Nida Təhlil
Qarabağda tikinti işlərində bunlara ciddi fikir verilməlidirlər - Miralay
Ötən gün Prezident Füzuli şəhərinə səfər etdi. Prezident işğaldan azad edilməsinin birinci ildönümündə Füzuli şəhərinin təməl daşını qoydu. Rayon ictimaiyyətinin nümayəndələrilə görüşdü. Füzulinin baş planı təqdim olundu. Baş plan ictimaiyyətlə müzakirə edildi.
Əməkdar memar Fəxrəddin Miralay Publika.az-a açıqlamasında söyləyib ki, hazırda işğaldan azad edilən ərazilərdə aparılan işlər təqdirəlayiqdir.
Əməkdar memar dövlətin Füzuli və digər ərazilərə diqqət və qayğısını yüksək qiymətləndirib: “Qarabağda quruculuq və yenidənqurma işləri üçün dövlət demək olar ki, hər şeyi edir. Ölkə Prezidenti investisiyaları bu ərazilərə yönəldir. Buna görə də gərək işin icraçıları bir qədər diqqətli olsunlar. Çünki Qarabağda yenidənqurma işləri son dərəcə məsuliyyətli və diqqət tələb edir. Hər detal, nüans nəzərə alınmalıdır. Abidələrlə bağlı demək olar ki, heç bir problem görməmişəm. Bu işi Mədəniyyət Nazirliyi öz üzərinə götürüb. İşlər peşəkarlara tapşırılıb və yaxşı nəticələr var”.
Fəxrəddin Miralay bildirib ki, Dövlət Tikinti İdarəsi də yenidənqurma işlərində bir sıra məsələlərə ciddi fikir verməlidir: “Binalar tikilərkən ərazi, coğrafi məsələlər əsas götürülməlidir. Ərazinin yer quruluşu diqqətlə öyrənilməlidir. Füzuli böyük şəhərdir. İşğaldan əvvəl orada bir-iki hündürmərtəbəli bina olub. İndi on beş, on altı mərtəbəli binalar da tikmək mümkündür. Amma gərək Qarabağ memarlıq ənənələri və müasirlik məsələlərinə ciddi fikir verilsin. Tarixən Qarabağ memarlığı Elxanilər dövrü və qədim Aran memarlığı üzərində bərqərar olub, bu istiqamətdə inkişaf edib. Yenidənqurma işləri və binaların tikintisi zamanı bu məsələlər nəzərə alınmalıdır. Milli ornamentlər dəqiqliklə verilməlidir. Çalışmaq lazımdır ki, bina layihələndirmə işlərinə yaşlı, təcrübəli memarlarımız da cəlb edilsin. Onların da təcrübələrindən yararlanmaq lazımdır. Ümumiyyətlə, Qarabağın memarlıq ənənələri yenidən işlənməlidir və layihələr onların əsasında hazırlansa, daha yaxşı olar. Məscidlərin, digər tarixi abidələrin tikintisində bu kimi nüanslar diqqətə alınmalıdır”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)






.jpg)





















.jpg)
.jpg)
