Nida Təhlil
Ukraynada Mingəçevir SES ssenarisi – Azərbaycanda “kor olan” dünyanın “gözü açıldı”
Ukraynada Kaxovka Su Elektrik Stansiyasının partladılması region üçün ekoloji fəlakət təhlükəsi yaradıb: partlayışa görə, Kiyev və Moskva bir-birini ittiham edir, hazırda SES-in bəndinin kimin tərəfindən və necə dağıdıldığı bəlli olmasa da, ortada ekoloji terror aktı var və beynəlxalq mütəxəssislər baş verənlərin təkcə Ukraynaya yox, bütün region ölkələrinə ciddi təsirinin olacağını hesab edirlər.
Baş verən bu fəlakət birmənalı olaraq, müharibə cinayətidir: kənd və qəsəbələr su altında qalıb, böyük şəhərlərdə sel təhlükəsi gözlənilir;
Və Qərb ölkələri – beynəlxalq ictimaiyyət baş verən müharibə cinayətinə görə susmur, Rusiyanı günahlandırırlar, məsələni beynəlxalq müstəviyə daşıyırlar. Baş verən fəlakətin miqyasını nəzərə alanda dünyanın hərəkətə keçməsi təbiidir.
Amma və lakin baş verənlər bizə cəmi üç il öncə eyni fəlakət riski ilə üzləşdiyimiz zaman bu gün Kaxovka SES-ə görə susmayan dünyanın – beynəlxalq birliyin səssizliyini də xatırladır. Axı Azərbaycan da eyni təhlükə ilə üzləşmişdi, bizim mülki insanlarımız, şəhərlərimiz su altında qalma riskini yaşayırdı və bu, ekoloji terrora cəhd edən Ermənistana irad belə bildirilmədi.
Bu gün Kaxovka SES-in dağılması nəticəsində yaşanan sel fəlakəti 3 il öncə Mingəçevir SES-in hədəfə alınmasını və buna nail olacaqları təqdirdə Azərbaycanın üzləşəcəyi böyük fəlakət təhlükəsini göz önünə gətirir.
44 günlük Vətən müharibəsində Ermənistan ard-arda müharibə cinayətlərinə əl atırdı. Cəbhədə Azərbaycan ordusu qarşısında qaçmağa məcbur olan ermənilər şəhərlərimizi, mülki insanlarımızı bombalayır, qadağan olunmuş raketlərdən zərbələr endirirdi. Gəncə də daxil olmaqla mülki yaşayış məntəqələrinə qarşı törədilən müharibə cinayətləri uzaq tarixdə qalmayıb, cəmi iki il yarım öncə baş verib.
Müharibənin getdiyi vaxt Ermənistanın əsas hədəflərindən biri də Mingəçevir SES idi. Hətta bu, müharibədən öncə mümkün döyüşlər zamanı əl atacaqları ssenari olaraq işlənib hazırlanmışdı. Məqsəd Azərbaycan ordusunun müharibə meydanında qarşısını almaq idi.
Müharibə başlanandan günlər sonra Ermənistan əvvəldən planlaşdırdığı hərbi cinayətini həyata keçirməyə başladı: 2020-ci ilin oktyabr ayı boyunca dəfələrlə Mingəçevir SES hədəfə alındı; Hərbi Hava Qüvvələrinin müdafiə sistemləri bu raketlərin böyük hissəsini zərərziləşdirə bilmişdi, lakin SES-in ərazisinə düşən, lakin partlamayan raketlər də var idi;
Ermənistan bu planına nail olsaydı, bu gün Ukraynada yaşanan fəlakət Azərbaycanda yaşanacaqdı: onlarla rayon, şəhər və kənd su altında qalacaqdı;
Və bu gün Ukraynada Mingəçevir SES ssenarisinin təkrarlanmasına görə hərəkətə keçən, bunu dünyanın bir nömrəli məsələsi halına gətirən beynəlxalq birlik eyni ssenari Azərbaycana qarşı tətbiq olunanda səssiz qaldı, Ermənistanın törətdiyi hərbi cinayətlərə görə irad belə bildirmədi.
Bu, Azərbaycana qarşı ikili standart və ədalətsiz yanaşmanı bir daha ortaya çıxarır. Əslində Kaxovka SES-də yaşanan fəlakət də daxil olmaqla dünyanın üzləşdiyi problemlərin kökündə məhz humanitar məsələlərə siyasi maraqların qarışdırılması, hərbi cinayətlərə qarşı zamanında lazımi addımın atılmamasıdır. Bəşəriyyəti hədəfə alan belə cinayətlər vaxtında cəzasız qalanda tendensiyaya çevrilir və digərləri bu “cəzasızlıq mühiti”ndən ruhlanaraq, eyni addıma əl atır.
Ermənistan Mingəçevir SES-i hədəfə alanda dünya birliyi özünü korluğa qoymasaydı, bəlkə də bu gün müharibənin getməsinə baxmayaraq, heç bir qüvvə Kaxovka SES-i hədəfə almağa cəsarət etməz, beynəlxalq reaksiyadan çəkinərdi. Ermənistanın hərbi cinayətlərinin qarşısında sərgilənən səssizlik eyni cinayətlərin başqaları tərəfindən də törədilməsi üçün presedent rolunu oynayır. Və Mingəçevir SES-ə görə lal və kor olan dünya birliyinin bu gün gözlərinin və dilinin açılması, ekoloji terrora qarşı səsini ucaltması beynəlxalq ədalətə və bəşəri dəyərlərə inamı zədələyir, hətta ikrah belə doğurur.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO