Nida Təhlil
Rusiya-Ukrayna müharibəsi: nəticə necə ola bilər?
Rusiya Ukraynanı işğal edir: hücumun arealı hədəfin təkcə separatçı “respublikaların” iddia etdikləri sərhədə çıxmaq olmadığını göstərir; Kiyev də daxil olmaqla müxtəlif şəhərlərin vurulması Ukrayna ordusunun cəmləşməsinin qarşısını almağa da hesablana bilər, hərçənd, rus ordusunun müxtəlif istiqamətlərdən Kiyevə doğru irəliləməsi Kremlin bütün ölkəni işğal etmək niyyətindən xəbər verir;
NATO-nun son açıqlaması göstərdi ki, Putin Kiyevi də işğal etsə, Qərb qarışmayacaq: Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edəcəklər; sanksiyalar Rusiyanı zəiflədəcək, lakin Putinin itkilərini hesablamadan hücuma keçdiyi inandırıcı deyil; 2008-ci il və 2014-cü il sonrası da bunu göstərir;
Belə görünür ki, Qərb Rusiyanı zəiflətmək üçün müharibədə maraqlıdır, hərçənd, Ukrayna üzərində ABŞ-Rusiya toqquşması başlayandan o fikirdəyəm ki, hədəf “soyuq müharibə” dövründə olduğu kimi Qərb və Şərq blokunu formalaşdırmaqdır: Putinin separatçıları tanıması və Baydenə Qərb blokunu formalaşdırmaq imkanı yaratması da bu ehtimalı önə çıxarır;
Bu müharibə post-sovet məkanında rusların təsir gücünü artıracaq və mümkündür ki, ABŞ de-fakto Moskvanın bu bölgədə - Şərq blokunda hakimliyini qəbul edəcək.
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz



































