Nida Xəbər
Baba Vəziroğlu: Bu gün Azərbaycanda bizim canlı şahidliyimizlə yeni bir tarix yazılır
Ulu öndər Heydər Əliyev yaddaşlarda Azərbaycan mədəniyyətinin, incəsənətinin böyük himayədarı kimi də qalıb. Heydər Əliyev bu sahəyə qeyri-adi sevgi ilə bağlı olan bir insan idi. Onun böyüklüyü, bənzərsizliyi də bu idi. Sənət adamlarımız Ümummili liderin xüsusi diqqət və qayğısını, həssas münasibətini bu gün də qürur və fəxrlə xatırlayır, Ulu öndərin əziz xatirəsini məmnunluqla anırlar.
Əməkdar incəsənət xadimi, nəğməkar-şair Baba Vəziroğlu"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə dövlətin mədəniyyətə göstərdiyi diqqət və qayğıdan danışıb.
B.Vəziroğlu Ümummilli liderə həsr olunan "Xalq Heydər söyləyəcək" mahnısının ərsəyə gəlməsi haqqında xatirələrini bölüşüb:
"Bu mahnını 1998-ci ildə bəstəkar dostum Kamalla Ulu öndərimiz Heydər Əliyevin 75 illiyinə həsr etdik. Nəğmə həm Azərbaycanın xilaskarı kimi tarixi missiyanı daşıdığına görə, həm də bir insan kimi Heydər Əliyevə olan sevginin təzahürü idi. 90-cı illərin əvvəllərində müharibə şəraitində olan, torpaqlarının 20 faizi itirilən, iqtisadiyyatı dağılan, az qala vətəndaş müharibəsinin astanasında olan Azərbaycana rəhbər gəlmək ancaq tarixi missiya ola bilərdi. Heydər Əliyev məhz belə bir çətin və məsuliyyətli dövrdə, dar gündə bizim imdadımıza çatdı".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
