Nida Təhlil
Azərbaycanın zəfərindən sonra yunan mətbuatında təxribat: Qalmaqallı çağırış edildi
Yunan mətbuatı Türkiyə ilə Yunanıstan arasındakı müsbət atmosferi tərsinə çevirəcək xəbərlərlə oxucularının qarşısına çıxıb.
Publika.az xəbər verir ki, yunan mətbuatı Azərbaycanın Qarabağdakı qələbəsini Kipr məsələsi ilə müqayisə edərək Türkiyəyə qarşı qalmaqallı ittihamlar səsləndirib. Azərbaycanın Qarabağdakı tarixi qələbəsini gündəmə gətirən yunan qəzeti "Kathimerini" bəyan edib ki, “Qarabağ Azərbaycanın suveren ərazisi kimi beynəlxalq səviyyədə tanınır”.

Qəzet Azərbaycanın Qarabağdakı uğurunu “tarixi qələbə” adlandırsa da, Ermənistanın qərbdə "düşmən" Türkiyə, şərqdə "qisasçı" Azərbaycan arasında blokadada qaldığını iddia edib.
Xəbərdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyə kimi “vacib olmayan” müttəfiqlər tərəfindən təminat verildiyi yazılıb, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ordusuna NATO doktrinasına uyğun təlim keçdiyi vurğulanıb.

Ankaranın Azərbaycanın 2020 və 2023-cü illərdə qazandığı qələbələrlə fəxr etdiyi qeyd olunub.
Yunan mətbuatı bu vəziyyəti Kipr məsələsi ilə əlaqələndirib. Kipr türklərinə qarşı zülmü ört-basdır edən yunan mətbuatı Türkiyənin 49 ildir Kipri işğal altında saxladığını iddia edərək yeni qalmaqal yaradıb. Ankaranın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyərkən, Kiprdəki vəziyyəti bununla müqayisə edərək Türkiyəni ikiüzlü adlandırıblar.

Xəbərdə Kipr Sülh Hərəkatının hansı səbəblə edildiyini, türkləri adadan göndərmək üçün etdikləri unudulub, onların soyqırım təhlükəsində olmadığı iddia edilib.

Kipr probleminin həlli üçün Brüsseldən dəstək istədikləri bildirilib və 'Brüssel Türkiyəyə əsas həqiqəti xatırlatmalıdır' deyə bildirilib.
Nəzrin
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































