XXI əsrdə "demokratik" Fransanın müstəmləkə əraziləri - Bəşəriyyətin üz qarası
Bizi izləyin

Nida Təhlil

XXI əsrdə "demokratik" Fransanın müstəmləkə əraziləri - Bəşəriyyətin üz qarası

Əgər biz orta məktəbdə coğrafiyanı yaxşı oxumuş azərbaycanlıdan soruşsaq ki, hazırda Fransa Respublikasının ərazisi nə qədərdir? Yəqin ki, böyük əksəriyyət 551 500 km² olmaqla Avropanın ərazisinə görə ən böyük ölkəsinin Fransa olduğunu deyəcək. Ancaq bu, əslində belə deyil. Beşinci Fransa Respublikasının (1958-ci ildə qəbul edilmiş yeni Fransa Konstitusiyası ilə dövlət rəsmən bu cür adlanır) ərazisi bundan xeyli çoxdur. Yəni 1 milyon 111 min 155 km²-dir. Bəs 559 655 km²-lik fərq necə yaranıb? Fransanın qalan ərazisi harada yerləşir? Qalan ərazilər Fransanın xaricdəki əraziləridir. Başqa sözlə desək, müstəmləkələridir.

Publika.az Fransanın hal-hazırda dünyanın müxtəlif yerlərindəki müstəmləkə əraziləri ilə bağlı hazırladığı məqaləni təqdim edir.

Müstəmləkə ərazilərinin hüquqi statusu

Fransanın əsas əraziləri qitədəki və Atlantik okeanındakı ən yaxın adaları, La-Manş boğazını və Aralıq dənizi sahilini (Korsika adası daxil olmaqla) əhatə edən onun Avropa hissəsidir. Bura Fransa Respublikası adlansa da əslində Fransa metropoliyasıdır. Metropoliya müstəmləkələri mövcud olan dövlətin əsas ərazisinə deyilir. Hazırda Fransanın xaricdəki mülkləri formal olaraq koloniya statusuna malik deyil, çünki 1946-ci il Konstitusiyasına əsasən, Fransa İttifaqı yaradılıb və bütün müstəmləkələr orada cəmləşib. Rəsmi hüquqi termin (məsələn, Avropa İttifaqının rəsmi sənədlərində) Fransanın Avropa ərazisidir.

Bir vaxtlar nəhəng müstəmləkə imperiyasının qalıqları Fransanın xaricdəki müasir mülkləridir (xarici departamentlər, icmalar və xüsusi statusa malik inzibati-ərazi birləşmələri). Onlardan materikdə yalnız Fransız Qvianası yerləşir. Qalanların hamısı adalardır (Fransız Polineziyası, Martinika, Mayotta və s.), həmçinin xüsusi “sui generis” ərazisi (Yeni Kaledoniya adası).

Fransız müstəmləkə dövrünün müasir mirası həm də fransızdilli ölkələrin birliyidir (Frankofoniya Təşkilatı).

Fransanın xaricdəki əraziləri Fransaya məxsus olan, lakin onun əsas Avropa ərazisindən uzaqda yerləşən bir sıra ərazilərdir (əsasən adalar , kontinental Qviana istisna olmaqla). Hazırda bu ərazilər aşağıdakı statusa malikdirlər:

xarici departament və region

xarici icma

xüsusi statusa malik inzibati-ərazi qurumu

Xarici departament və regionların sayı beşdir. Bunlar Qvadelupa, Martinika, Qviana, Reyunon və Mayottadır.

Xarici icmaların da sayı beşdir. Bunlar Sen-Marten, Sen-Bartelmi, Sen-Pyer və Mikelon, Fransız Polineziyası, Uollis və Futunadır.

Yeni Kaledoniya xüsusi statuslu inzibati-ərazi qurumudur.

Digər xarici ərazilər Fransa Cənub və Antarktika əraziləri, həmçinin Klippertondur.

Bütün bu 13 ərazinin ümumi sahəsi 559 655 km², əhalisi isə 2 milyon 750 min 899 nəfərdir.

Ərazi iddiaları

Madaqaskar Fransanın xaricdəki inzibati-ərazi qurumunun xüsusi statusuna malik olan Eparse adalarının bir hissəsi olan Basas-da-İndiya, Qloryoz, Avropa, Juan-de-Nova adaları ilə bağlı Fransa ilə mübahisə edir.

Qəmər Adaları Dövləti (Qəmər Adaları İttifaqı) Fransanın xarici departamenti statusuna malik olan Maore adasına (keçmiş Mayotta) iddia edir.

Surinam (keçmiş Hollandiya Qvianası) Fransanın ən böyük xarici departamenti olan Fransız Qvianasının ərazilərinə iddialıdır.

Mavriki 1990-cı ildən bəri Tromelin adasının (Fransaya məxsusdur) qaytarılması ilə bağlı danışıqlar aparır. Adanın və ona bitişik dəniz məkanının birgə idarə olunmasına dair prinsipial razılaşma da var.

Vanuatu Respublikası 1946-cı ildən Fransanın xarici ərazisi statusuna malik olan Yeni Kaledoniyada yerləşən Metyu və Hunter adalarına olan hüquqlarla bağlı mübahisə edir.

Beynəlxalq ictimaiyyət Fransanın Cənubi və Antarktika ərazilərinə daxil etdiyi Antarktika sektoru olan Adeli Torpaqlarına dair ərazi hüquqlarını tanımır.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm