Nida Təhlil
“Doing Business” hesabatında Azərbaycana qarşı qərəzli yanaşma – Gerçək ortaya çıxdı
Dünya Bankı “Doing Business” hesabatlarının nəşrini tamamilə dayandırdı. Bu haqda daha öncə qərar verilmişdi, səbəb də 2020-ci ilin hesabatının saxtalaşdırılması şübhəsi idi. Ötən ilin 27 avqust tarixində açıqlanmış press-relizdə hesabatda nəticələrin saxtalaşdırıldığı əsas gətirilərək hesabatın nəşri təxirə salındı və araşdırmalara başlandı.
Hesabatlardakı yalnışlıqların aradan qaldırılması məqsədi ilə qurum tərəfindən kənar audit şirkəti - WilmerHale şirkəti cəlb edildi və son 5 ilin sistematik qiymətləndirilməsi aparıldı. Və məlumatlara görə, müəyyən pozuntular ortaya çıxdı, xüsusilə Çinin nəticələrinin süni formada yüksəldiyinə dair informasiyalar var.
“Röyters” agentliyi yazır ki, Dünya Bankının keçmiş icraçı direktori Kristalina Georgiyeva da daxil olmaqla rəhbərlik “Doing Business – 2018” hesabatında Çinin reytinqini yüksəltmək üçün “böyük təzyiqlər” edib. Sonrakı illərdə də eyni metodlardan istifadə olunub.
Lakin hesabatlara müdaxilə təkcə reytinqin yüksəldilməsi ilə bağlı yox, həm də aşağı salınması üçün də edilib. Azərbaycana qarşı qərəzli mövqe sərgilənib. Dünya mətbuatı onu da yazır ki, Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır.
Azərbaycana qarşı qərəzli mövqeyin arxasında reytinqlərin hazırlanmasının müəlliflərindən olan Simeon Dyankov dayandığına dair məlumatlar var.
WilmerHale şirkətinin araşdırmasına görə, Dyankov Azərbaycanın göstəricilərini 6 pillə aşağı endirib. Hesabatda 4 ölkənin - Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - məlumatlarındda yanlışlıqlar olduğuna dair şübhələr var idi. Audit araşdırması nəticəsində bəlli oldu ki, Çinlə bağlı “şişirtməyə” yol verilib. Səudiyyə Ərəbistanı ilə bu şişirtmə az da olsa var. Birləşmiş Ərəb Əmirliklərinə də “güzəşt” edilib. Azərbaycanın reytinqi isə qərəzli şəkildə aşağı salınıb.
Hesabatda saxtalaşdırmaya yol verilməsəydi Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı. Aparılan audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlib.
Göründüyü kimi, hesabatda qiymətləndirmənin səhv aparıldığı 4 ölkədən yalnız Azərbaycanın göstəriciləri süni şəkildə azaldılıb.
Bu düzəlişdən sonra Azərbaycana qarşı ittihamlar yada düşür. Dünya Bankının reytinq hesabatları ilə bağlı audit yoxlamaları başlayanda Azərbaycanın adının 4 ölkə arasında olması həm xaricdə, həm də daxildə bəlli qüvvələyə ittiham üçün fürsət yaratmışdı. İttihamlar da ö yöndə idi ki, guya Azərbaycan rəhbərliyi hesabatın müəlliflərini “ələ alıb”. Hərçənd, audit yoxlamanın nəticəsi sübut etdi ki, Azərbaycana qarşı qərəzli münasibət sərgilənib.
Daha öncə də beynəlxalq mediada “Doing Business” hesabatlarında ölkələrə qərəzli yanaşılması barədə fikirlər əksini tapıb. Son audit yoxlamalarının nəticəsində Azərbaycana qarşı sərgilənən qərəzli yanaşma bunu bir daha sübut edir. Azərbaycan islahatları beynəlxalq reytinqlərinin yaxşılaşması üçün yox, vətəndaşının daha yaxşı yaşaması, ölkənin güclənməsi naminə edir. Bu siyasət davam edəcək və qərəzli yanaşmalara rəğmən, ölkəmizin beynəlxalq mövqeləri güclənəcək.
Gələcəkdə Dünya Bankı tərəfindən biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədi ilə yeni yanaşmalar əsasında metodologiyaların və qiymətləndirmələrin aparılacağı da anons edilib. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi islahatlar bu qiymətləndirmələrdə də öz yerini qoruyacaq.
Asif Nərimanlı
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ












.jpg)













