Nida Təhlil
Münxendə Əliyevə təxribatçı sual verən Safaryanı ora kim göndərib? - DETALLAR
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələri zamanı Prezident İlham Əliyevə sual verən Stepan Safaryan Nikol Paşinyanın tərəfdarlarındandır. 2018-ci ildən sonra daha aktiv siyasi fəaliyyətə başlayan Safaryan əsasən Paşinyan hakimiyyətinin kursuna uyğun çıxışları ilə tanınır.
İstisna deyil ki, Safaryanı Münxenə göndərən və Əliyevə verilən sualları hazırlayan Ermənistan hakimiyyətidir. Sualların mahiyyəti də bunu deməyə əsas verir. Erməni ekspert Azərbaycan prezidentindən iki məsələni soruşur, daha dəqiq desək, mövqe irəli sürür.
Birincisi, Ermənistanın mövcud konstitusiyasının yekun sülh müqaviləsinin imzalanmasına maneə olmamasıdır. Safaryan iddia edir ki, Azərbaycanı narahat edən Ermənistanın Müstəqillik Bəyannaməsi artıq qüvvədə deyil, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı olub.
İkincisi, Ermənistanın “sülh qovşağı”nı mühüm təşəbbüs kimi təqdim edir. İddia edir ki, ABŞ-ın hər iki administrasiyasının (Bayden dəstəkləsə də, Tramp administrasiyasının yanaşması fərqli olub) dəstəklədiyi bu layihə bütün təşəbbüsləri - İpək yolu, Transxəzər, “Bir kəmər bir yol” - tənzimləyir.
Hər iki məsələ rəsmi İrəvanın “mətbəxi”ndə hazırlanıb.
- Ermənistan hakimiyyəti seçkiyə qədər yekun sülh müqaviləsini imzalamaq istəyir və iddia edir ki, mövcud konstitusiya – Bakının narazılığına səbəb olan müstəqillik bəyannaməsi sazişin imzalanmasına maneə deyil. Paşinyan da bildirdi ki, seçkidən öncə müqavilənin imzalanması məqsədi hökumətin gündəliyinə daxil edilib.
- “Sülh qovşağı”nı regional kommunikasiyanın açılmasında əsas layihə kimi qəbul etdirməyə çalışan İrəvanın iki ana hədəfi var:
a) Zəngəzur dəhlizinə bu layihə çərçivəsində daha çox nəzarət edə bilmək, “suverenlik prinsipini” gücləndirmək;
b) Cənubi Qafqazın bütün kommunikasiyasını Ermənistan üzərində birləşdirməklə regionun əsas tranzitinə çevrilmək;
Bayden Administrasiyası regional kommunikasiyanın açılmasında Paşinyanın “sülh qovşağı” təşəbbüsünə dəstək verirdi və “yanlış ata oynamaq”la itirən tərəfə çevrildi. Tramp Baydenin yanlışını təkrar etmədiyi üçün regionda qazanan tərəf oldu. TRİPP layihəsi də Bakının istəklərinin qəbul edildiyi üçün baş tutdu. Paşinyan isə TRİPP-i qəbul etsə də, bütün kommunikasiya xətlərini “sülh qovşağında birləşdirmək niyyətindən imtina etməyib və bu layihəni müxtəlif platformalarda zaman-zaman gündəmə gətirir.
Safaryanın Prezident İlham Əliyevə ünvanladığı sual/mövqe də Münxendə diqqəti “sülh qovşağı”na və Ermənistanda parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanmasına yönəltməyə hesablanmışdı. Rəsmi İrəvan bununla beynəlxalq ictimai rəyi öz maraqları istiqamətində formalaşdırmağa çalışır.
Bu kontekstdə erməni nümayəndənin sualının təxribat xarakterli olduğu aydın görünürdü. Prezident İlham Əliyev də Ermənistan hakimiyyətinin niyyətinə adekvat cavab verdi.
Prezident “Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz” deməklə Ermənistan hakimiyyətinin iddialarının hüquqi baxımdan əsassız olduğunu göstərdi və mövcud konstitusiya dəyişmədən sülh sazişinin imzalanmayacağı mesajını bir daha çatdırdı. “Sülh qovşağı” ilə bağlı dediyi “Prezident Tramp vəzifəyə qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü, daha sonra Bayden kimi prezident gəlsə, o, sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək” sözləri isə incə diplomatiya hesab oluna bilər.
Əliyev göstərir ki, “sülh qovşağı” Baydenin layihəsidir”: bununla ABŞ Administrasiyasına Ermənistanın təşəbbüsünün problemli olduğunu çatdırır və Trampa “Paşinyan TRİPP-i qəbul etsə də, hələ də Baydenin dəstəklədiyi layihə haqda düşünür” mesajını verməklə “sülh qovşağı”na mümkün dəstəyi arxa plana keçirir.
Asif Nərimanlı
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq

























.jpg)










