Nida Təhlil
Fransa BMT TŞ-də Azərbaycana qarşı qətnamə hazırlayır - Makronun son həmləsi
Fransa BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşır. Bunu “Le Figaro” nəşri yazıb. Fransa prezidenti Emmanuel Makron da “Le Point” nəşrinə müsahibəsində “Laçın dəhlizinin” yüklər üçün açılması üçün təzyiqi davam etdirəcəklərini bildirib.
Makronun açıqlaması və Fransa mediasının yaydığı məlumat rəsmi Parisin BMT TŞ-yə qətnamə təqdim etmək istəyi ehtimalını gücləndirir.
Bu ehtimalı gücləndirən məqamlardan biri də BMT TŞ-nin son iclasından sonra Ermənistan və separatçıların açıqlamalarıdır:
- Paşinyan sülh müqaviləsi ilə bağlı Azərbaycana yeni təkliflər göndərdiklərini bildirdi və “humanitar fəlakət” iddialarını davam etdirdi: İrəvanın təkliflərinin Qarabağdakı separatizmin davam etməsinə şərait yaradacaq amillərin olduğu aydındır;
- Erməni mənbələr separatçıların Ağdam marşrutunun açılmasına razı olduğu, bununla bağlı danışmaq istədiklərini yazırdı, lakin qondarma rejimin nümayəndələri Bakıya qarşı ultimatum xarakterli şərtlər irəli sürür: Laçın yolu açıldığı təqdirdə Ağdam marşrutunu müzakirə etmək haqda düşünə bilərlər;
İrəvana və separatçılara ümid verənin Fransa olduğu istisna deyil. O da istisna deyil ki, BMT TŞ-dəki müzakirələrdən sonra Makron administrasiyası ermənilərə “narahat olmamaları” və qətnamə hazırladıqlarına dair məlumat göndərib, Makronun “Laçın dəhlizinin açılması üçün təzyiq edilməlidir” sözləri də mesajın açıq şəkildə çatdırılmasına hesablanıb. Fransa Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəklədiyini gizlətmir.
Hərçənd, Fransanın mümkün qətnaməsinin qəbul ediləcəyi sual altındadır. Daha öncə də yazmışdıq: BMT TŞ-də hansısa qərarın – qətnamə, bəyanat, hətta mətbuata birgə açıqlama belə iki yolla qəbul edilə bilər, ya konsensus, ya da səs çoxluğu ilə - ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır;
Bu kontekstdə Fransanın təqdim edə biləcəyi qətnamənin qəbulu çətin görünür.
Birinisi, TŞ-nin 15 üzvü arasında Azərbaycanı dəstəkləyənlər var: son iclasda əksər ölkə neytral mövqe sərgilədi, o cümlədən, Bakının mövqeyi açıq şəkildə müdafiə edildi;
İkincisi, TŞ-nin daimi üzvü Rusiyanın bölgədəki maraqlarına görə veto hüququndan istifadə edəcəyi bəllidir;
Makronun açıqlaması və Fransanın qətnamə cəhdi isə həm maraqlarını nəzərə almayan Bakıya təzyiq, həm də ermənilərə “əlimizdən gələni edirik” mesajının çatdırılması xarakteri daşıyır, çünki rəsmi Parisin separatçıları xilas edə bilməsə belə, İrəvanda Moskvanı əvəzləmək niyyətindədir.
Asif Nərimanlı
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq




























.jpg)










