Nida Təhlil
Bundan sonra Cənubi Qafqazda sülh və əməkdaşlıq mühiti olmalıdır - Deputat

Prezident İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşdü. Prezident bildirdi ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Yəni, dolayı və ya elə birbaşa yolla dünyanın ən ali qurumunu günahlandırdı.
Prezident BMT TŞ-nın qətnamələrinə də toxundu. Bildirdi ki, Azərbaycan bu məsələni ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda qaldırsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı TŞ-nın qəbul etdiyi 4 qətnamə icra olunmadı. Eləcə də Minsk qrupunun fəaliyyətsizliyindən danışdı. Söylədi ki, bu qətnamələri qəbul edənlərin, həm də BMT TŞ-nın daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsi nəticə vermədi. Amma onlarda bu qətnamələrin icrası üçün lazımi mandat olsa da, Minsk qrupu 28 il ərzində bu imkanlar çərçivəsində heç bir əməli iş görmədi.
Prezident İlham Əliyevin BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Azər Badamov Publika.az-a açıqlamasında söyləyib ki, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və heç nədən çəkinməyərək hər şeyi necə varsa ifadə etmək bacarığı bizi torpaqlarımızı öz gücümüzlə işğaldan azad edərək qələbəyə aparıb:
"Dövlət başçımızın BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşü zamanı "44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistan deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin üzərinə də düşür" deməsi dünyadakı ikili standartlar səbəbindən münaqişənin 28 il həll olunmayaraq qalması deməkdir. Necə olur ki, torpaqlarımızın qeyd-şərtsiz azad olunmasına dair 4 qətnamənin qəbul olunmasına BMT TŞ-də səs verən 5 ölkədən 3-ü ATƏT-in Minsk Qrupuna həmsədrilik edərək heç bir iş görmür və özlərinin qəbul etdiyi qətnamələr həll olunmayaraq nəticəsiz saxlayır? Necə olur ki, bəzi ölkələrlə bağlı BMT TŞ qətnamə qəbul edəndə dərhal icraya keçirlər, Azərbaycanla yanaşmada ərazilərimizin işğal altında qalmasının əbədiləşməsinə çalışırlar? Necə olur ki, Azərbaycan BMT TŞ-nin qətnamələrini beynəlxalq hüquq çərçivəsində həll edəndə Minsk Qrupun həmsədr ölkələri işğalçıya dəstək olur və bizə təzyiq göstərməyinə çalışırlar? Bu gün Azərbaycan beynəlxalq hüququn tələblərini icra etdiyi və münaqişəni sonlandırdığı zaman Ermənistanı yenidən silahlandıraraq müharibəyə ruhlandıranlar kimlərdir? Yəni, suallar çoxdur. Amma heç kim cavab vermək istəmir və ATƏT-in Minsk Qrupu heç bir beynəlxalq hüquq və normaya sığışmayan fəaliyyətini yenidən canlandırmağına can atır. Ona görə də Prezident İlham Əliyevin BMT-nin rezident əlaqələndiricisini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın təkcə Ermənistanla müharibə aparmadığına işarə edir. Bu həm də o deməkdir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və sizin mandat verdiyiniz Minsk Qrupunun fəaliyyətinə ehtiyacımız yoxdur. İndi bölgədə yeni reallıq yaratmışıq. Bundan sonra Cənubi Qafqazda sülh və əməkdaşlıq mühiti olmalıdır. Azərbaycan ATƏT-in Minsk Qrupunun sözdə sülh, əməldə əksini ifadə edən fəaliyyətini qəbul etmir və ancaq sülhə və əməkdaşlığa töhfə verən 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın bütün maddələrinin icrasını tələb edir".
Tural Turan

-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq