Nida Xəbər
Ziyafət Əsgərov: “Hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır”
Azərbaycan Milli Məclis sədrinin birinci müavini Zİyafət Əsgərov bəzi deputatların fikirlərinin ictimaiyyətdə sərt reaksiyalara səbəb olmasına münasibət bildirib.
Ziyafət Əsgərov APA-ya müsahibəsində bildirib ki, hər şeydən əvvəl hər bir şəxs, hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır.
“Düzdür bizim “Deputatın statusu haqqında” qanuna görə deputat Milli Məclisdə dediyi sözə görə məsuliyyət daşımır, amma insanın hüquqi məsuliyyəti ilə yanaşı daxili məsuliyyəti də var. Hər bir şəxs dediyi sözə görə məsuliyyət daşımalıdır. Həmkarlarıma da xahiş edirəm ki, danışanda, çıxış edəndə, xüsusilə mətbuata müsahibə verəndə hər hansı fikri deyəndə əvvəlcə yüz ölçüb bir biçsinlər. Məsələn, mən bu fikri deyirəm, bu fikir necə yozula bilər, nə cür qəbul oluna bilər və sair. Ona görə də danışanda diqqətli olmalıdırlar”. Z. Əsgərov onu da qeyd edib ki, bəzi media mənsubları var ki, deputatların müsahibələrində mexaniki anlaşılmazlıqdan istifadə edirlər: “Deputat mexaniki yanlışlığa yol verəndə jurnalist də onu istədiyi yerə yozmasın. Bilirsiniz, şükür Allaha, cəmiyyətimizdə indi əmin-amanlıq var, həmrəylik var. Bu həmrəyliyi möhkəmləndirmək lazımdır. Amma təəssüf ki, bizim bəzi qələm adamları bir deputatın ayaqüstü müsahibəsində mexaniki ağzından çıxan sözdən tutub onu yozurlar və belə anlaşılmazlıq yaranır. Amma təbii ki, hər bir deputat həm əməlində, həm də danışığında diqqətli və dürüst olmalıdır, xalqına və dövlətinə xidmət etməlidir!”.
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ














.jpg)

.jpg)


















