Nida Təhlil
PKK-çı, FETÖ-çü, gizli erməni... – Azərbaycana hücum edən “türkiyəli ziyalı”lar əslində kimdir?
Ermənistan “Qarabağ blokadadır” iddiasını ispatlamaq, Azərbaycana qarşı təzyiqə nail olmaq, nəticədə rəsmi Bakını Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı suverenliyinə əsaslanan prinsipial mövqeyindən geri addım atmağa məcbur etmək məqsədilə beynəlxalq ictimai rəyi süni şəkildə formalaşdırmağa hesablanmış bütün yollara əl atır.
- Qarabağda “humanitar fəlakətin” olduğunu göstərmək məqsədilə “erməni əhalisinin ac” olduğu haqda ssenarilər təşkil etməyə davam edirlər;
- Azərbaycanla sərhəddə “yardım şousu” düzəltdilər, İrəvandan göndərilən TIR-lar hələ də sərhəddə saxlanılır;
- İddialarını BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxardılar;
Və bu kimi klassik erməni yalanları davam edir, hərçənd, bütün cəhdləri nəticəsidir, nə qurduqları oyunlar, nə də bel bağladıqları hansısa güc Azərbaycanın prisipial mövqeyini dəyişdirə bilmədi. Ermənistanın BMT Təhlükəsizlik Şurasında fiaskoya uğraması isə bir daha təsdiq etdi ki, rəsmi Bakının ərazi bütövlüyü və suverenliyini qorumaq prinsipini dəyişdirə bilməyəcəklər. Lakin Ermənistan və erməni diasporu/lobbisi beynəlxalq müstəvidə manipilyasiya siyasətindən əl çəkmir. Hazırda dövriyyəyə buraxdıqları növbəti taktika müxtəlif ölkələrdən “bir qrup ziyalı”nın “Qarabağda blokada var” iddiası haqda müraciət ünvanlaması, Bakıya qarşı informasiya cəbhəsini genişləndirmək cəhdidir. Türkiyədə “bir qrup ziyalı”nın qondarma iddialarla bəzədilmiş müraciəti də bu cəhddən biridir.
Müraciətdə “Qarabağın 8 aydır blokadada olduğu” deyilir, Azərbaycan “ermənilərə qarşı soyqırımı aktında” ittiham edilir və bu kimi ermənilərin absurd iddialarına dəstək verilir. Bu xain müraciətin məqsədinin Azərbaycana qarşı beynəlxalq müdaxiləyə nail olmaq olduğu bəllidir, Ermənistanın müraciəti “türkiyəli ziyalılar da Qarabağda blokadanın olduğunu deyir” yönündə təqdim etməsi də buna hesablanıb. Bununla Azərbaycanın qardaş və müttəfiqi olan Türkiyədə belə rəsmi Bakının siyasətinə etiraz edildiyi göstərilir. Lakin “ziyalı” adlandırılan və Türkiyə xalqı adına danışmağa iddia edən bu şəxslərin kimliyinə diqqət edəndə onların Türkiyənin bölünməsindən tutmuş qardaş ölkənin milli maraqlarının tapdanmasına qədər hər şeyi dəstəkləyən bir qrup xaindən başqa bir şey olmadıqları ortaya çıxır.
PKK-çılar, FETÖ-çülər, ermənilər naminə vətəndaşı olduğu ölkəni satanlar... aralarında hər cür insan var. Onları birləşdirən ortaq nöqtə hamısının qardaş Türkiyəni bu və ya digər maraqlara, güc mərkəzlərinə satması, xainlik etməsidir.
Onlar kimlərdir və hansı xainlikləri edirlər?
Abdullah Demirbaş: kürd əsilli olan Demirbaş açıq şəkildə PKK terror təşkilatını dəstəkləyir. 2004-cü Diyarbəkirin Sur rayonunun bələdiyyə sədri seçiləndən sonra PKK-nın bu bölgədə həyata keçirmək istədiyi “muxtariyyət” planlarında praktiki olaraq iştirak edib, xüsusilə kürd dilini rəsmiləşdirmək istiqamətində atdığı addımlar bu planın bir hissəsi idi. Terrora verdiyi dəstəyə görə məhkəmə qərarı ilə fəaliyyəti dayandırıldı. Dəmirbaş 2009-cu ildə yenidən Sur rayonunun bələdiyyə sədri seçilsə də, terrora verdiyi dəstəyə görə məhkəmə onun fəaliyyətini qadağan etdi. 2015-ci ildə PKK-nı dəstəklədiyi üçün həbs edilib. Dəmirbaş PKK-nın Diyarbəkiri işğal etmək planına dəstək olaraq, terrorçuların Türkiyə ordusu ilə döyüşə hazırlıq məqsədi daşıyan xəndək qazmaq işini həyata keçirənlərdən idi. O, sədri olduğu bələdiyyənin imkanlarını məhz terrorçuların xidmətinə vermişdi. Dəmirbaşın oğlu isə PKK terror təşkilatının sıralarına qoşularaq, Türkiyəyə qarşı terror aktlarını həyata keçirir.
A.Dəmirbaş ermənilərə olan rəğbəti ilə də tanınır. Bələdiyyə sədri olduğu vaxt Sur rayonunda küçələrə erməni yazıçıların adlarını verib. Ermənilərə olan sevgisinə görə 2015-ci ildə İrəvana rəsmi olaraq dəvət edilmiş və həmin vaxt Ermənistanın prezidenti olan Serj Sarkisyanla görüşmüşdü. Həbs ediləndə isə erməni diasporu ona böyük dəstək verdi. Türkiyədə erməni icmasının mətbuat orqanı olan “Agos” qəzetinə müsahibəsində bu dəstəyə görə erməni diasporuna təşəkkür də edirdi. Terrora dəstək verdiyinə üçün haqqında cinayət işi açılandan sonra Dəmirbaş İsveçrəyə qaçıb və bu gün də Türkiyə əleyhinə fəaliyyətlə məşğuldur. O, erməni diasporu ilə sıx əlaqələrə də malikdir və əsas hədəfi təkcə Türkiyə yox, həm də Azərbaycandır.
Abdülhakim Daş: Şərq-Cənub Şərq Dərnəklər Platformasının sədri olan A.Daş HDP-nin, eyni zamanda, eyni ideologiyanı daşıyan Yaşıl Sol prtiyasının deputatlığa namizədi olub. Onun PKK terror təşkilatını dəstəklədiyi, Türkiyənin parçalanması üçün əlindən gələni etdiyi hər kəsə bəllidir. PKK-nın proqramını – “kürd muxtariyyəti”, “kürd dilinin rəsmi dil olması” və s. – həyata keçirən şəxslərdəndir. Eyni zamanda, Türkiyəyə qarşı qondarma “erməni soyqırımı”nı da dəstəkləyir.
Adnan Cangüder: Almaniyada yaşayan Cangüder Münhen Ələvi İcmasının rəhbəridir. Lakin ələvilik üzərindən Türkiyə dövlətinə qarşı düşmən mövqe sərgiləyir. Əsas diqqətçəkən məqam da ələvi-qızılbaş irsi uğrunda “mübarizə aparan” Cangüderin ermənilərə olan sevgisi və erməni maraqları naminə təkcə Türkiyəyə yox, həm də Azərbaycana – qızılbaş irsinin olduğu bu torpaqlara qarşı xain mövqedə dayanmasıdır. Bu zidiyyət – özünə qızılbaş deyib erməniləri dəstəkləməsi belə Cangüder kimilərin nə ələviliklə, nə qızılbaşlarla əlaqəsinin olmadığını, erməni diasporunun maraqlarına xidmət etdiyini təsdiq edir.
Adnan Çelik: kürd mənşəlidir, kürdlərl bağlı akademik yayım orqanı olan “Toplum və Kuram jurnalının” redaksiya üzvüdür və bütün fəaliyyəti boyunca “kürdlərin hüquqları” adı altında PKK terroruna dəstək verib. Eyni zamanda, “erməni soyqırımı”nı dəstəkləyənlərdəndir. Onun həmmüəllifi olduğu “Yüz illik ah” kitabı 1915-ci ildə Diyarbəkirdə “ermənilərin qətlə yetirildiyi” iddialarına, ümumilikdə qondarma “erməni soyqırımı”na həsr olunub.
Ahmet Aykaç: solçu ideologiyasına malik olan bu siyasətçi PKK terror təşkilatına simpatiyası ilə tanınır. Dəfələrlə Türkiyə dövlətinin PKK-ya qarşı mübarizəsini qınayıb, o cümlədən, Türkiyə ordusunun Suriyada PKK terror təşkilatının uzantısı olan PYD/YPG-yə qarşı əməliyyatlarını pisləyib. PKK-nın Diyarbəkirdə qondarma “kürdüstan” yaratmaq planlarına dəstək verdiyi üçün həbs edilən keçmiş HDP sədri Səlahəttin Dəmirtaşın azad edilməsi çağırışları edib. Terrora açıq şəkildə dəstək verir və əsas maraq dairələrindən biri də ermənilərin maraqlarının müdafiəsidir.
Ahmet Konuk: ələvi mənşəli yazıçı kimi tanınan bu şəxs də “ələvilərin hüquqları” adı altında Türkiyəyə qarşı separatizm fəaliyyətini həyata keçirir.
Akın Atauz: solçu ideologiyaya malikdir. “Yaşıl qəzeti”ninin köşə yazarı olan Atauz qondarma “erməni soyqırımını” dəstəkləyir. 2023-cü il seçkilərində Yaşıl Sol Partiyasından deputatlığa namizəd olub. Atauz “soyqırımı, Ankata və ötən 100 il” adlı araşdırmasında “ermənilərin 1915-ci ildəki sayını və qondarma “soyqırımı”ndan sonra azalmasını” qələmə alıb.
Akın Birdal: solçudur, PKK ideologiyasını daşıyan keçmiş HDP-nin sələfi BDP-dən 23-cü çağırış TBMM millət vəkili olub. 1992-99-cu illərdə İnsan Hüquqları Dərnəyinin sədri olub, 1999-2000-ci illərdə Türkiyə Cinayət Məcəlləsinin 312-ci maddəsi (hökumətə qarşı cinayət) ilə məhkum edilib. 2008-ci ildə qondarma “erməni soyqırımı”na görə “ermənilərdən üzr istəyirik” kampaniyasına qoşulub. PKK terroruna açıq dəstək verir. 2012-ci ildə o, Diyarbəkirdəki mitinqdə “bütün xalqımızı “kürdüstan” üçün bir dəqiqəlik sükuta dəvət edirəm” çıxışını edib.
Alev Er: yazıçı-jurnalistdir, ermənilərin “Agos” qəzetində erməni maraqlarının müdafiəsi ilə bağlı çoxsaylı yazılar yazıb. 2008-ci ildə qondarma “erməni soyqırımı”na görə “ermənilərdən üzr istəyirik” kampaniyasını dəstəkləyib. Onun məqalələrinin əksəriyyəti qondarma “erməni soyqırımı”na həsr olunub, eyni zamanda, Türkiyənin tanınmış şəxslərinin “erməni əsilli olması”, Türkiyədə müxtəlif abidələrin “ermənilərə məxsus olması” haqda araşdırmaları var.
Alex Köşkeryan: adından da göründüyü kimi erməni əsilli bu şəxs Sosial Demokrat Hınçak Partiyasının Beyrut təmsilçisidir, mütəmadi olaraq Ermənistana səfər edir və əsas işi qondarma “erməni soyqırımı”nın təbliğatıdır. O, Qarabağdakı separatçıların müdafiəsi naminə Azərbaycanı “ermənilərə qarşı 1915-ci il hadisələrini təkrarlamaqda” ittiham edir.
Ali Gökkaya: “Kürdüstan Kommunist Partiyası”nın (KKP) Mərkəzi İdarə Komitəsi üzvüdür və PKK terror təşkilatını açıq şəkildə dəstəkləyir.
Ari Günter: erməni mənşəli olan Günter kimliyini gizlətmir, sosial şəbəkə profilində ikinci soyad kimi “Deristepanyan” olaraq qeyd edib. Qondarma “erməni soyqırımı”nın müdafiəçisi olan Günter Azərbaycana qarşı çıxışları ilə tanınır. 44 günlük müharibədə Azərbaycanı ittiham edib, hazırda “Qarabağda ermənilərə soyqırımı törədilir” kimi absurd iddiaları tirajlamaqla məşğuldur.
Aslı Erdoğan: fizik və yazıçı kimi tanınan bu qadın Frankofon qadın yazıçılar parlamentinin fəxri üzvüdür. PKK-nə dəstəkləyir, 2016-cı ildə radikal sol “Özgür Gündem” qəzetində çalışdığı dövrdə “terror təşkilatına üzv olmaq” ittihamı ilə saxlanılıb. İtalyan “La Repubblica” qəzetinə müsahibəsində Türkiyəni “kürdlərə qarşı soyqırımı törtməkdə” ittiham edib. “Artıq səssizlik belə sənin deyildir” kitabında isə qondarma “erməni soyqırımı” iddialarına geniş şəkildə yer verib.
Atilla Tuygan: yazıçı, insan hüquqları müdafiəçisi kimi tanınan bu şəxs qatı ermənipərəstidir. Qondarma “erməni soyqırımı”na həsr olunmuş kitabları türk dilinə tərcümə edib, “Agos” qəzetində Türkiyə dövlətinə qarşı çoxsaylı məqalələri yayımlanıb.
Ayşe Hür: araşdırmaçı jurnalistdir. Ana tərəfdən pomak (Qara Dəniz yunanları) əsilli olan A.Hür qondarma “erməni soyqırımı”nın müdafiəçilərindəndir. Erməni icmasının “Agos” qəzetində işləyib. Magistr işinin mövzusu “Avropa İttifaqının Tarixlə Barışma Nöqtələri və Erməni Məsələsi”dir. Bütün fəaliyyətini məhz erməni maraqlarının müdafiəsinə həsr edib. Hətta “Türkiyə dövləti 24 aprel tarixini (qondarma “erməni soyqırımı”) unutdurmaq üçün 23 aprel bayramını (Uşaqlar bayramı) qeyd edir” iddiasını uyduracaq qədər ermənipərəstdir.
Ayşe Yıldırım: “Cumhuriyyet” qəzetinin köşə yazarı olub, Türkiyə dövlətinə qarşı düşmən mövqeyi ilə tanınır, o cümlədən, qondarma “soyqırımı” məsələsində erməniləri müdafiə edir. Müxalif jurnalist Cəlal Başlanğıcın həyat yoldaşı olan A.Yıldırım hazırda çalışdığı “kisadalga.net” portalında da erməni maraqlarının əks olunduğu məqalələrlə çıxış edir.
Ayşegül Devecioğlu: Hələ “Orta Doğu Texniki Universitetində” təhsil aldığı müddətdə terroru dəstəkləyən “İnqilabçı Yol” radikal sol hərəkatına qoşulub. Yazıçı olaraq fəaliyyət göstərir və qondarma “erməni soyqırımı”nı müdafiə edənlər arasındadır.
Baskın Oran: Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin professoru olan B.Oranın da “Agos”da erməni maraqlarını qoruyan məqalələri dərc edilir. Əsas tədqiqat sahəsi inkişaf etməmiş ölkələrdə millətçilik, etnik azlıqlar, Türkiyənin xarici əlaqələri və din-dövlət münasibətləridir. Qondarma “erməni soyqırımı”nın məşhur müdafiəçilərindəndir. Parisdə yaşayan qızı Sırma Oran da atası ilə eyni mövqeyi paylaşır. B.Oranın erməni əsilli olduğuna dair məlumatlar da var.
Bayram Kaya: FETÖ-nün “Zaman” qəzetinin əməkdaşı olub, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra o, “silahlı terror təşkilatına üzv olmaq” cinayətinə görə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Türkiyə dövləti əleyhinə olan hər şeyi dəstəkləyir.
Cəlal Başlanğıc: Türkiyə dövlətinə qarşı radikal mövqeyi ilə tanınan jurnalistdir. “Demokrat İzmir”, “Evrensel”, “Politika” və “Radikal” kimi qəzetlərdə işləyir. Həyat yoldaşı Ayşe Yıldırım kimi o da qondarma “erməni soyqırımı” iddialarını müdafiə edir.
Cengiz Aktar: Tvitter (X) profilinə qondarma “erməni soyqırımı abidəsi”nin fotosunu qoyacaq qədər ermənipərəstdir. “Agos” qəzetinin rəhbəri olmuş erməni əsilli Hrant Dinklə yaxın dost olub, hazırda bu qəzetin köşə yazarı olaraq çalışır. 2008-ci ildə qondarma “soyqırıma” görə “ermənilərdən üzr istəyirik” kampaniyasının iştirakçılarındandır, 2021-ci ildə fransızca nəşr etdirdiyi “Türk İlləti” (The Turkish Malaise) kitabı “erməni soyqırımı”na həsr olunub. Bu ilin aprelində İrəvanda səfərdə olan Aktar erməni mediasına müsahibəsində Türkiyəni ermənilərdən daha çox ittiham edib, həmçinin, 44 günlük müharibəyə görə Azərbaycana qarşı da xain fikirlər səsləndirib.
Cengiz Arın: professordur, amma bütün intelektini Türkiyə və Azərbaycana qarşı həsr edib. Qondarma “erməni soyqırımı”nı dəstəkləyən Arın 44 günlük müharibədə Azərbaycanı ittiham etməsi ilə yadda qaldı.
Denis Dreisbusch: Tədqiqatçı-yazıçı olan bu şəxs “Erməni soyqırımı və İslam Ermeni (1870-1923)” kitabının müəllifidir. Türkiyə dövlətini “erməni və kürdlərə qarşı soyqırımı” törətməkdə ittiham edir, bu iddialarını beynəlxalq mediada mütəmadi olaraq gündəmə gətirir. Erməni diasporunun sevimli yazıçılarındandır.
Doğan Özgüden: 87 yaşında yazıçı-jurnalist 1974-cü ildə ümumilikdə 300 ilə yaxın həbs cəzası verilməsi təhlükəsi olduğundan Belçikaya qaçıb, o vaxtdan bu ölkədə yaşayır. 1984-cü ildə Türkiyə vətəndaşlığından çıxarılıb. Ermənipərəst mövqeyi ilə məşhurdur, yaşadığı Belçikada əsas fəaliyyəti də məhz Türkiyənin əleyhinə işlər həyata keçirmək, ermənilərin maraqlarını müdafiə etməkdir. 44 günlük müharibədə işğalçı Ermənistanın müdafiəsi məqsədilə Azərbaycanı ittiham edirdi. 19 oktyabr 2020-ci il tarixində yayımladığı “erməni soyqırımını törədənlər” adlı məqaləsində Türkiyə və Azərbaycan prezidentlərinə “ermənilərə qarşı soyqırımını təkrarlamaq” ittihamı irəli sürür, Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsinə qarşı çıxırdı.
Emrah Cilasun: ələvi mənşəli olan bu şəxs 1970-ci illərdə Almaniyadan sığınacaq alıb. Bütün ömrünü Türkiyə dövlətinə qarşı “faşizm” ittihamlarına həsr edib, hətta Türkiyənin konstitusiya quruluşunun dəyişdirilməsi çağırışlarını da səsləndirib. Almaniyadakı erməni diasporu ilə yaxın əlaqələri var, qondarma “erməni soyqırımı”nı bütün müstəvidələrdə dəstəkləyir.
Erdal Doğan: yazıçılığı və şairliyi ilə tanınan bu şəxs də “erməni soyqırımı”nı müdafiə edənlərdəndir, “Agos” qəzetində məqalələr yazır.
Erdoğan Kahyaoğlu: yazıçı (uşaq ədəbiyyatı) olan Kahyaoğlu ermənipərəst mövqeyi ilə tanınır, Türkiyəni “erməni soyqırımı” törətməkdə ittiham edir.
Emire Eren Keskin: kürd və çərkəz əsilli hüquqşünasdır, PKK lideri Abdullah Öcalanın və Esenboğa hava limanına hücumun təşkilatçılarından olan ASALA terrorçusu Levon Ekmekçiyanın ailəsinin vəkili olub. 2006-cı ildə Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsinə əsasən, “Türk Silahlı Qüvvələrinin mənəvi şəxsiyyətini təhqir etmək” ittihamı ilə həbs cəzasına məhkum edilib. PKK-nın qondarma “kürdüstan” planlarına açıq şəkildə dəstək verib.
Ergun Babahan: FETÖ-çü olaraq tanınan bu jurnalist 2012-ci ildə sosial şəbəkədə Fətullah Gülən və FETÖ haqqında şərhlərinə görə “Star” qəzetindən uzaqlaşdırılıb. “Erməni soyqırımı”nı müdafiə edir və “Türkiyə ermənilərə soyqırımı törədibsə, kürdlərə qarşı də törədəcək” kimi xain fikirləri ilə tanınır.
Erol Ercan: yazıçı kimi tanınan bu şəxs də “erməni soyqırımı”nı müdafiə edənlərdəndir.
Eser Budak: keçmiş HDP-nin üzvü olub, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra qərarnamə ilə işdən çıxarılıb. Siyasi aksiyalarda iştirak etdiyi üçün bir neçə dəfə həbs olunub.
Esra Mungan: Psixologiya üzrə professordur. 2016-cı ildə PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat zamanı “Biz Bu Cinayətin Tərəfi Olmayacağıq” adlı Sülh Naminə Akademiklərin Bəyanatını imzaladığına və efirdə oxuduğuna görə “terror təşkilatının təbliğatı aparmaq” ittihamı ilə həbs edilib. PKK-nın “kürdüstan” ideologiyasını, o cümlədən, “erməni soyqırımı”nı dəstəkləyənlərdəndir.
Fatime Akalın: Ankara Düşüncəyə Azadlıq Təşəbbüsü (Düşünceye Özgürlük Girişimi) adlı təşkilatın fəallarındandır. Təşkilat mütəmadi olaraq ermənilər və kürdlərlə bağlı tədbirlər keçirir, bəyanatlar hazırlayır. Bu prosesdə əsas iştirakçı olan F.Akalın keçmiş HDP-yə yaxınlığı ilə tanınır.
Fikret Başkaya: solçudur, “Paradiqmanın iflası” adlı kitabını yazdıqdan sonra terror təşkilatının təbliğatı ittihamı ilə həbsdə olub. Atatürkçülük ideyalarına qarşı kəskin baxışları ilə seçilir. Qurucusu olduğu Özgür Universitetə rəhbərlik edir. Qondarma “erməni soyqırımı” iddialarını təbliğ edir və bununla bağlı keçirilən tədbirlərin iştirakçısıdır.
Garo Kaprielyan: soyadından da göründüyü kimi erməni əsilli bu şəxs Türkiyədəki erməni icmasının fəallarındandır. Bütün fəaliyyəti qondarma “erməni soyqırımı”nın tanınmasına sərf olunub.
Gençay Gürsoy: Professor, həkim-nevropatoloq olan Gürsoy kürd əsillidir, İstanbul Təbiblər Palatası və Türk Təbibləri Birliyi Mərkəz Şurasının sədri olub. 83 yaşı var, gəncliyində Türkiyə İşçi Partiyasının üzvü olub. Hazırda HDP üzvüdür. 2021-ci ilə qədər T24 xəbər saytında yazılar yazıb. Kürdlər və ermənilərlə bağlı təşəbbüslərin aktiv dəstəkçilərindəndir.
Güngör Şenkal: şair və yazıçı olaraq tanınan bu şəxs qondarma “erməni soyqırımı”nın əsas dəstəkçilərindəndir. “Ermənilərdən üzr istəyirik” kampaniyasına qoşulub, bu gün də erməni maraqlarının müdafiəsi naminə Türkiyə əleyhinə fəaliyyət göstərir.
Gürhan Ertür: Qurucularından biri olduğu Açıq Radioda “Altın saatlar” adlı proqramın aparıcısı olan Ertür “erməni soyqırımına” və ermənilərin müdafiəsinə həsr olunmuş təşəbbüslərə mütəmadi dəstək verir.
Hacer Ansal: İşıq Universitetində humanitar və sosial elmlər kafedrasında çalışır. Erməni və kürdlərlə bağlı təşəbbüsləri dəstəkləyir, qatı müxalif baxışları ilə seçilir.
Hasan Burgucuoğlu: Almaniyanın Hamburq şəhərininin Altona rayonu məclisinin üzvüdür. Almaniya Sol Partiyasını təmsil edir, Türkiyədə CHP ilə yaxın əlaqələri var. Qondarma “erməni soyqırımı” iddialarının fəal dəstəkçilərindədir və bununla bağlı Ermənistan da daxil olmaqla müxtəlif yerlərdə keçirilən tədbirlərdə iştirak edir.
Hatice Yıldız: HDP üzvü mütəmadi olaraq ermənilər və kürdlərlə bağlı tədbir və bəyanatların iştirakçısı olur.
Hıdır Çelik: kürd mənşəli yazıçı olan H.Çelik kiçik yaşlarından Almaniyaya miqrasiya edib. İxtisasca sosioloqdur, miqrasiya problemləri üzrə ixtisaslaşıb. Köln Universiteti mədəniyyətlərarası təhsil bölümündə çalışır və Almaniya Yazıçılar Dərnəyinin üzvüdür. PKK-nı və “erməni soyqırımı”nı müdafiə edən mövqeyi ilə tanınır. Türkiyə torpaqlarında “kürdüstan” yaradılması ideologiyasına xidmət edir.
Hovsep Hayreni: erməni mənşəli tarixçi olan Hayreni Belçikada yaşayır. Qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən yazılar yazır. 6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 4 gün sonra “Soyqırımçı Türkiyə Respublikasının 100-cü ilində mənəvi çöküşü” adlı iftira xarakterili məqaləsində Türkiyə və Azərbaycanı ittiham edib.
Hüseyin Habip Taşkın: həmşindir (Türkiyədə gizli ermənilər), qondarma “erməni soyqırımı”nın qati müdafiəçisidir.
İbrahim Seven: süryani əsilli olan İ.Seven Almaniyada yaşayır, Türkiyə Kommunist Partiyasının üzvü olub. Türkiyəni dövlətini “Ermənistan torpaqları” da daxil olmaqla Kiçik Asiyanı işğal etməkdə ittiham edir, bu “işğalın” 1071-ci ildən – Malazgirt döyüşündən başladığı iddisını irəli sürür. “Erməni soyqırımı”nın tanınması üçün əlindən gələni edən şəxslərdəndir.
İnan Gedik: jurnalist olan İ.Gedik CHP-nin keçmiş İstanbul millətvəkili erməni əsilli Selina Doğanın məsləhətçisi kimi fəaliyyət göstərib. Ermənipərəst olduğunu gizlətməyənlərdəndir.
İnci Tuğsavul: jurnalist, yazıçı, insan hüquqları müdafiəçisi. 1982-ci ildə Türkiyə vətəndaşlığından çıxarılıb. Belçikada yaşayır. Türkiyə Kommunista Partiyasının üzvü olub. Erməni diasporu ilə sıx əlaqələrə malikdir, qondarma “soyqırımı” iddialarını müdafiə edir.
İra Tzourou: erməni əsilli yazıçı Sevan Nişanyanın həyat yoldaşıdır. Türkiyədə yunan və erməni ailəsində anadan olub. Türkiyə və Azərbaycana qarşı sərt fikirləri ilə tanınır. 44 günlük müharibədə azərbaycanlıları təhqir edən İ.Tzourou ordumuzun uğurlarının yalan olduğu təbliğatını aparır, Şuşanın azad edilmədiyini deyirdi. Ermənistanın baş naziri Nikol Paşinyana sosial şəbəkələrdə əsas dəstək verən şəxslərdən idi.
Kemal Bilget: kürd mənşəli olan K.Bilget PKK-nı dəstəkləyir, hətta terrorçularla sıx təmaslara malikdir.
Kemal Hür: Almaniyada yaşayan bu jurnalist ermənipərəst mövqeyi ilə tanınır və sosial şəbəkələrdə zaman-zaman Azərbaycan əleyhinə təbliğat aparır. PKK terror təşkilatına simpatiyasını gizlətmir.
Kemal Yalçın: Türkiyədəki kürd, erməni və süryani azlıqlar haqqında araşdırmaları, kitablar, sənədli romanlar yazan yazıçıdır. Yazdığı əsərlərlə bağlı Türkiyədə əvvəllər mühakimə olunub. “Erməni soyqırımı”, “kürd problemi” kimi məsələlərdə Türkiyə dövlətinin əleyhinə çıxır.
Kenan Yenice: HDP üzvüdür. Erməni mənşəli olduğu iddia edilir. 2014-cü ildə İstanbulun Şişli rayonuna bələdiyyə sədri vəzifəsinə namizədliyi HDP-dən irəli sürülmüş, lakin seçiləməmişdir. “Agos”da erməniləri dəstəkləyən məqalələr yazıb.
Mahmut Konuk: erməni əsilli M.Konuk 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonar terror təşkilatı ilə əlaqələrinə görə vəzifəsindən azad edilib. “Erməni soyqırımı”nı müdafiə edir, Hrant Dinkin işini davam etdirəcəyini açıqlayıb. M.Konuk terror təşkilatları ilə əlaqələrinə görə bir neçə dəfə mühakimə edilib və müxtəlif dövrlərdə həpsdə olunub.
Nafiz Özbek: Almaniyada fəaliyyət göstərən IG Metall (Metal sahəsində çalışanların sindikatı) təşkilatının mətbuat katibidir və Turk diasporanın üzvüdür. Türkiyə hökümətinə müxalif və ölkə başçısına qarşı sərt fikirləri ilə seçilir.
Necati Abay: Türkmən mənşəli jurnalist və hüquq müdafiəçisidir. Özünü Jurnalistlərlə Həmrəylik Platformasının (TGDP) sürgündəki nümayəndəsi kimi təqdim edir. Teror təşkilatına rəhbərlik etmək iddiası ilə həbsdə olub və bir neçə dəfə mühakimə edilib.
Nedim Kibar: Solçu ideologiyasına malik olan bu şəxs PKK dəstəkçidir, qondarma “erməni soyqırımı”na dəstəkləyən məqalələr yazıb.
Nesim Ovadya İzrail: İsraildə doğulub, daha sonra ailəsi ilə birgə Türkiyəyə gəlib. Türkiyənin yaxın tarixi üzrə tədqiqatçıdır. Osmanlı və Türkiyə erməni teatr tarixi ilə bağlı araşdırmaları var. Qondarma “soyqırımı” iddialarını dəstəkləyir.
Nesrin Nas Liberal: 2003-2004-cü illərdə qısa bir dövr üçün hazırda fəaliyyətini dayandırmış Ana Vətən Partiyasının (ANAP) sədri olub. Qondarma “erməni soyqırımı”nı dəstəkləyən çıxışları ilə tanınır.
Nevzat Onaran: Osmanlı İmperiyasında Erməni və Yunan Mülkiyyətinin Türkləşdirilməsi, Dövlətin daxili hərbi, Türk nüfuz mühəndisliyi kimi kitabların müəllifidir. Qondarma “erməni soyqırımı”nı qəbul edir, kitabları da məhz Türkiyə dövlətinə qarşı “soyqırımı” ittihamlarına həsr olunub.
Nurcan Baysal: kürd əsilli Baysal Diyarbakır Siyasi və Sosial Araşdırmalar İnstitutunun (DİSA) qurucularından biridir. Müxtəlif jurnal və qəzetlərdə kürd problemi, inkişaf və yoxsulluqla bağlı yazılar yazır. 2016-cı ildə PKK terroruna qarşı keçirilən “Xəndək əməliyyat”ına qarşı çıxıb, ümumiyyətlə Türkiyə dövlətinin PKK terroru ilə mübarizəsinin əleyhdarıdır.
Nurten Kırmızıgül: 2022-ci ildə Cenevrəyə köçüb. İsveçrədə PKK tərəfdarları və erməni diasporu ilə yaxın əlaqələrə malikdir.
Okan Küçükersan: solçu ideologiyasına malikdir, Ankara Düşüncəyə Azadlıq Təşəbbüsü (Düşünceye Özgürlük Girişimi) adlı təşkilatın fəallarındandır. Yunanıstanın Türkiyəyə qarşı iddiası olan “Pontus soyqırımı”nın 100 illiyi ilə əlaqədar konfransın çıxışçılarından olub. Türkiyə dövlətinə düşmən mövqeyi ilə tanınır.
Osman Okkan: Hrant Dink cinayəti mövzusunda sənədli filmin müəllifi olan rejissordur. Almaniyada yaşayan Okkan Türkiyə dövlətinin əleyinə fəaliyyət göstərir, PKK və FETÖ terror təşkilatını müdafiə edir, o cümlədən, “erməni soyqırımı”nın təbliğatı ilə məşğul olur.
Oya Baydar: sol ideologiyasına malik olan bu şəxs 1965-ci ildə Türkiyə Fəhlə Partiyasına üzv olub, partiyanın elmi komitəsində işləyib. Daha sonra Türkiyə Kommunist Partiyasına üzv olub. 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra haqqında tələb olunan 27 ildən artıq həbs cəzası səbəbilə ölkəni tərk edib. 12 il Almaniyada, Avropanın müxtəlif ölkələrində, o cümlədən 1981-82-ci illərdə Moskvada mühacir kimi yaşayıb. Amnistiyadan istifadə edərək 1992-ci ildə Türkiyəyə qayıdıb. Qondarma “erməni soyqırımı”nın qatı müdafiəçilərindəndir.
Ömer Faruk Gergerlioğlu: 2018-ci ildə HDP-nin Kocaeli vilayətindən millət vəkili seçilib. PKK-ya simpatiyasını gizlətmir, Türkiyəni “kürdlərə qarşı soyqırımı”nda ittiham edir, o cümlədən, “erməni soyqırımı”nı dəstəkləyir. O bildirir ki, “erməni soyqırımı olubdur demək üçün erməni olmaq lazım deyil, bu tarixi gerçəkdir”. 44 günlük müharibədə “Azərbaycanı lənətləyirəm” tvitini atmışdı.
Ömer Madra: sol ideologiyasına malikdir, 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra 1982-ci ildə universitetdəki fəaliyyətinə xitam verib, yazıçı-jurnalist kimi fəaliyyət göstərib. Qondarma “erməni soyqırımı”nı müdafiə edir.
Racho Donef: Assur mənşəli olan Donef 1980-ci illərdə Avstraliyaya köçüb. Yunanlar, assurlar, ermənilər və kürdlər üzərində fokuslanan Antropologiya üzrə doktorluq dissertasiyası müdafiə edib, bu çərçivədə həm Avstraliyada, həm də İsveçdə “erməni soyqırımından” sağ çıxanlardan müsahibə alıb. Əsas fəaliyyət sahəsi “asur soyqırımı”dır. Türkiyəni “assurların soyqırımında” ittiham edən əsər və məqalələrin müəllifidir.
Ragıp Duran: kürd əsilli yazıçı-jurnalistdir. Bir sıra Fransa media quruluşlarının Türkiyə təmsilçisi olan R.Duran “erməni soyqırımı”nı qəbul edir, “əslində hamımız erməniyik” kampaniyasını dəstəkləyənlərdəndir. 44 günlük müharibədə Azərbaycanın haqq savaşına qarşı çıxıb, Türkiyəni Azərbaycanı dəstəklədiyi üçün ittiham edib.
Ragıp Zarakolu: yazıçı, tərcüməçi, naşir, hüquq müdafiəçisi kimi tanınan bu şəxs 1948-ci ildə İstanbul Böyükadada anadan olub. Büyükada valisi olmuş Remzi Zarakolunun oğludur. Böyükadada yaşayan erməni və yunan azlıqlarının yanında böyüyüb. Erməni tarixi, mədəniyyəti və ədəbiyyatının Türkiyədə təbliğinə görə Ermənistan Milli Kitabxanasının mükafatına layiq görülüb. 2011-2012-ci illərdə KCK (Kürd icmaları birliyi) ilə bağlı fəaliyyətinə görə həbsdə olub. Hazırda Almaniyada yaşayır.
Ramazan Gezgin: ermənipərəst mövqeyi ilə tanınan yazıçıdır. Hrant Dink cinayəti və “erməni soyqırımı” mövzusunda məqalələri var.
Recep Maraşlı: kürd əsilli yazıçı-tədqiqatçıdır. “Komal Nəşrləri və Stêrka Rizgari” jurnalının redaktor direktoru olub. Fəaliyyətinə görə müxtəlif dövrlərdə 14 il həbsdə olub. “Erməni soyqırımı”, kürdlər və digər azlıqlara dair Türkiyəni ittiham edən kitab və məqalələrin müəllifidir. “Erməni Milli Demokratik Hərəkatı və 1915-ci il Soyqırımı” kitabının müəllifidir. 1999-cu ildə Almaniyadan sığınacaq alıb və hazırda burada yaşayır. Azərbaycana qarşı erməni təbliğatının əsas ruporlarındandır. 44 günlük müharibə və sonrasında daim Azərbaycanı ittiham edib. Kəlbəcərdə Xudavəng monastrının ermənilərə məxsus olduğunu, Azərbaycanın “erməni irsini məhv etdiyi” ittihamını irəli sürüb.
Sait Çetinoğlu: tarixçi və jurnalistdir, “Amnesty International” təşkilatının Türkiyədəki ilk nümayəndə və koordinatorlarından biri olub. Qomdarma “erməni soyqırımı”na dair kitab və məqalələr müəllifidir. 24 aprel 2013-cü ildə Ermənistandakı “soyqırım abidəsi”ni ziyarət edən türklərdən biridir. Azərbaycana qarşı erməni təbliğatına həmişə dəstək verib.
Sait Oral: Yazıçı və rəssamdır, hazırda İsveçrədə yaşayır. 1996-2002-ci illərdə Türkiyədə həbsdə olub. “Erməni soyqırımı”nı tanıyır, buna görə Türkiyə dövlətinə qarşı çıxışlar edir.
Selahattin Koçak: Belçikada yaşayır, erməni diasporu ilə sıx əlaqələrə malikdir.
Selay Ertem: ermənipərəst mövqeyi ilə tanınan hüquq müdafiəçisidir, Almaniyada yaşayır, “soyqırımı əleyhdarları” dərnəyinin qurucusu Ali Ertemin həyat yoldaşıdır. Bu ilin yanvar ayında da “Laçın yolunun bağlanması Azərbaycanın kirli oyunudur” açıqlamasını vermişdir.
Selma Koçiva: laz mənşəlidir, 1999-cu ildə Laz xalq mədəniyyətinə dair yazdığı kitab həmin dövrdə Dövlət Təhlükəsizliyi Məhkəməsi tərəfindən satışdan yığışdırılıb. 2002-ci ildə separatçılıq ittihamı ilə mühakimə edilib. Türkiyə dövlətinə qarşı separatizm çağırışları ilə tanınır.
Serdar Koçman: araşdırmaçı yazıçıdır. “Hrant Dinkin qətlinə 2015 perspektivindən baxmaq” kitabının redaktorudur. Qondarma “erməni soyqırımı”nı təbliğ edən məqalələr yazıb.
Sibel Yiğittekin: sənədli və qısa filmlər rejissorudir. 2014-cü ildə HDP-nin sələfi BDP-dən Mersin şəhər bələdiyyə sədri vəzifəsinə namizəd olub. PKK tərəfdarı olan kürd əsilli siyasətçi kimi tanınır, qondarma “erməni soyqırımı” iddialarına dəstək verir.
Şaban İba: tədqiqatçı-yazıçı olan Ş.İba etnik azlıqlar mövzusunda, xüsusilə “kürd məsələsinə” dair əsərlər yazıb. Hazırda “Yeni Yaşam” posrtalının yazarı olan bu şəxs PKK-nı açıq şəkildə dəstəkləyir.
Şakir Bilgin: 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbsdə olub. Hazırda Almaniyada yaşayan və yazıçılıqla məşğul olan Ş.Bilgin Türkiyə dövlətinin əleyhinə fəaliyyət göstərir, PKK terrorçularını dəstəkləyir, “erməni soyqırımı” iddialarını müdafiə edir və erməni diasporu ilə əlaqələrə malikdir.
Şamil Altan: HDP-nin İstanbul şöbəsi keçmiş sədridir, qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyir.
Şanar Yurdatapan: bəstəkar, şair, vəhüquq müdafiəçisidir. 1965-ci ildə Türkiyə İşçi Partiyasına üzv olub və partiya dağılana qədər fəaliyyətini davam etdirib. Sol ideologiyaya mənsubdur. “PKK terror təşkilatı deyildir” fikrini dəstəkləyir, “erməni soyqırımı” iddialarını müdafiə edir.
Şükriye Ercan: HDP Eskişehir təmsilçisi olub, 2022-ci ilin 24 mart tarixində teror təşkilatının təbliğatı və radikal fikirlərinə görə saxlanılıb, daha sonra sərbəst buraxılıb. Türkiyə dövlətinə qarşı “soyqırımı” ittihamıları irəli sürür.
Taner Akçam: Türk tarixçi və sosioloqdur, əslən Ahıska türklərindəndir. 1975-ci ildə nəşrə başlayan “İnqilabçı Gənclik” jurnalının baş redaktoru kimi jurnalda kommunizm və kürdçülük təbliğatı apardığı iddiası ilə mühakimə olundu və 1976-cı ildə həbs edilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. 1978-1995-ci illərdə Almaniyada siyasi qaçqın kimi yaşayıb. 1995-ci ildə Hannover Universitetinin Sosiologiya fakültəsində “İttifaq və Tərəqqi Komitəsi və Erməni soyqırımı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Taner Akçamın akademik araşdırmaları Daşnak Partiyasının siyasi gündəminə uyğun nəşrlər dərc edən Zoryan İnstitutu tərəfindən dəstəklənir.
Ülkü Çevik: Hrant Dink cinayəti ilə bağlı məhkəmələrdə hökumət əleyhinə mövqe tutan və ermənilər hüquqlarının müdafiəsinə dəstək verən yazıçıdır.
Viktorya Çiprut: HDP-yə yaxın şəxsdir, son illərdə Türkiyəni dövlət siyasətinə qarşı əksər bəyanat və açıqlamalarda imzası var.
Yalçın Ergündoğan: “Birgün” qəzetinin yazarı və www.sesonline.net saytının baş redaktoru olmuşdur. Qondarma “erməni soyqırımı” iddialarını müdafiə edir.
Yasemin Gedik: “Kədərnamə/ Osmanlı İmperiyasında Erməni Soyqırımı” adlı kitabın redaktorlarından biridir. “Erməni soyqırımı” mövzularında kitab və məqalələrin hazırlanmasında iştirak edib.
Yaşar Küçükaslan: “Mezopotomya Azadlıq Partiyası”nın təmsilçisidir, kürd və erməni siyasətinin müdafiəçisi olaraq, bu istiqamətdə aparılan kampaniyalara yaxından dəstək verir.
Yavuz Aydın: Türkiyə dövlətinə qarşı “soyqırımı” iddialarına dəstək verir. “Ermənihaber” portalında erməniləri müdafiə edən yazılar yazıb, hətta Qurani-Kərimi erməni dilində tərcümə də etmək niyyətindədir. Bir sözlə bütün fəaliyyətini erməni maraqlarının müdafiəsinə həsr edib.
Yavuz Baydar: Jurnalist, media, musiqi və kino tənqidçisidir. “The Arab Weekly” və “Huffington Post” qəzetlərində Türkiyə siyasəti, Yaxın Şərq və beynəlxalq əlaqələrlə bağlı bloq yazıları yazır. Türk-yunan, türk-kipr, türk-erməni jurnalistlərin dialoq platformalarında fəallığı ilə seçilir. Uzun illər müxalifətə yaxınlığı ilə bilinən “Cumhuriyət” qəzetində işləyib. FETÖ-çüdür, 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra Türkiyədən qaçıb. Hazırda Baydar BƏƏ-də yaşayır, “Ahval” qəzetini çıxarır. Qəzetdə PKK terroruna açıq dəstək verir, FETÖ-nü dəstəkləyir və zaman-zaman Azərbaycana qarşı da məqalələr dərc olunur.
Yetvart Danzikyan: “Agos” qəzetinin baş redaktorudur. Tunceli şəhərindən olan erməni ailəsinin övladıdır. Bütün fəaliyyəti Türkiyə və Azərbaycana qarşı yönəlib.
Yusuf Köse: “Politika” qəzetinin yazarıdır, Marksist-Leninist ideologiyanın tərəfdarıdır. Kürdlərin hüquqlarının müdafiəsi mövzusunda yazıları ilə tanınır.
Zarife Atik: İnsan hüquqları müdafiəçisidir, HDP Antalya şəhəri üzrə həmsədri olub. Terrora dəstək verdiyi üçün həbs edilir. Daha sonra Hollandiyaya kpçüb və Türkiyə əleyhinə fəaliyyətini davam etdirir.
Ziya Özder: Marksizm, leninizm ideologiyasının tərəfdarıdır. “Təkbaşına etiraz” aksiyaları ilə tanınır, Türkiyə dövləti əleyhinə fəaliyyət göstərir. Kürd və “erməni soyqırımı” kimi iddialara dəstək verir.
Göründüyü kimi, Azərbaycan əleyhinə bəyanat yayan “türkiyəli ziyalılar”ın hər biri əslində nə Türkiyəyə, nə də türk kimliyinə mənsubdur. Onlar ya nə vaxtsa Türkiyədə yaşayıb, yaxud Türkiyə respublikasının pasportunu daşıyırlar, gerçəkdə isə Türkiyə dövlətinin düşmənləridir və öz xainliklərini açıq şəkildə həyata keçirirlər. Ermənistana dəstək vermələri və Azərbaycanı ittiham etmələri də təəcüblü deyil, çünki onlar “ziyalı” adı altında gizlənmiş satqınlardır. Və belələrinin mövqeyi Türkiyə ictimaiyyətinin mövqeyi deyil.
Asif Nərimanlı
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO