Nida Təhlil
Ermənistan təxribatlar törətməyə davam edərsə... - Tofiq Abbasov
“Ermənistan tərəfinin etdiyi çıxışlarla atdığı addımlar bir-biri ilə uzlaşmır. Ermənistan hökuməti idərəçilik baxımından dağınıq vəziyyətdədir”.
Bunu Publika.az-a açqılamasında politoloq Tofiq Abbasov deyib
Politoloq qeyd edib ki, yeni hakimiyyət qurmuş Nikol Paşinyan ölkə daxilində və Azərbaycanla sərhəd olan bölgələrdə nəzarəti ələ ala bilmir: “Ermənistan daxilində olan bəzi təxribatçı qüvvələr Azərbaycanın qalibiyyəti ilə barışa bilmir. Seçkilərin nəticəsindən narazı olan qüvvələr isə çalışırlar ki yeni bir münaqişə yaratsınlar. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanı məhv etdi. Onlar sülh danışıqları üçün konkret addım atmalıdırlar, çünki bu, onlar tək çıxış yoludur. Paşinyanın parlamentdəki çıxışları və orada baş verənlər İrəvanın nə formalaşmış siyasətinin, nə də hakimiyyətinin olmadığından xəbər verir”.
T.Abbasov vurğulayıb ki, Ermənistan bölgədə öz nüfuzunu bərpa etmək istəyirsə, Azərbaycanla normal qonşuluq əlaqələri yaratmalıdır: “Əgər onlar düşmənçilik münasibəti aparmağa davam etsə, ordumuz ermənilərə daha ağır zərbə endirəcək. Ermənilər biz dediklərimizlə razılaşmasalar, səfalət içində yaşamağa davam edəcəklər. Ermənistan hakimiyyəti xalqını aldadır və onlara yanlış yol göstərir. Yeni bir münaqişə yaranarsa, Ermənistanın uğur qazanmaq ehtimalı yoxdur. Son insident ondan xəbər verir ki, onların silahlı qüvvələri kənar qüvvələrin təsiri altındadır. Ermənistan təxribatlar törətməyə davam edərsə, Azərbaycanın dəmir yumruğu öz təsir gücünü yenidən göstərəcək”.
Rahib Ələsgərov
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
Rəsmi xronika12:38Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar






.jpg)






.jpg)























