Nida Təhlil
Müharibədən sonra qazandığımız ən böyük qələbə - 5 ildə nələr baş verdi?
Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunan hərbi parad Azərbaycanın döyüş meydanında qazandığı qələbənin diplomatik masada möhkəmləndirilməsi – legitimləşdirməsinin də simvolu idi. Çünki masada güclü olmağın, bütün diplomatik uğurların arxasında güclü ordu fenomeni dayanır. Azərbaycan XXI əsrin 25 ili ərzində müharibənin və masanın qalibi - döyüşü və sülhü qazanan yeganə ölkəsidir.
44 günlük müharibədən sonrakı 5 il ərzində diplomatik müstəvidə gedən mübarizə müharibənin özü qədər çətin olub. Döyüş meydanına təslim olan Ermənistan ümid edirdi ki, danışıqlar masasında müəyyən nəticələr əldə edə biləcək, yaxud Azərbaycanın müharibədəki qələbəsinin diplomatik müstəvidə rəsmiləşməsinə imkan verməyəcək. Bu prosesdə Ermənistanın həm regionda, həm regiondan kənarda kifayət qədər dəstəkçisi də vardı:
- Avropada Fransa başda olmaqla Azərbaycana qarşı çıxan cəbhə;
- ABŞ-da Ağ Ev və Kapitoli təpəsinin kulislərinə qədər sızan erməni diasporu/lobbisi;
- Ermənistanı “qırmızı xətti” elan edən İran;
- Qarabağda əsrlərdir davam edən separatizmi qorumağa çalışan Rusiya;
- Parisdən Dehliyə qədər uzanan marşrutda Ermənistana verilən silah yardımları və s;
Müharibəni qazanmışdıq, növbə bu qələbəni masada legitimləşdirməkdə idi və güclü orduya malik olan Prezident İlham Əliyevin diplomatiyası Azərbaycanı sülhün də qalibinə çevirdi.
Bakı-İrəvan danışıqları iki istiqamətdə davam edirdi: Rusiya və Qərb masası; Və hər iki masadakı gündəlikdə Azərbaycanın maraqlarına cavab verməyən müəyyən fərqliliklər vardı.
- Rusiya masası: Moskva Zəngəzur dəhlizi və sərhədin delimitasiyasında Bakının istəklərinə adekvat davransa da, Qarabağda qalan erməni əhalisinin burada saxlanılmasına və əsrlərdir davam edən separatizm toxumlarının cücərdilməsinə çalışırdı;
- Qərb masası: Avropa İttifaqı və ABŞ-ın (Bayden Administrasiyası) çətiri altında qurulan masanın gündəliyində Qarabağ məsələsi müəyyən qədər Azərbaycanın maraqlarına uyğun qəbul edilir, lakin Zəngəzur dəhlizinin – Naxçıvana maneəsiz keçidin açılmasına qeyri-adekvat mövqe sərgilənirdi, eyni zamanda, erməni diasporu\lobbisinin dəstəyi ilə erməni separatizminin Xankəndidə qorunması istiqamətində də addımlar atılırdı;
Azərbaycan üçün dilemmaya çevrilən bu mürəkkəb vəziyyətdən çıxmaq çətin görünürdü. Əliyev nəinki bu dilemmativ vəziyyətdən çıxa bildi, həm də hər şeyi Azərbaycanın xeyrinə çevirdi
- Bakı Rusiya və Qərb masasında təşkil olunan diplomatik danışıqlarda paralel şəkildə yer almaqla hər iki masada üstünlüyün İrəvana keçməsinə imkan vermədi;
- 2022-ci ilin əvvəlində Bakı sülh sazişinin bazasını təşkil edən “5 əsas prinsip” təqdim etdi, nəticədə Ermənistan Qərb masasındakı danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağdan rəsmən imtina etdi;
- Ermənistanı Qarabağdan imtina etməyə məcbur edən Bakı bunu Moskva qarşısında fakt kimi irəli sürdü və Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması zərurətini yaratdı;
Artıq hər iki masada – Rusiya və Qərb masasındakı gündəlik böyük ölçüdə Azərbaycanın mövqeyinə uyğunlaşdırılmışdı. Diplomatik masada mübarizənin getdiyi vaxt danışıqlarda mövqeyimizi gücləndirmək məqsədilə hərbi müstəvidə də addımlar atılırdı. Müxtəlif strateji yüksəkliklərə nəzarət bərpa olunur, “Qisas əməliyyatı” və Laçın sərhəd-keçid məntəqəsinin qurulması kimi tədbirlərlə Qarabağdakı separatçılar və dəstəkçilərinin önü kəsilirdi.
2023-cü ilin 20 sentyabrında ordumuzun 24 saatlıq anti-terror əməliyyatı ilə suverenliyimizin bərpa edilməsindən sonra diplomatik masada da vəziyyət tamamilə dəyişdi.
Xankəndidə separatçıların qalmasına qədər sülh danışıqlarını imitasiya edən və xarici oyunçuların dəstəyi ilə regiondakı yeni reallığı dəyişdirə biləcəyini düşünən Ermənistan Azərbaycanın diktə etdiyi gündəliyə uyğun dialoqa başlamağa məcbur oldu. Bu, Qarabağ üzərindən Azərbaycan-Ermənistan danışıqlarına müdaxilə etmək və rəsmi Bakıya təzyiq cəhdlərini də minumuma endirdi. Əliyev danışıqlar prosesinə kənar müdaxilələri tam aradan qaldırmaq üçün daha bir gediş etdi: İrəvana sülh sazişinin mətni təqdim olundu və danışıqlar prosesinin gedişində sərhədin delimitasiyası ilə kommunikasiyanın açılması mətndən çıxarıldı. Çünki:
- Sərhədin delimitasiyası uzunmüddətli proses olduğu üçün sülh sazişinin müzakirəsini çətinləşdirir və imzalanma perspektivini sual altına salırdı;
- Kommunikasiyanın açılması – Zəngəzur dəhlizi məsələsi geosiyasi maraq kəsb etdiyi üçün danışıqlara kənar müdaxilələrə zəmin yaradırdı.
Əliyev bu iki amili əlavə müzakirə mövzusuna çevirməklə həm danışıqları sürətləndirdi, həm də Ermənistanla münasibətlərin müzakirəsini ikitərəfli formata çevirdi. İkitərəfli formatda aparılan danışıqların konkret nəticələri oldu.
1. Delimitasiya prosesi nəticəsində işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədi böyük ölçüdə bərpa olundu, xüsusilə strateji yüksəkliklərə nəzarət sərhədboyu ərazidə ordumuza üstünlük qazandırdı;
2. Qazaxın işğal altında olan kəndlərindən 4-ü bir güllə belə atılmadan azad olundu, anklav olan kəndlərin qaytarılması isə delimitasiya prosesinə daxil edildi;
3. Azərbaycanın haqlı tələbləri – ATƏT-in de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure buraxılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması – aktuallaşdırıldı və rəsmi İrəvan tərəfindən qəbul olundu;
4. Və ən əsası masada sülh sazişinin müzakirəsi Azərbaycanın diktəsi ilə həyata keçirildi.
Bunun fonunda Əliyev regional və qlobal çağırışlara uyğun siyasi xətti izləyirdi, ABŞ-da prezident seçkiləri zamanı tutduğu mövqe bu prosesdə xüsusilə əhəmiyyətli idi.
Bayden Administrasiyasının Cənubi Qafqazda Ermənistan vektorlu siyasəti ABŞ-Azərbaycan münasibətlərində kəskin problemlər yaratmışdı. ABŞ-dakı seçkilərdə Baydenin xələfi Harrisin qalib gəlməsinə Cənubi Qafqazdakı reallıqları dəyişdirə bilmək imkanı olaraq baxan Ermənistan, eləcə də erməni diasporu/lobbisi demokratları dəstəkləyəndə Əliyev Trampa siyasi dəstək verir, administrasiyası ilə münasibətlərin təməlini atırdı. Seçkinin nəticəsi Bakının gözlədiyi kimi oldu və Trampın seçilməsi ilə vəziyyət dəyişdi.
- ABŞ Baydendən qalma Ermənistan vektorlu siyasətə korektlər etdi;
- Trampın “Vaşinqton bataqlığı”nı qurutmaq siyasəti erməni diasporu/lobbisinin Ağ Evə təsirini azaltdı;
- ABŞ-Azərbaycan münasibətləri düz xəttə çıxdı.
8 avqust Vaşinqton görüşü və imzalanan sənədlər bunun məntiqi nəticəsi hesab oluna bilər. Sülh sazişi paraflandı və Bakının tələbləri qəbul olundu: Minsk qrupu de-yure ləğv edildi, Zəngəzur dəhlizi (TRİPP) rəsmiləşdi, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı qərar verildi (Paşinyanın Vaşinqton görüşündən sonra elan etdiyi “dördüncü respublika” konsepsiyasında bu nəzərdə tutulur);
Azərbaycan müharibəni və sülhü qazandı, bu baxımdan, hərbi parad xüsusi əhəmiyyət daşıyırdı. Eyni zamanda, rəsmi Bakı bu paradda sülhə qarşı mümkün addımlara qarşı adekvat addımlar atacaq hərbi gücünü də nümayiş etdirdi.
Asif Nərimanlı
-
Nida Xəbər 00:45Alyona Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi - FOTO
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu syal sizi düşündürə bilər
-
Nida Xəbər 8 Noyabr 23:24Leyla Əliyevadan Zəfər Günü ilə bağlı paylaşım - VİDEO
-
Magazin18 Noyabr 23:12"Evimdə məndən çox onlar yaşayır"
-
Kriminal8 Noyabr 23:00Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş... - TƏFƏRRÜAT / VİDEO
-
ABŞ8 Noyabr 22:48Trampın uşaqlığı keçən ev görün neçəyə satılır - FOTO
-
Sosial8 Noyabr 22:12“Cənab Prezident, xanımımın sizə salamı var…” - VİDEO
-
İdman8 Noyabr 21:50Hidayət Heydərovdan Zəfər günündə MÖHTƏŞƏM QƏLƏBƏ














.jpg)












.jpg)







.jpg)