Nida Təhlil
Bakı nöqtəni qoyub - Avropa Parlamenti özünü düşünsün
Yaxşı olardı ki, Avropa Parlamenti öz statusu, öz imici barəsində düşünsün. Onun hansı qərarı verəcəyinin Azərbaycan üçün heç bir fərqi yoxdur. O qurum ölkəmizi pisləyən bir bəyanat yaymaqla beynəlxalq hüquqa növbəti dəfə hörmətsizlik etmiş olacaq.
Bu fikirləri Publika.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov bildirib.
Qeyd edək ki, ötən həftə Ermənistan mətbuatında Avropa Parlamentinin oktyabrın 5-də Azərbaycanın anti-terror tədbirləri ilə əlaqədar Bakını pisləyən bəyanat qəbul edəcəyi barədə xəbər yayılıb.
Z.Məmmədov bildirib ki, indiyədək dəfələrlə Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qərarlarının şahidi olmuşuq:

" Son 3 il ərzində əgər Avropa Parlamentinin dediklərini etsəydik, indi tamam başqa mənzərə olacaqdı. Əksinə, Azərbaycanın etdikləri o qurum üçün bir nümunə olmalıdır. Azərbaycan Mərkəzi hakimiyyəti, Azərbaycan Ordusu öz ərazisində terrorçulara qarşı tədbir görüb.
Ermənistan müxtəlif bəhanələr uyduraraq, haqqımızda beynəlxalq təşkilatlara şikayət etsə də, heç bir xeyri olmayacaq. Çünki artıq "Qarabağ" məsələsi bağlanıb. Rəsmi Bakı bu məsələyə keçən həftə nöqtə qoyub".
Ekspert onu da əlavə edib ki, Qərb elə bəzi əsassız qərarları nəticəsində Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırıldı və bölgədə ilin əvvəlində əldə etdiyi üstünlükləri faktiki olaraq geosiyasi rəqibinə vermiş oldu.
Mehti Kamiloğlu
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq


































.jpg)
.jpg)