Nida Təhlil
Sabiq bələdiyyə sədri CHP-ni ifşa etdi: Hakimiyyətə gəlsəydik, Kılıçdaroğlu onu...

İzmir Menemen Bələdiyyəsinə qarşı "mənimsəmə və qəsb" əməliyyatından sonra başlanılan məhkəmə prosesində 2 il 6 ay həbs cəzası alan və apellyasiya şikayəti ilə hökmü ləğv edilən və bəraət alan sabiq bələdiyyə sədri Serdar Aksoy qatıldığı Youtube kanalında CHP daxilindəki çirkli əlaqələrdən danışıb.
Publika.az xəbər verir ki, 2019-cu ildə Menemen Bələdiyyə Başçısı olduqdan sonra kredit almaq üçün Ankaraya getdiyini bildirən Serdar Aksoy bildirib:
"Ankarada Levent Göktaşla görüşdüm. Mənə "Tuncay Özkanın səndən bəzi tələbləri olacaq” dedi. Mən də "yaxşı" dedim. Tuncay Özkan və o zamankı CHP Qrup sədr müavini Engin Özkoç İzmirdəki bütün bələdiyyələri ziyarət etdilər. "AND" Lift şirkəti və "Günəşim Medya" üçün mənim də yanıma gəldilər. İzmir körfəzinə baxan çox qiymətli bir torpaq sahəsi var idi, orada 8800 villa tikməyi planlaşdırırdıq. Tuncay Özkan da bu ərazini istədi. Bizdən ANKA Xəbər Agentliyinə və KRT Mediaya hər ay müəyyən məbləğdə pul yatırmağımızı tələb etdilər. Hamısını rədd etdim.
Bunu da vermədim. Bizi vergiyə cəlb edirdilər. “CHP-nin sədr müavini "AND Asansör"və ya "Günəş Medya"ya pul yığmaq üçün bələdiyyələrə gedərmi heç?”,- deyə bildirib.
Akademik və yazıçı, doktor Necip Hablemitoğlunun qətlində şübhəli şəxs qismində qırmızı bülletenlə axtarışa verilən, Bolqarıstanda tutularaq Türkiyəyə gətirilən təqaüdçü polkovnik Levent Göktaş haqqında da məlumat verən Aksoy bu ifadələri işlədib: “İqtidara gəlsəydik, Kamal Kılıçdaroğlu Levent Göktaşı MİT-in sədri edəcəkdi.
Bu, Levent Göktaşın Hablemitoğlu qətlinə görə həbs olunmasından əvvəl də danışılan bir şey idi. Bələdiyyə sədrinin problemli işləri varsa, Ankarada həll olunur. Ankarada heç bir hüquq firması ilə razılaşmamışam. Aydın Böyükşəhər Bələdiyyə Başçısı Özlem Çerçioğlu Levent Göktaşın hüquq firması ilə müqavilə bağlayır. Çerçioğlu ilə bağlı işlərə Levent Göktaşın hüquq bürosu baxır. O, öz şirkəti vasitəsilə də tenderlər alır. Bir Böyükşəhər Bələdiyyəsinin hüquqi işlərini idarə edəcəksiniz və bir tender alacaqsınız və Tuncay Özkanın bundan xəbəri olmayacaq. Tuncay Özkanın bilməməsi mümkün deyil".
CHP-nin Atatürkün partiyası olmaqdan çıxdığını bildirən Aksoy, "Tuncay Özkan istəsə məni məhkəməyə verə bilər. Sözlərimin arxasındayam. Məhkəməyə versin ki, hesablaşaq",- deyərək əlavə edib:
"Kanaltürk"ü FETÖ-yə satan Tuncay Özkan necə millət vəkili olur? CHP Tuncay Özkanın partiyası oldu. Keçmişdə FETÖ ilə işləmiş insanlar necə CHP millət vəkili olurlar? Onların çatdıqları məqam FETÖ bataqlığıdır.
CHP FETÖ bataqlığına çevrilib. Necip Hablemitoğlu kimi sui-qəsd şübhəlisi ilə birlikdə çalışacaqsınız və buna Atatürkün partiyası deyəcəksiniz. CHP artıq Atatürkün partiyası deyil. Əsl Atatürkçülər olaraq artıq CHP-də yerimiz yoxdur. CHP-dən istefa verdim. Mən FETÖ-dən qovularaq CHP-yə gətirilməmişəm. 50 ildir CHP üzvüyəm. Atam 3 dəfə deputat olub. O, Dəniz Baykalın köməkçisi və Mərkəzi İdarə Heyətinin üzvü olub. Dayım rayon sədri idi. Mən həm də rayon başçısı və bələdiyyə sədri vəzifələrində çalışmışam. Saxta imzaya görə həbsxanaya getdim. Bu saxta imzalı sənədi də hazırlayan CHP millət vəkili idi. İmza yoxlanılıb. Bunun saxta olduğu ortaya çıxdı. Apellyasiya şikayəti həbs cəzasını ləğv etdi və mənə bəraət verildi".
Nəzrin

-
Rəsmi xronika15:20
Prezident daha bir fərman imzaladı
-
Nida Xəbər 15:10
Şahin Mustafayevin Qriqoryanla görüşü başa çatdı - Video
-
Magazin115:05
Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım - FOTO
-
Qoroskop14:25
2024-cü il üçün ulduz falı: Yaşıl Əjdaha ilində bizi nə gözləyir?
-
Hadisə13:45
Gülbahar Vəliyeva vəfat etdi
-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə12:30
Azərbaycanda məktəbli qızılcadan öldü
-
Dünya12:00
Paşinyana yeni səlahiyyət verildi