Nida Təhlil
Bu, Ermənistanı Rusiyadan qoparacaq və Paşinyan məcbur qalacaq ki... - Ekspert AÇIQLADI
Dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcək. Bu, müharibədən sonra Əliyevlə Paşinyan arasında Qərb tərəfindən təşkil edilən ilk görüş olacaq.
Brüssel görüşü Bakı və İrəvana nələr vəd edir?
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay Publika.az-a açıqlamasında söyləyib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda ciddi mənada böhranlar davam edir:
“Biz 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədən sonra regionda hər şeyin öz axarına düşəcəyini, hər şeyin normallaşacağını gözləyirdik. Görünən və gözlənən odur ki, post-müharibə dönəmində ciddi narahatlıqlar olacaq. Bu narahatlıqların başında isə Laçın dəhlizinin açılmasına rəğmən, bu vaxta qədər Zəngəzur dəhlizinin açılmaması dayanır. Bu nüans Azərbaycanı bölgədə daha diqqətli davranmağa məcbur edir. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan cəbhə xəttində ermənilərin təxribatlarından sonra meydana gələn qarşıdurmaların ardınca Qərb hərəkətə keçdi. Avropa Birliyi tərəfləri Brüsselə dəvət etdi. Bu da bölgəyə yeni bir güc mərkəzi olan AB-nin gəlişini təmin edə bilən amildir. Qərbin regiona gəlişi bəlkə də Ermənistanı Rusiyadan qoparacaq, bəlkə də Rusiyanın Qərblə “Ukrayna, Belarus rəqabəti” kontekstində İrəvanı yeni bir müstəviyə çəkəcəklər”.
QAFSAM sədrinin fikrincə, bu, Ermənistan üçün bir çıxış yolu olacaq:
“Amma Azərbaycan üçün ciddi mənada bir narahatlığa çevrilə bilər. Çünki 1992-1993-cü illərdə Ermənistan Qarabağı işğal edərkən Avropa Birliyi bu işğala göz yumdu. Hazırda həyata keçirilən görüşlərə və razılaşmalara nəzər salanda görürük ki, Azərbaycanın bölgədə öz varlığını polad iradə ilə davam etdirməsi üçün Bakının Ankara ilə daha uzunmüddətli münasibətlər qurması, görüşmələr həyata keçirməsi lazımdır. Çünki Türkiyə bölgədə baş verən prosesləri izləmək məsələlərində yetəri qədər sağlam bilgiləndirilməsə, Ankaranın verəcəyi qərarlar Bakının əleyhinə ola bilər. Buna görə də Türkiyə-Azərbaycan münasibətləri daha da sıxlaşdırılmalıdır. Onu da qeyd etməliyəm ki, gec, ya tez, Nikol Paşinyan İlham Əliyevlə danışıqlar sonrasında böyük sülhə “hə” demək məcburiyyətində qalacaq”.
Tural Turan
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var














.jpg)


















