Nida Təhlil
Putin Fransanın Qafqaza gəlmək istəyinin qarşısını bu cür alacaq
Fransa XİN rəhbərinin dünən İrəvana səfəri çərçivəsində səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, onun təmsil etdiyi dövlət Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Əvvəllər olduğu kimi, bu dəfə də Fransadan qərəzli ifadələr eşitdik. Xanım nazirin ermənilərin Qarabağdan köçməsi ilə bağlı açıqlamaları isə ümumiyyətlə qəbuledilməzdir və riyakar düşüncənin məhsuludur.
Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

O.Qasımov Fransanın xarici işlər naziri Katrin Kolonanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialara münasibət bildirib.
"Bildiyiniz kimi, Qarabağda baş verənlər və ümumiyyətlə, ermənilərlə bağlı məsələlərdə Azərbaycan əsasən Rusiya ilə birgə hərəkət edir. Diqqət edirsinizsə, son ay yarım ərzində Fransa tərəfindən xüsusi bir təbliğat başlayıb ki, o da məhz sözügedən birgəliyə qarşı yönəlib. Hətta az qala bizi Rusiyanın Ukraynadakı əməliyyatlarına belə ortaq etmək cəhdləri var. Təbii ki, məqsəd birdir - Azərbaycan barəsində "təcavüzkar dövlət" təəssüratını yaratmaq", - politoloq qeyd edib.
O.Qasımov fransalı nazirin Ermənistanla hərbi əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən, Ermənistana hərbi texnika tədarükü, Fransa səfirliyində hərbi attaşe təyin edilməsi və Zəngəzurda konsulluğun açılması kimi məsələlərlə bağlı səsləndirdiyi fikirləri də şərh edib: "Burada hədəf bölgənin əsas güclərindən birinə çevrilmək, Ermənistanda Rusiyanın təsir imkanlarını azaltmaqdır. Bu, açıq-aydın görünür. Amma Fransanın arxa qapıdan Cənubi Qafqaza soxulmaq cəhdləri regionda vəziyyəti çətinləşdirəcək və nəzərə alsaq ki, bu geopolitik oyunlar Ermənistan üzərindən həyata keçirilir, Rusiya ciddi müqavimət nümayiş etdirəcək.
Fransanın təkbaşına olaraq Rusiyanı bölgədən çıxara bilməsi qeyri-mümkündür. Sadəcə olaraq, o, Avropa İttifaqına və həmçinin nisbətən də ABŞ-a arxalanaraq bunu həyata keçirmək istəyir".
Politoloq hesab edir ki, Fransanın Ermənistanı hərbi cəhətdən gücləndirmək cəhdi yalnız qısamüddətli qazanclar baxımından cəlbedici görünə bilər. Yəni bu, Ermənistana parlaq gələcək vəd etmir:
"Məlum olduğu kimi, son zamanlar Ermənistanla Rusiya arasında münasibətlər normal deyil. Düşünürəm ki, Roma statutunun ratifikasiya edilməsi isə iki ölkə arasındakı münasibətlərə daha ağır zərbə vurmuş oldu, yeni çatlar əmələ gətirdi. Əlbəttə ki, Rusiya tərəfi bunu bağışlamayacaq. Rusların Ermənistan ordusundakı, erməni cəmiyyətindəki tərəfdarlarından istifadə etməklə Ermənistan hökumətinə təzyiqlər göstərəcəyi istisna deyil. Digər variant isə Rusiyada yaşayan və sayı 300 mindən artıq olan qeyri-leqal miqrantların deport olaraq Ermənistana göndərilməsi ola bilər ki, bu da orada ciddi siyasi kataklizmlərə gətirib çıxaracaq. Yəni Rusiya Ukrayna ilə münaqişədə nə qədər zəifləsə də, Cənubi Qafqazda Fransanın və yaxud hansısa bir Qərb dövlətinin yerləşib möhkəmlənməsini önləyə biləcək gücdədir".
Mehti Kamiloğlu
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq


































.jpg)
.jpg)