Nida Xəbər
Ermənistana bu gün verilən raketlər on il əvvəl ordumuzun silahlanmasına qəbul edilib - Ramaldanov
“Ermənistan silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan “Kornet E” tankəleyhinə raket komplekslərinin (TƏRK) daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz”.
Publika.az xəbər verir ki, bu fikri Ermənistan mətbuatının “Kornet E” tankəleyhinə raket alınması ilə bağlı yaydığı məlumatı şərh edərkən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, bu məlumatın özü də yeni deyil. Erməni tərəfi buna bənzər xəbərləri vaxtaşırı yeni məlumat kimi təqdim etməklə bu ölkənin korrupsiyaya bulaşmış hərbi rəhbərliyinin qeyri-qanuni fəaliyyətini ört-basdır etmək və bir növ bəraət qazandırmağa çalışır.

"Hələ 2015-ci ilin yayında Rusiyadan alınan 200 milyon dollar
məbləğində hərbi kredit bu günədək Ermənistana tam şəkildə təqdim
edilməyib. Bu cür hərbi kreditlər almaqla Ermənistan rəhbərliyi
onsuzda bərbad durumda olan ölkə iqtisadiyyatını daha böyük maliyyə
böhranına düçar edir və nəticədə vəziyyətdən çıxmaq üçün ölkənin
sənaye müəssisələrini Rusiyadan asılı vəziyyətə salmaq
məcburiyyətində qalır.
Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan tərəfinin yeni
silahlar alması barədə mediada istənilən məlumat veriləndən dərhal
sonra Ermənistan mətbuatı da yeri gəldi-gəlmədi buna bənzər xəbərlə
çıxış edir.
Keçən əsrin 80-90-cı illərində istehsal edilən “Kornet” TƏRK-ləri
əgər Ermənistan ordusunun silahlanmasına indi daxil edilirsə, bu
silah növü hələ 10 il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində
mövcud idi və ordumuzun keçirdiyi təlimlərdə də həmin silahlardan
dəfələrlə istifadə olunub. Hətta onu da deyim ki, Azərbaycan
Silahlı Qüvvələrində bu nəsil silahların yeni modifikasiyaları da
var. Özü də arsenalımızda olan həmin silahlar keyfiyyət və kəmiyyət
baxımından daha üstün gücə malikdir".
Ekspert onu da vurğulayıb ki, Ermənistandakı “Kornet E”
kompleksləri bölgədəki qüvvələr balansına heç cür təsir etmək
imkanına malik deyil.
"Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
Ordumuzun silahlanmasına külli miqdarda maliyyə vəsaiti ayrılır.
Hərbi sənaye sahəsində böyük təcrübəyə malik müxtəlif dövlətlərdən
dəqiq zərbə endirmə və dağıdıcı qüvvəyə malik silah-sursat, hərbi
texnika və döyüş vasitələri alınır. Məhz bu amil işğalçı dövləti
qorxu içərisində saxlayır. Düşmən tərəfi çox yaxşı anlayır ki,
gec-tez torpaqlarımızı tərk etməyə məcbur olacaqlar. Bu, nə qədər
tez baş verərsə, Ermənistan dövləti və onun əhalisi üçün bir o
qədər məqbul olar".
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki























.jpg)
.jpg)





