Nida Təhlil
“Ballıqaya soyqırımının 29-cu ildönümünü qalib xalq kimi qeyd edirik” – Deputat
“Ballıqaya faciəsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri silsilə soyqırımların davamıdır. Ermənilərdə insanlıq, rəhimlik deyilən bir şey yoxdur. Tarixən ermənilər azərbaycanlıları harada görüblərsə, öz düşmənləri hesab ediblər və gələcək nəsilləri də düşmənçilik ruhunda tərbiyyə edirlər”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Ballıqaya soyqırımının 29-cu ildönümündən danışarkən deyib.
Millət vəkili bildirib ki, erməni üçün azərbaycanlının qoca, qadın və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur:
“Erməni üçün əsas düşmən yaşından asıllı olmayaraq azərbaycanlıdır. Ballıqaya faciəsində də məhz azərbaycanlı olduqlarına görə öz təsərrüfat həyatını yaşayan silahsız 24 nəfəri bir gecənin içində vəhşicəsinə öldürüblər. Qətliamın qurbanlarının ən balacası 6 aylıq körpə, ən böyüyü isə 93 yaşında olub. Bu, o deməkdir ki, ermənilərin məqsədi torpaqlarımızda etnik təmizlənmə həyata keçirməklə özlərinə yer etmək olub. Özləri üçün saxta xəritələr, separatçı dövlətlər yaratmaqla işğalı əbədiləşdirmək olub. Bu gün Ballıqaya faciəsindən 29 il ötür. Faciənin 29-cu il dönümünü biz qalib xalq və qalib dövlət kimi qeyd edirik”.
Deputat bildirib ki, müzəffər ordumuz ermənilərin törətdikləri faciələrin qurbanlarının qanını yerdə qoymadı:
“Biz onları soyqırımlar törətdiklərinə görə məhkəmələrin qarşısında cavab verməklərinə məcbur edəcəyik. Necə ki, bir vaxtlar torpaqlarımızın işğaldan azad etməyimizi ermənilərə və onların havadarlarına yuxu kimi görünürüdü. Bu gün Azərbaycanın Ali Baş Komandanı müzəffər ordusuna tapşırıq verərək düşmənlərimizin yuxularını reallığa çevirdisə, zaman gələcəkdir ki, ermənilərin törətdikləri faciələrin səbəbkarlarını da beynəlxalq hüquq müstrəvisində cəzalandırılmasını tələb edəcəyik”.
Tural Turan
-
İdman00:45Ronaldo on illik münasibətdən sonra evləndi - FOTO
-
İKT00:30"SpaceX" bu ölkəni "Starlink" rabitə bölgəsindən çıxardı
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 11 Avqust 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika11 Avqust 22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO





















.jpg)











