Nida Təhlil
Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyanın gerçək planı nədir?
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı verdiyi əsas mesaj belə oldu: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”.
Bu, Bakının tələb etdiyi məsələdir və ərazi bütövlüyü qarşılıqlı şəkildə tanındığı təqdirdə, sülh müqaviləsi imzalanacaq. O zaman sual yaranır: niyə sülh müqaviləsi imzalanmır?
Burada üç amil məsələnin, verilən müsbət bəyanatlardan fərqli olduğunu göstərir:
Birincisi, geosiyasi oyunçuların bölgədə vasitəçilik üzərindən apardığı mübarizə və bunun tərəflərə təsiridir;
İkincisi, bu geosiyasi mübarizənin Qarabağ məsələsində yaratdığı dilemmadır;
Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın əslində nə istədiyidir;
Qərb və Rusiya masasında əsas fərq Qarabağ və regional məsələlərə yanaşmadır:
- Qərbin Qarabağ məsələsinə yanaşması Bakının istəyinə uyğundur, kommunikasiyanın açılması və sərhədin delimitasiyası ilə bağlı yanaşması əksinədir;
- Rusiyanın sərhədin delimitasiyasi və kommunikasiyanın açılmasına (Zəngəzur dəhlizi) yanaşması Bakının istəyinə uyğun gəlir, Qarabağ məsələsində əksinədir;
Bu fərqlər uzlaşmanı çətinləşdirir. Ermənistanın isə əsas hədəfi sülh müqaviləsini Qərb masasındakı razılaşmalarla imzalamaqdır. Proseslərin bu istiqamətdə inkişafı – Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olduğu müddətdə sülh sazişinin Qərb masasında imzalanması Bakı üçün təhlükəli perspektiv vəd edir. Bu baxımdan, Azərbaycan, Əliyevin də bəyan etdiyi kimi beynəlxalq konsensusa nail olmaqdan yanadır. Bu amil hələ ki, mümkünsüz görünür.
“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyən Paşinyanın Qərbin vasitəçiliyi ilə sülh sazişini imzalamaqda öz hədəfləri var:
a) Qarabağ məsələsini Bakı-Moskva xəttindəki problemə çevirirlər;
b) Bakı-Xankəndi formatı, eləcə də erməni əhalisinin hüquq və təhlükəsizliyi kimi məsələlər üzərindən Qarabağda “hüquqi münaqişə” yaradırlar;
c) Kommunikasiyanın açılmasında Naxçıvana maneəsiz keçid vermək öhdəliyindən imtina edirlər;
ç) 29,8 min km ərazini saxlamağa çalışırlar: Paşinyanın da bildirdiyi kimi, bu, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin saxlanılması, delimitasiya-demarkasiya prosesinin bu xətlərə uyğun aparılması deməkdir; və bununla SSRİ dövründə Ermənistana bağışlanan ərazilərimizin qaytarılması perspektivi sıradan çıxır, eləcə də müharibədən sonra ordu bərpa olunan sərhəddən geri çəkilir;
Məsələ heç də Paşinyanın bəyan etdiyi kimi “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməklə həll olunmur. Danışıqlar prosesində vəziyyət kifayət qədər mürəkkəb görünür.
Asif Nərimanlı
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var










.jpg)








.jpg)






.jpg)












