Nida Təhlil
Bakının tələbini qəbul etdilər: Ağdamdan Xankəndinə doğru növbəti addım
Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsinə razılaşıb. Bu, Ağdam yolundan Rusiya yükünün keçməsindən sonra irəliyə doğru atılan növbəti addım hesab edilə bilər. Lakin açıq qalan sual var:
- BQXK Laçın yolundan Ermənistandan gələn yükləri keçirəcək, bəs Ağdam-Xankəndi yolundan daşıyacağı yüklər Azərbaycan yükləri olacaqmı?
Rəsmi məlumatlarda bu məsələ açıqlanmır, hərçənd, Rusiyadan gələn yüklər sülhməramlılar tərəfindən aparılıb və əgər BQXK da təkcə rusların yükünü daşıyacaqsa, o zaman, komitənin Ağdam-Xankəndi yolunda fəaliyyəti sual altına düşür. Bu baxımdan, beynəlxalq komitənin Ağdam-Xankəndi yolundan Azərbaycan yüklərini Xankəndinə aparacağı fikrini irəli sürmək, yaxud qarşıdakı günlərdə bunun baş verəcəyini demək mümkündür.
Azərbaycan maşınları hələlik Xankəndinə daxil olmasa da, BQXK yüklərinin hər iki yoldan yük daşınmasını həyata keçirməsinin əhəmiyyətli tərəfləri var:
Birincisi, Ağdam-Xankəndi marşrutundan təkcə Rusiyanın keçidi Qərb dairələrinə bu yolun legitimliyinə şübhə etmək imkanı verirdi, indi BQXK-nın prosesə qoşulması Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir;
İkincisi, BQXK Laçın yolundan daşımaları Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirəcək: sərhəd qaydalarına əməl ediləcək, gömrük rüsumu ödəniləcək, XİN-in açıqlamasında qaydalar yenidən vurğulanıb; bu, ilk növbədə Laçın yolu ilə bağlı iddiaları-planları sıradan çıxarır, eyni zamanda, növbəti mərhələdə Ağdam-Xankəndi yolunun daşımalarda daha səmərəli olacağı reallığı yaranacaq və əsas marşrut bu yol olacaq;
Üçüncüsü, BQXK-nın Xankəndinə Ağdamdan daxil olması bu təşkilatın İrəvandakı ofisinin Azərbaycan ərazisinə müdaxiləsini aradan qalxması perspektivini də önə çıxarır: komitənin Xankəndindəki nümayəndəliyi hələ də Ermənistandakı ofisə tabedir və bu, həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına zidddir; gözləniləndir ki, komitənin Ağdam marşrutundan istifadəyə başlamasından sonra bu məsələ gündəmə gələcək və Xankəndində nümayəndəliyin fəaliyyəti Bakıdakı ofis tərəfindən yönləndiriləcək; bu, erməni əhalisinin reinteqrasiyası prosesinin tərkib hissəsi olmalıdır;
Separatçların geri çəkilməsi Bakını Xankəndi hədəfinə doğru daha da yaxınlaşdırır. Lakin bu geriçəkilmə separatçı qurumun ləğv edilməsi, erməni silahlı dəstələrin ərazimizdən çıxarılması və tərki-silah edilməsi gündəliyini dəyişdirmir.
Asif Nərimanlı
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?









.jpg)













.jpg)














