Nida Təhlil
Bakı güzəştə getməyəcək: Qarabağda vəziyyət bu cür davam edərsə, bir həftəyə...
“10 noyabr razılaşmasından sonra Qarabağla bağlı ortaya çıxan qeyri-müəyyənlik istər-istəməz gərginlik yaradır. Fransa və Rusiya regiona status qazandırmağa çalışarkən azərbaycanlı fəalların Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Sülhməramlıların yeganə çıxış yolu tələblərin qəbul edilməsidir. Görünən odur ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ekoloji terrora məruz qalan Qarabağda milli sərvətlərin talanmasına etiraz olaraq keçirdiyi etiraz aksiyasını daha uzun müddət davam etdirə bilər”.
Bunu Publika.az-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Hasan Oktay azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyasına münasibət bildirərkən deyib.

H.Oktay hesab edir ki, sülhməramlılar bu cür davranış sərgiləməyə davam edərsə, bir həftə ərzində bölgədə ciddi qarışıqlıq yarana bilər:
“Vladimir Putin də İlham Əliyevlə telefon danışığında məsələnin həssaslığını dilə gətirdi. Hazırda rus sülhməramlıları mülki əhali ilə isti təmasda olmaq istəmir. Sabah yaranacaq vəziyyətdə Azərbaycanın mülki əhalisi ilə əsgərlər üz-üzə gələ bilər. Bu da Rusiya sülhməramlı qüvvələrinin sayının artırmasına və bununla da millətin Qarabağdakı hərbi effektivliyini daha da gücləndirməsinə səbəb ola bilər. 10 noyabr razılaşmasına görə, Rusiya sülhməramlı qüvvələrinin 5 il müddətində bölgədə qalması nəzərdə tutulur. Amma hadisələr bir qədər də uzanarsa, Rusiya bölgədə qalma müddətini daha 10 il uzatmağa çalışa bilər”.
Ekspert əlavə edib ki, Rusiyanın Ukrayna böhranında üzləşdiyi problemləri nəzərə alsaq, ruslar Qarabağdan çəkilsə, bölgə tamamilə Azərbaycanın nəzarəti altına keçər:
“Amma Rusiya Qarabağdakı nəzarəti əlindən buraxmamaq üçün beynəlxalq hüququ Fransa ilə birlikdə işə salaraq, regionda de-fakto idarəçilik istəyini hər dəqiqə gündəmə gətirir. Azərbaycan bir tərəfdən İranla gərgin münasibətlərdə olduğu halda, digər tərəfdən Rusiya ilə belə bir prosesə girərsə və hər iki problem də sülh yolu ilə həll olunarsa, daha mühüm hadisələrlə qarşı-qarşıya qalacaq”.
Akqabay Mıradov
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var














.jpg)


















