Nida Təhlil
30 il gözləri yumulu qaldı - Qoy yerlə-göy qədər fərqi bu missiya ilə görsünlər
Acı gerçəklik odur ki, bu gün dünyada ikili standartlar hökm sürür. Eyni vəziyyətə hansısa bir xalq, dövlət düşəndə əvvəlkindən tam fərqli münasibət sərgilənir. Məsələn, torpaqlarımızın bir hissəsi 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qaldı. Beynəlxalq təşkilatlar müəyyən qətnamələr qəbul etsələr də, missiya göndərmək barədə qətiyyətli olmadılar.
Bunu Publika.az-a açıqlamasında BMT missiyasının Xankəndiyə səfərinə münasibət bildirən Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə vurğulayıb ki, işğal edilmiş torpaqlarımızda evlərin dağıdılması, infrastrukturun məhv edilməsi, tarixi abidələrin yerlə-yeksan olunması kimi hallara beynəlxalq ictimaiyyət illərlə göz yumub:
"Bu gün isə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin bir hissəsinin Ermənistana könüllü köçməsi məsələsinə görə dərhal missiya təşkil edilir. Ancaq bununla belə, rəsmi Bakı onların gözlədiyinin əksinə olaraq, missiyadan imtina etmədi. Onlar üçün hər bir şərait yaradıldı. Buradan o tərəfə həqiqəti demək artıq sözügedən missiyanın vicdanına qalıb".
Millət vəkili bildirib ki, Qarabağdakı ermənilərə heç bir təzyiq göstərilmədiyini missiya üzvləri də daxil olmaqla, bütün dünya görür: "Onların köçürülməsinə şərait yaradılır. Evləri Azərbaycan polisinin mühafizəsi altındadır. Kiminsə Azərbaycan vətəndaşlığını qəbul edib-etməməsi onun öz seçiminə buraxılır. Yəni bu baxımdan, ölkəmiz atdığı addımlar nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət qarşısında tamamilə şəffafdır".
"Qoy Azərbaycanın real fəaliyyəti ilə Ermənistanın varvar hərəkətləri arasında yerlə-göy qədər fərqi dünya ictimaiyyəti bu missiya vasitəsilə görsün", - politoloq fikrini yekunlaşdırıb.
Mehti Kamiloğlu
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq


































.jpg)
.jpg)