Nida Təhlil
Ağdam yolu açıldı: Bakı Xankəndinə belə daxil olacaq
Xankəndindəki separatçılar yüklərin Ağdam-Xankəndi yolundan qəbul edilməsini qəbul edib: sabah Rusiyadan göndərilən yüklər qəbul olunacaq, hərçənd, separatçılar qondarma “seçkiləri”ndən dərhal sonra buna razılaşmaqla “oyun oynamağa” çalışırlar və burada rusların da gedişləri aydın görünür.
Rusiyanın əsas hədəfi Laçın yolunun yüklər üçün açılmasıdır, bunun üçün Bakının istəyini – Ağdam-Xankəndi yolunu qəbul edir, hərçənd, burada oyununu da oynayır: Ağdam yolundan öz yüklərini keçirməklə Bakının tələbini “yerinə yetirir”, həm də Xankəndinə Azərbaycan yüklərini çatdırmamaqla separatçıların mövqeyini qoruyur;
Növbəti addım kimi Bakıdan Laçın yolunun yüklər üçün açılması istəyi olacaq, lakin Ağdam yolunda 12 gündür gözləyən yüklərimiz Xankəndinə çatdırılmadığı müddətdə bunu etmək doğru deyil, rəsmi Bakının buna gedəcəyi ehtimalı da azdır, çünki Ağdam-Xankəndi yolu açılsa da, erməni əhalisinə Azərbaycan yükləri çatdırılmadığı müddətdə reinterasiyanın da perspektivi zəifləyir. Bu baxımdan, Rusiya yüklərinin keçidindən sonra Azərbaycan yüklərinin qəbul edilməsi tələbi prioritet olacaq.
İlkin mərhələdə Rusiya yükləri qəbul edilsə də, bu, bir neçə kontekstdə əhəmiyyətlidir:
Birincisi, artıq Ağdam-Xankəndi yolu həll edilmiş hesab oluna bilər: Bakının əsas tələblərindən biri bu idi;
İkincisi, bununla “Qarabağda humanitar fəlakət var” iddiaları üzərində aparılan beynəlxalq kampaniya sıradan çıxacaq;
Üçüncüsü, Ağdam yolundan ilk keçid Azərbaycan yüklərinin Xankəndinə daxil olmasının da yolunu açır;
Asif Nərimanlı
-
Dünya22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə22:18Azərbaycanda zəlzələ oldu
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək


























.jpg)
.jpg)






