Nida Xəbər
Cavid Qurbanov: “Bilsəm ki, avtomat götürüb Şahbaz və Dilqəmi azad edə bilərəm…”
“Şahbaz və Dilqəm nə ediblər ki? Öz torpaqlarına gediblər də… Bu adamlar orada qeyri-qanuni heç nə etməyiblər”.
Publika.az xəbər verir ki, bunu jurnalistələrə
açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət
vəkili Cavid Qurbanov deyib.
Kəlbəcərdən seçilən millət vəkili kəlbəcərli girovlar Şahbaz və
Dilqəmdən danışaraq deyib ki, özü şəxsən bu işlə ciddi
məşğuldur:
“Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Hələlik düzgün
olmayan həqiqət ermənilərin tərəfindədir. Bu adamlar da Şahbaz və
Dilqəm risk edib vətənlərinə getdilər və tutuldular. Mən özüm bu
işlə məşğul oluram. Amma bəzi şeylər var ki, bunları açıqlamıram.
Cənab prezident də özü bu işlə xüsusi məşğuldur. Cənab prezident
Putinin və Sarkisyanın yanında da bu məsələni qaldırdı. Mən
iş-gücüm ancaq onun ailəsinə kömək etməkdir. Bilsəm ki, mən, 2-3
adam avtomat götürüb gedib Şahbaz və Dilqəmi azad edəcəyik, gəlin
gedək. Bununla məsələ düzəlir? Bunu siyasi yolla həll etmək
lazımdır. Bunu da ölkə prezidenti ən yüksək səviyyədə
səsləndirib”.
C.Qurbanov qeyd edib ki, özü də Dilqəm və Şahbaz məsələsi
ilə məşğul olur:
“Bu işlə Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və mən
məşğulam. Mən bunu reklam etmirəm. . Bütün hər şey hesablananda
təhlükəsizliyin əsas götürülməsinə hesablanır. Bir insan həyatının
qiyməti yoxdur, bəlkə də milyardlara bərabərdir. Sülh yolu ilə
münaqişə öz həllini tapsa daha yaxşı olar. Əgər sülh olmasa biz
özümüz sülhü almalıyıq. Azərbaycan da bəyan edib ki, bizim də
səbrimizin tükənmə həddi var”.
Vasif Həsənli
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var
-
Səhiyyə4 Dekabr 21:48Tibb bacısı huşunu itirən xəstəni BELƏ SOYDU
-
Hadisə4 Dekabr 20:24Azərbaycanda vəkil məhkəmədə DÖYÜLDÜ
-
Magazin24 Dekabr 18:48Cenifer Lopez ona həsr etdiyi xatirə döyməsini də SİLDİRDİ










.jpg)
























