Nida Təhlil
Azərbaycanlıların etnik təmizlənməsini BMT və Rusiya birgə həyata keçirib: ŞOK FAKTLAR
“1991-ci ildə SSRİ dağılanda Avropa yeni xristian dövləti yarandığı üçün Rusiyanın həyata keçirməyə çalışdığı strategiyanı başa düşə bilmirdi. Ruslar Cənubi Qafqaza çar dövründə başlayıb sovet dövründə də davam edən nəzarət yolunu və üsulunu BMT-nin xristian istəyi və davranışından istifadə edərək ermənilər vasitəsilə həyata keçirdilər”.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib. O bildirib ki, Azərbaycan türklərinin etnik təmizlənməsi ilə həyata keçirilən layihəni əslində BMT və ruslar bilərəkdən və istəyərək həyata keçirdilər:
“Rusiya bu layihə üzrə 30 il Cənubi Qafqazda qaldığı halda, Ermənistandan sonra BMT-nin Dağlıq Qarabağda xristian dövlətinin yaradılması gözləntisi özünü doğrultmadı. Geosiyasi dəyişikliklər, Azərbaycan və Türkiyənin əməkdaşlıq yolu ilə güclənməsi, Ermənistan-Rusiya münasibətlərindəki gərginlik, Azərbaycanın qətiyyətli mövqeyi işğal olunmuş rayonların azad edilməsinə imkan yaratmaqla yanaşı, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsini də təmin etdi. İndi BMT və Aİ ikitərəfli siyasət yürüdür və Azərbaycanın ərazi bütövlüyünü təmin edən antiterror tədbirlərinin yaratdığı yeni şəraitdə 1991-ci ildə etmədiklərini etməyə çalışır”.
Politoloqun sözlərinə görə, BMT nə etsə də, tanıdığı ərazi bütövlüyü çərçivəsində Azərbaycanın fəaliyyətinə müdaxilə edə bilməz:
“Azərbaycan, vətəndaşı olmaq istəyən rezidentlərin beynəlxalq hüquq normalarına uyğun inteqrasiya prosesinə start verib. Ayrılmaq istəyənlərə söykənən diskurs yaratmaqla Azərbaycanı günahlandırmağa çalışmaq yolverilməzdir. Çünki Rusiya sülhməramlı qüvvələr vasitəsilə regionda faktiki vəziyyəti saxlamaq istəyirdi. Ona görə də ermənilərin vasitəsilə bölgədə qalmaq, onlara dil, mədəniyyət və şəxsiyyət pasportu vermək istəyib. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağın Azərbaycanla Rusiya arasında həll edilməli olan problem olduğunu deməsi Azərbaycan mövqeyini gücləndirib. Yəni problem BMT-nin müdaxiləsinə ehtiyac olmadan, zamanla normallaşacaq problemə çevrilib”.
Nəzrin
-
ABŞ09:36
Trampdan YENİ REKORD - Andiçmədən bir gün öncə 11 milyard dollar...
-
Region09:24
100 kişi ilə əlaqədə olacağını deyən qadın və əri həbs edildi - FOTO/VİDEO
-
ABŞ09:00
"TikTok" ABŞ-da BLOKLANDI - Elanda deyilir ki...
-
Sağlamlıq08:48
Pomidor şirəsinin elə faydaları üzə çıxdı ki...
-
Magazin206:46
Türk məşhurlar “Joy Awards”da - FOTO
-
Sosial05:45
Hökümənin atası başına gələnləri danışdı - VİDEO
-
Magazin101:41
Renka həmin hadisədən DANIŞDI: "5 kişi üstümə cumub..." - VİDEO
-
Art00:45
Müşfiq Hətəmova vəzifə verildi