Nida Təhlil
Qardaşlıqdan strateji müttəfiqliyə: Dünyada bənzəri olmayan əməkdaşlıq modeli
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycan-Türkiyə münasibətlərini “dünyada bənzəri olmayan qardaşlıq və müttəfiqlik modeli” kimi xarakterizə etməsi iki ölkə arasında strateji əməkdaşlığın regional və qlobal əhəmiyyətini bir daha ön plana çıxardı.
Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Publika.az-a açıqlamasında dövlət başçısının bu fikirlərini şərh etdi.
O bildirdi ki, Prezident İlham Əliyevin bəhs etdiyi strateji əməkdaşlıq modeli təkcə Azərbaycan və Türkiyə arasında münasibətlərin nümunəsi deyil, eyni zamanda regionda siyasi balansın və təhlükəsizlik arxitekturasının formalaşmasında əsas amillərdən biridir:
“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dünyada bənzəri yoxdur. Bu münasibətlər bütün dünya üçün nümunə götürülməlidir. Həm strateji, siyasi, hərbi, iqtisadi, həm də mədəni sahələrdə münasibətlərimiz son dərəcə yüksək səviyyədədir. Xalqlarımız arasındakı münasibətlər də olduqca möhkəm və nümunəvidir. İki ölkə arasındakı əməkdaşlıq region üçün böyük əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan qardaşlığı ilə yanaşı, müttəfiqlik münasibətləri də rəsmi xarakter aldı.
Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentləri tərəfindən də təsdiqlənib. Bu sənəd vasitəsilə iki qardaş ölkə arasındakı strateji və müttəfiqlik münasibətləri hüquqi müstəviyə keçirildi. Türkiyə və Azərbaycan regiondakı siyasi və iqtisadi prosesləri müəyyən edən iki mühüm dövlətdir".

Hulusi Kılıç qeyd etdi ki, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı üzv ölkələrindəndir. Buna görə də Türkiyə-Azərbaycan qardaşlığı həm regional, həm də qlobal miqyasda böyük əhəmiyyət daşıyır:
“Bunun ən bariz nümunəsini Ermənistan ilə Azərbaycan arasında sülh prosesi zamanı görürük. Türkiyə bəyan edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalandığı təqdirdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atacaq. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Azərbaycanla məsləhətləşmələr əsasında həyata keçirilir.
Buna görə də Türkiyə və Azərbaycan qarşıdakı dövrdə də regiondakı siyasi prosesləri və əsas dinamikaları müəyyənləşdirən ölkələr olacaqlar. Biz "Bir millət, iki dövlət" deyirik. Lakin lazım gəldikdə "Bir millət, bir dövlət" anlayışı ilə də hərəkət edirik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.
Müəllif: Roza Şəfiyeva
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır






















.jpg)





.jpg)








