmək niyyətində deyil;
- Azərbaycan qanunları, o cümlədən, beynəlxalq qanunvericilik suverenliyimizi qorumaq üçün istənilən addıma imkan verir;
- Növbəti anti-terror əməliyyatı Ermənistan hakimiyyəti üçün də ağır nəticələrə səbəb olacaq: ötən il keçirilən əməliyyatdan sonra erməni cəmiyyətində hakimiyyətə qarşı etirazlar gücləndi; Qarabağda olan erməni silahlıların ailələri onların geri çağırılmasını, o cümlədən, yeni əsgərlərin göndərilməməsini tələb edirdi; bu etirazlar hazırda da mövcuddur və Azərbaycanın addımları bunu daha da gücləndirə bilər;

İkincisi, Laçın dəhlizinə nəzarət məsələsi gündəmə gətirilər bilər:

- Faktlar sübut edir ki, dəhlizdən təkcə humanitar fəaliyyətlər üçün yox, hərbi məqsədlər üçün də istifadə olunur;
- Bu həm üçtərəfli razılaşmaya, həm də bölgədəki sabitliyə təhdiddir və Azərbaycan buna qarşı lazımi tədbirlərə əl ata bilər;

Üçüncüsü, Ermənistan üçün ağır nəticələrə səbəb olacaq addımlar atıla bilər:

- Əgər razılaşmalara əməl edilməsə və yeni təxribatlar davam edəcəksə, Azərbaycan “Dəmir Yumruğu” yenidən işə salacaq: bunun ordusu məhv edilmiş, ağır məğlubiyyətə uğramış Ermənistana vuracağı zərbənin miqyasını daha dəhşətli olacaq;

Proseslərin inkişafı və rəsmi Bakının prinsipial mövqeyi həm bölgədə sülhü təmin etmək missiyasını daşıyan Rusiyaya, həm də məğlub Ermənistana nəticə çıxarmaları üçün kifayət edir. Rusiya öz missiyasına sadiq qalmalı, Ermənistan da razılaşmalara əməl etməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm