Nida Təhlil
İrəvan məsələsi beynəlxalq gündəmə! - Bakı hərəkətə keçdi
Rəsmi Bakı hazırda Ermənistan sərhədləri daxilində qalan Azərbaycanın maddi-mədəni irsinin qorunması istiqamətində hərəkətə keçdi.
Publika.az xəbər verir ki, İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya ünvanlanan müraciətin məqsədi də budur.
Bu addımın birdən çox əhəmiyyəti var.
Birincisi, Ermənistan ərazisində Azərbaycanın maddi-mədəni irsinin məhv edildiyi faktı beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunur;
İkincisi, Qarabağda “erməni irsi”nin dağıdıldığı iddiasına qarşı erməni vandalizmi faktı irəli sürülür;
Üçüncüsü, bölgəyə missiya göndərməyə hazırlaşan və daha çox qondarma “erməni irsi” iddiasına üstünlük verən UNESCO fakt qarşısında qoyulur;
Dördüncüsü, İrəvanın Azərbaycanın tarixi şəhəri olması faktı mədəni siyasətlə beynəlxalq aləmdə aktuallaşdırılır.
Bu gediş maddi-mənəvi irsimizin qorunması ilə yanaşı, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması prosesində İrəvanın iddialarına qarşı Bakının əlinin güclənməsinə imkan verəcək amildir.
Asif Nərimanlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
.jpg)