Nida Təhlil Rusiya Azərbaycandan nə istəyir? – Bakıya hücumun pərdəarxası 11 Fevral 2025 12:27 AZAL təyyarəsinin vurulma faktının təsdiq edildiyi ilkin hesabatın açıqlanmasından sonra Rusiya üçüncü həmləsini – Azərbaycana təzyiqi davam etdirir. İlk iki həmləsi – vurulma faktının gizlədilməsi və məsuliyyətin bölüşdürülməsi – baş tutmadı, hesabatın açıqlanmasından sonra artıq nəyisə gizlətmək də mümkün deyil. Rusiyalı rəsmilərin açıqlamalarından da aydın olur ki, Moskva “istintaqın tam yekunlaşmasını” gözləmək istəyir. Lakin bu gözləmənin zaman qazanmaq məqsədi daşıdığı bəllidir. Bəlli olmayan və müəmmalı görünən məsələ Rusiyanın Azərbaycandan nə istədiyidir. Rusiya Azərbaycandan təyyarə məsələsində hansısa güzəşt etməsini istəyir və təzyiq-təhdidlə Bakını razı salmaq xəttini izləyir. İlk baxışdan görünən budur. Halbuki, Putinin üzr istəməsi tabunun yıxılması oldu və məntiqlə məsuliyyətin qəbul edilməsi, kompensasiyanın ödənilməsi Rusiya üçün Azərbaycanla münasibətlərin sınaq nöqtəsi olmamalıdır. Lakin Kremlin “körpüləri yandırmaq” siyasəti qarşıdurma motivinin görünəndən daha dərin olduğu, təkcə təyyarənin vurulması ilə yekunlaşmadığı versiyasını ön plana çıxarır. Hazırda baş verənlər – Moskvanın təzyiq cəhdləri, Rusiyadakı azərbaycanlıların sıxışdırılması və s. 2013-cü ildə baş verən Orxan Zeylanov işini xatırladır. 2013-cü ilin prezident seçkiləri zamanı “Milyarderlər ittifaqı” ilə Əliyevə təzyiq etməyə çalışan Rusiya 9 oktyabrdan dərhal sonra miqrant kimi işləyən Zeynalovu qətl iddiası ilə həbs etdi - bu iddiada şübhəli məqamlar kifayət qədər idi, ardınca azərbaycanlılara qarşı kütləvi təzyiqlər başlandı. Zeylanov işi və onun ətrafında yaradılan səs-küy Bakı-Moskva xəttindəki pərdəarxası qarşıdurmada Kremlin istifadə etdiyi karta bənzəyirdi. Rusiyanın yenidən klassik miqrant kartını işə salması və Azərbaycana qarşı analoji hücumları diqqəti qarşıdurma motivinin təkcə vurulan təyyarə ilə məhdudlaşmadığı, pərdəarxasında başqa nüansların da olduğu ehtimalına yönəldir. Mümkündür ki, burada Trampın gəlişindən sonra Rusiyanın postsovet məkanında nəzarəti gücləndirmək və “kəskin seçim” istəyi də rol oynayır. Bu qarşıdurmada Rusiya nə qədər irəli gedə bilər? 2013-cü ildən fərqli olaraq, Azərbaycanın əli indi daha güclüdür: - Qarabağ məsələsi həll edilib və Rusiya istəsə belə praktiki olaraq bu kartdan istifadə edə bilməz; - Tramp Administrasiyasının sələfindən fərqli olaraq, Azərbaycanla əməkdaşlığa üstünlük verəcəyi gözləntiləri çoxdur: bu, Bakının Moskva qarşısında mövqeyini – alternativini gücləndirir; - Qlobal təcriddə olan Rusiya üçün Azərbaycandan keçən nəqliyyat dəhlizləri həyati əhəmiyyət kəsb edir; - 2020-ci ildən sonra Türkiyə Cənubi Qafqazda daha güclüdür; Moskvanın təzyiq rıçaqları əvvəlki dövrlə müqayisədə məhduddur, ən təsirli kart kimi miqrant məsələsi görünür ki, bunun özü hər şeydən öncə Rusiyanın daxili bazarına zərər vura bilər. Bu baxımdan, Rusiyanın sonda Azərbaycanla razılaşmaq reallığını qəbul edəcəyi ehtimalı daha çoxdur. Putin sonda Əliyevə zəng etməli olacaq. Asif Nərimanlı Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb. Teqlər Rusiya Azərbaycan Asif Nərimanlı Bizi Telegram-da izləyin Oxumağa davam et Reklam Sizə maraqlı gələ bilər Tale Bağırzadə Avropada “nümayəndəlik” açdı - İran proksilərini kimlər himayə edir? Paşinyanın Əliyevə zəngi: İrəvan Bakıdan nə istəyir? İlham Əliyevin tarixi Vaşinqton zəfəri: Azərbaycan müharibə və sülhün qalibidir Vaşinqtondan 1 il sonra: Cənubi Qafqazda yeni eranı kim başladı? Vaşinqtondan sonra Cənubi Qafqaz dəyişdi: Azərbaycanın qurduğu YENİ DÜZƏN Vaşinqton görüşündən bir il keçir: Sülhə gedən yolda nə dəyişdi? Reklam Xəbər lenti Günlük Həftəlik Nəqliyyat10:50 Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşdi Nida Xəbər 10:43 Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində oldu - FOTO/VİDEO MDB10:36 Krasnodara kütləvi PUA hücumu: Ölən və yaralananlar var Dünya10:33 İran Ərbili vurdu Region10:29 Simonyan üçüncü dəfə evlənir: Paşinyan toya gələcək? Elm və təhsil10:22 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Sosial10:15 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi Nəqliyyat10:08 Ermənistanla sərhəddə Naxçıvan dəmir yolunun ilk 7 km-də tikinti işləri aparılır Rəsmi xronika10:01 Prezident Naxçıvanın tarixi abidələrindən danışdı - VİDEO Daha çox Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Yaxın Şərq11 Avqust 13:01 Bəşər Əsədə ölüm hökmü verildi Rəsmi xronika11 Avqust 23:01 Prezident ANONS VERDİ - “Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq" Qoroskop00:00 Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir İdman11 Avqust 23:48 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi Sosial11 Avqust 13:15 Məşhur şadlıq sarayı satışa çıxarıldı Avropa11 Avqust 18:48 Ali Məhkəmənin keçmiş sədri PREZİDENT SEÇİLDİ Maraq dünyası11 Avqust 17:49 Yer kürə şəklində deyil, düzdür - ŞOK İDDİA Rəsmi xronika11 Avqust 23:40 Həmin xətlər Naxçıvana Ermənistan ərazisindən çəkiləcək - Layihə hazırdır Yaxın Şərq11 Avqust 17:07 Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq Banklar 6 Avqust 03:43 Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi Ekologiya11 Avqust 08:49 Dünyanın sonu yaxınlaşır... - Xəbərdarlıq Cənubi Qafqaz10 Avqust 15:35 Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası Sosial6 Avqust 10:54 Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi Yaxın Şərq9 Avqust 13:12 "Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Rəsmi xronika7 Avqust 13:15 Prezidentdən daha bir qərar: Bu ödəniş ləğv edildi Qoroskop7 Avqust 17:49 Onları aldatmaq çətindir: Ən güclü intuisiyaya sahib 5 bürc Ekologiya9 Avqust 18:24 Dünyadakı bütün quşlarla bağlı SİRR AÇILDI - Mahnıları belə oxuyurlar Ekopublika.az5 Avqust 22:18 Mal əti bahalaşdı: bu qiymətə satılır Gündəm Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika09:43 Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO ABŞ09:12 ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı MDB09:00 Xəzər pələngi vəhşi təbiətə qaytarılır Sosial08:36 Bu rayonların bir hissəsi qazsız qalacaq Qadın08:00 Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ İdman06:46 Superkompüter La Liqanın favoritini açıqladı Magazin106:16 51 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO