Nida Təhlil
İntriqa davam edir: Əli Kərimlinin şok planı üzə çıxdı - Tofiq Yaqubludan sensasiyalı açıqlama - VİDEO
Müxalifət daxilində qarşıdurma, intriqa, qrup maraqları tarix boyu ənənəvi hal olub. İctimaiyyətə “birlik” pozu versələr də, gerçəkdə ciddi fikir ayrılıqları, hətta məişət səviyyəsində didişmələr bu qrupun köhnə mərəzidir. Və bunun üçün onların içinə daxil olmağa ehtiyac yoxdur, zaman-zaman media üzərindən qarşılıql ittihamlar havada uçuşub.
Hərçənd, burada maraqlı bir nüan var: siyasi proseslər aktiv olduğu dövrdə, xüsusilə seçkilər ərəfəsində qarşıdurma açıq müstəvidə, birbaşa media, sosial şəbəkə platformaları üzərindən aparılır, siyasi sakitliyin olduğu dövrlərdə açıq qarşıdurma bir qədər səngiyir, lakin bu o demək deyil ki, daxili toqquşmalar, intriqalar arxa plana keçir. Əksinə, intriqa, bir-birinin arxasınca qeybətdən fərqli olmayan söhbətlər həmişə müxalifətin əsas mahiyyəti olub.
Müsavat Partiyasının üzvü, həm də təmsil olunduğu partiya Milli Şuradan çıxsa da, Əli Kərimlinin de-fakto əlində saxladığı qurumda qalan Tofiq Yaqublunun yayılan səs yazısı müxalifətin daxilindəki qeybət əhval-ruhiyyəsinin hökm sürdüyünü təsdiqləyir.
T.Yaqublu məlum səs yazısında Əli Kərimli və Gültəkin Hacıbəylinin arxasında danışır, ciddi ittihamlar irəli sürür.
Əli Kərimlini nəzərdə tutaraq deyir: “...Müsavatın tarixini təftiş edir ki, filan tarixdə İsa Qəmbər belə elədi, arxamızdan bıçaq sancdılar. Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini hazırlamış adamdır, Müsavatın tarixini təftiş edir. Və yaxud Gültəkin xanım (G.Hacıbəyli) Müsavat belə, elə.. ironiya, kinayə. Ay Gültəkin xanım sənən heç kim heç nə demir axı. Siz indiki bu halda niyə köhnə şeyləri qabardırsınız”.
Yaqublunun bu şikayəti kimə etdiyi bəlli deyil, güman ki, ya Müsavat partiyasının üzvlərindən biridir, ya da qrup daxilində gizli şəkildə ona dəstək verən Cəmil Həsənli. Bunu aydınlaşdırmaq çətin olsa da, mövcud gerçəklik, müxalifət daxilində kəskin qarşıdurmanın, fikir ayrılığının olduğunu ortaya çıxarır.
Yaqublu və Əli Kərimli dəstəsinin düşmənçiliyi təkcə Müsavat-AXCP davası deyil, həm də şəxsidir.
Müsavat partiyası Milli Şuradan çıxandan sonra partiya daxilində narazılıqlara baxmayaraq, Tofiq Yaqublu qrupda qaldı. Əli Kərimlinin Tofiq Yaqublu ilə bağlı planı belə idi: onu Müsavat başqanlığına gətirərək, partiyanı yenidən Milli Şuraya qaytarmaq və de-fakto öz nəzarətinə keçirmək.
Müsavat başqanlığına son seçkilərdə Yaqublu namizədlərdən biri idi və onun əsas dəstəkçilərin müsavatçılar yox, cəbhəçilər olması da təsadüfi deyildi. Lakin Yaqublu başqan seçilmədi. Daha sonra Yaqublunun Milli Şuranın sədri olması məsələsi gündəmə gəldi. Bu təklifi qrupun hazırki sədri Cəmil Həsənli irəli sürmüşdü. Həsənlinin planı bununla Əli Kərimlinin “mütləq hakimiyyəti”nə qarşı çıxmaq, AXCP-yə “güc nümayişi” göstərmək idi. Eyni zamanda, Cəmil Həsənlinin Əli Kərimlinin de-fakto rəhbərliyindən yorulduğu haqda da məlumatlar dolaşırdı. Yaqublunun sədrlik məsələsi gündəmə gələn kimi cəbhəçilər ona qarşı piar kampaniyasına başladılar. Nəticə etibarilə məsələ reallaşmasa da, Yaqublu və Kərimli arasında “soyuq müharibə” artıq başlamış oldu. Görünür, münasibətlər o hədd çatıb ki, Yaqublu artıq dözə bilmir. Gültəkin Hacıbəyli də həmişə olduğu kimi, güclü olanın tərəfini tutmaqla Toqif Yaqublunun “quyruğunu tapdamış” olmalıdır ki, sonuncu ondan da narazılıq edir.
Bu, müxalifətin Latın Amerikası seriallarını xatırladan “intirqa, kin, qisas” münasibətlərinin kiçik bir fraqmenti hesab oluna bilər. Ümumilikdə gerçəkdən serial ssenarisi olacaq daxili çəkişmələri, bir-birinə qarşı “oyun qurmaq” gedişləri var. Tofiq Yaqublunun səs yazısı bunu bir daha sübut etdi.
Yaqublunun dedikləri həm də Əli Kərimlinin Elçibəyə qarşı məlum xainliyinin yeni detalını da üzə çıxarır.
Deyilənlərdən bəlli olur ki, Elçibəyə qarşı impiçment hazırlanırmış və bu işə Əli Kərimli rəhbərlik edib. AXCP sədri bu məsələyə aydınlıq gətirməlidir. Bunu başqası yox, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu deyir.
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO