Nida Xəbər
Türkiyədə Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə ETİRAZ
İstanbul Türkiyə-Azərbaycan Kültür və Həmrəylik Dərnəyi (İSTAD) işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə etiraz əlaməti olaraq bəyanatla çıxış edib.
Diaspora Komitəsindən Publika.az-a verilən məlumata görə, dərnəyin rəhbəri Səfər Qaraqoyunlunun imzası ilə yayılan bəyanatda bildirilir ki, işğalçı Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı törətdiyi təxribatlar, Suriyadan sonra Livandakı erməniləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsində yerləşdirmək cəhdi beynəlxalq hüquq normalarına ziddir və yolverilməzdir.
Sənəddə qeyd edilib ki, İSTAD Azərbaycana, o cümlədən bütün türk dünyasına qarşı edilən bu haqsızlığa göz yuman dünya ictimaiyyətini və beynəlxalq təşkilatları şiddətlə qınayır. Azərbaycanın əzəli torpaqlarının 20 faizinin uzun illərdir Ermənistanın işğalı altında qaldığı, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi amansız soyqırımı faktının hər kəsə bəlli olduğu vurğulanıb.
İSTAD dünya birliyini Ermənistandan dərhal bu işğala son verməsini tələb etməyə çağırıb və Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasının vacibliyini xatırladıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
