Nida Təhlil
Diplomatlarımıza sui-qəsd cəhdi: Makron Bakıya SAVAŞ elan edir?
"Fransa və Birləşmiş Ştatların Güney Azərbaycanda cərəyan edən proseslərdə tutduğu mövqe bir-birini tamamlayır. Eyni zamanda, xüsusilə Fransa prezidenti Emmanuel Makron Ermənistan üzərindən yenə Azərbaycan əleyhinə bəzi həmlələr etməyə çalışır. Makronun Azərbaycan əleyhinə gedişlərinin bir qismi mediaya da yansımaqdadır. Fransa prezidentinin Cənubi Qafqazla bağlı siyasi həmlələri həm Azərbaycan, həm də Rusiya tərəfindən sərt şəkildə tənqid olunur".
Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.

Son günlərdə xaricdəki Azərbaycan səfirliklərinə hücumlarla bağlı fikirlərini dilə gətirən QAFSAM sədri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bölgəyə sülhün gəlməsinə çalışır, amma buna baxmayaraq, erməni diasporunun qanadı altına sığınan kəsim, eləcə də Daşnaksütyun partiyası ilə birlikdə hərəkət edən qruplaşmalar Azərbaycan diplomatlarına qarşı savaş açaraq vəziyyəti gərginləşdirməyə çalışırlar:
"Sanki tarix təkrarlanır və bir vaxtlar Türkiyə diplomatlarına qarşı ermənilər tərəfindən gerçəkləşdirilən sui-qəsdlər indi azərbaycanlı diplomatlara qarşı həyata keçirilir. Daha dəqiq desək, buna cəhdlər edilir. Hazırda Azərbaycan bölgədə Türkiyə ilə müttəfiqdir. Bu iki ölkə çox böyük işlər, layihələr həyata keçirməkdədir. Bu baxımdan, Azərbaycan-Türkiyə-Ermənistan razılaşmasına tərəflər çox yaxın olduğunu anlayan Fransa və Amerika "quyruq"lu erməni terror təşkilatları bu ittifaqı və inkişaf edən prosesləri pozmaq üçün terror aksiyalarına baş vurdular.
Yola saldığımız yüz ildə erməni terror təşkilatları terrordan bir vasitə kimi istifadə edərək dünya mediasında özlərinə yer etməyə çalışdılar. İndi isə vaxtilə Türkiyəyə qarşı həyata keçirdikləri teraktı Azərbaycana qarşı gerçəkləşdirmək istəyirlər. Bununla da Azərbaycanı yolundan döndərməyə çalışırlar. Ona görə də xaricdəki Azərbaycan səfirliklərinə qarşı hərəkətə keçdilər. Erməni terror maşını yaxın günlərdə daha da irəli gedərək Azərbaycan kökənli şəxslərə qarşı hücumlar həyata keçirə bilər. Çünki diplomatik missiyaya qarşı terakt həyata keçirmək erməni zehniyyətinin əsas "məhsul"larındandır".
Tural Turan
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var














.jpg)


















