Nida Təhlil
İlkin Süleymanovun əleyhinə hansı sübutlar var? İTTİHAM AKTI VƏ ANALİZİ
QATİLLƏ QURBAN ARASINDA
Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr, təhlillər əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.
V yazı
TƏHLİL Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA20 İyun 2022 21:00
QATİLLƏ QURBAN ARASINDA
Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.
V yazı
Əvvəlki yazılar:
1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR
https://publika.az/az/news/xususi/398402
2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ
https://publika.az/az/news/tehlil/398569
3. Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR
https://publika.az/az/news/crime/399139
4. Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA RƏYLƏRİ
https://publika.az/az/news/tehlil/399591
İctimaiyyət arasında və onun güzgüsü olan sosial mediada İlkin Süleymanovun günahsız olduğuna dair möhkəm bir rəy vardır. Hər bir şəxsin təqsirli, ya da günahsız olduğunu müəyyən etmək məhkəmənin işidir və məhkəmələr də Azərbaycan Respublikası adından hökmləri çıxarırlar. Xalqın rəyi isə heç bir halda, xüsusilə də bu cür ağır cinayətdə meyar sayıla bilməz. Ancaq ictimai vicdanı da yox yerə saymaq, onu proseslərdən tamamilə sərfnəzər etmək mümkün deyil. İnam kimi irrasional faktorlar hətta hakimlər üçün də keçərlidir.
Ancaq bu məqalədə daxili inamın fəlsəfi mahyyətindən yox, ümumiləşdirilmiş qaydada ittiham aktında İlkin Süleymanov əleyhinə olan sübutlardan bəhs edəcəyik.
“İttiham aktının təsviri-əsaslandırıcı” hissəsində yazılanların hamısı İlkin Süleymanovun istintaqa verdiyi etirafedici ifadələri əsasında hazırlanıb. Bu ifadəni İlkin Süleymanov 11 yanvarda verib, bundan bir gün qabaq isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Ancaq 12 gün sonra həbs qətimkan tədbirindən verilmiş appelyasiya şikayətində İlkin Süleymanov həmin ifadələri fiziki və psixoloji isgəncə altında verdiyini bildirərək onlardan imtina etdib. Anoloji ifadələri İlkin Süleymanov istintaqa da verib.
III yazıda göstərdiyimiz kimi, İlkin Süleymanovun verdiyi ifadə ilə mart ayında istintaqa təqdim edilən ekspertiza rəyi arasında ciddi ziddiyyətlər ortaya çıxmışdır. İfadədə göstərilən ölüm günü, ölüm səbəbi, zərbələrin sayı ilə ekspertizanın nəticələri daban-dabana ziddir. Bu nüanslar İlkin Süleymanovun təqsirini yüngülləşdirmədiyindən onun bu məqamlarda yalan danışması da ağlabatan deyildir.
İttiham aktının təsvirində heç bir şahid ifadəsinə yer verilməyib. İlkini Nərminlə bir yerdə görən, onun evdə saxlanılmasına şahidlik edən, ya da bu cinayət əməlində iştirak edən heç bir şəxs müəyyən olunmayıb. Ona görə də təsvir hissəsi İlkin Süleymanovun imtina edilmiş ifadəsindən savayı heç bir mənbəyə malik deyil.
CPM-in 126-cı maddəsinin 6-cı bəndi son dərəcə konkretdir: “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər”.
Ancaq İlkin Süleymanovun əleyhinə dörd nəfər şahidlik edib. Bu şahidlərin ikisi İlkin Süleymanovla birgə istintaq təcridxanasında saxlanılan şəxslər, digər ikisi isə polisdir.
İstintaq təcridxanasında İlkin Süleymanovla bir kamerada saxlanılan Baxşəli Qəhrəmanov və Rəvan İsmayılov birincinin həmin cinayəti törətdiyini onlara dəfələrlə etiraf etdiyini bildirmişlər. Fəqət kameranın digər iki sakini - Raqif Mirzəyev və Eyvaz Əliyev onların dediklərini qətiyyətlə təkzib edərək, İlkin Süleymanovun nəinki etirafedici sözlər işlətdiyini, hətta təcridxanada olan hər kəsin İlkinin günahsızlığına əmin olduğunu bildirmişlər.
Tovuz rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Məmmədov Azər Bayram oğlu istintaqa verdiyi ifadədə İlkin Süleymanovun ifadəsi yerində yoxlanılan zaman kənardan müşahidə etmiş və onun etirafını qismən eşitdiyini bildirmişdir. Rəhimli Turqutun təkcə vəzifəsi deyil, ifadəsi də əvvəlki polislə eynidir: “İlkin Süleymanovun ifadəsi yerində yoxlanılan zamanı o, bunu kənardan müşahidə etmiş və onun etirafını qismən eşitmişdi”.
Burada polislər və məhbuslar üçün ümumi, polislər üçün isə xüsusi bir cəhət vardır ki, bu da həmin ifadələrin hüquqi əhəmiyyətini heçə endirir. Xüsusi cəhətdən başlayaq. Cinayət Prosessual Məcəlləsinin (CPM) 95-ci maddəsinin 2.4. hissəsi öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirən şəxslərin şahidliyini qadağan edir. Polislərin hər ikisi əməliyyat-axtarış prosesində iştirak etdikləri bildirdiyi halda, bu şəxslərdən ifadə alınması CPM-in tələblərinin kobud şəkildə pozulmasıdır.
Amma bu, yeganə pozuntu deyil. “CPM”-in 126-cı maddəsinin 3-cü hissəsində belə deyilir: “Şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdiyi məlumatlar sübut kimi istifadə edilə bilməz”. Bu konteksdə də həm polislərin, həm də məhbusların ifadələrinin sübut hesab olunmadığı aydınlaşır.
Şahidlərlə bağlı bu qədər... İndi isə ekspertizaların nəticələrini (ekspertizalar barədə geniş təhlili IV yazıda oxuya bilərsiniz) ümumiləşdirək. İttiham aktında cinayətin motivi belə təsvir edilir: “İlkin Süleymanov Quliyev Şərifin evli və bir neçə övlad sahibi olmasına qarşı əvvəlcədən qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündən yaranmış alçaq niyyətlə...” Bu niyyətin psixoloi cəhətdən sağlam hər bir şəxsdə olmayacağı hətta mütəxəsissis olmayanlar üçün belə aydın həqiqət olsa da, məhkəmə psixoloji və psixiatrik ekspertizasının 12 may 2020-ci il tarixli rəyində Süleymanov İlkin İbrahim oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyini göstərərək bu motivi inkar edir.
Bundan əlavə, rəydə İlkin Süleymanovun şizoid şəxsiyyət tipinə malik olduğu qənaəti də əks edilib və müvafiq elmi ədəbiyyatda bu şəxsiyyət tipinə aid edilən şəxslərin heç bir halda zorakılığa, cinayətə meylli olmadığı birmənalı şəkildə təsdiq olunur.
Məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizaları isə evdə tapılan qan ləkələrinin və saç tüklərinin Nərmin Quliyevaya aid olduğunu sübuta yetirməyib.
İfadələr burda, sübutlar burda, şərhə gərək varmı?
Davamı olacaq...
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI