Nida Xəbər
Dövlətlərarası Aviasiya Komitəsindən Qarabağla bağlı BƏYANAT
Dövlətlərarası Aviasiya Komitəsi (IAC) raket və digər silahlanma növlərindən istifadə edilməklə Dağlıq Qarabağdakı yaranmış vəziyyətlə əlaqədar beynəlxalq uçuşları həyata keçirən təyyarələrin, onların uçuş heyətləri və sərnişinlərinin, habelə yerdəki mülki obyektlərin təhlükəsizliyi ilə bağlı dərin narahatlığını bildirir.
Publika.az xəbər verir ki, IAC bəyanatında yaranmış vəziyyətlə əlaqədar qısa müddətdə aşağıdakıları etməyi təklif edir:
- münaqişə zonasında silahların taktiki və texniki xüsusiyyətləri nəzərə alınmaqla beynəlxalq hüquq normalarının qeyd-şərtsiz yerinə yetirilməsinə və mülki hava gəmilərinin hava hücumundan müdafiə vasitələri ilə vurulmasının qarşısının tam alınmasına, habelə mülki obyektlərin və aerodromların raketlər və digər vasitələrlə məhv edilməsinə qarşı yönələn bir sıra tədbirlər görmək;
- beynəlxalq uçuş sahələrində təhlükəsizliyi təmin etmək üçün müvafiq hava naviqasiya xidməti təminatçıları və Müdafiə Nazirlikləri ilə koordinasiya və qarşılıqlı əlaqəni təmin etmək;
- Cənubi Qafqaz bölgəsindən uçuşlar yerinə yetirən aviaşirkətlərin mülki təyyarə reyslərinin münaqişə zonaları üzərində və ya yaxın ərazilərdə təhlükəsizliyini təmin etmək üçün risk faktorlarını qiymətləndirmək və risk zonalarından qaçmaq üçün müvafiq bildirişləri ciddi şəkildə izləmək və yerinə yetirmək;
- Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) çərçivəsində yaranmış münaqişə vəziyyətləri vaxtında həll etmək, həmçinin mülki aviasiya təyyarələri üçün təhlükə yaradan, eyni zamanda, ICAO-nun mülki aviasiya və bütövlükdə aviasiya təhlükəsizliyi sahəsində tövsiyələri və qərarlarının düzgün yerinə yetirilməsinə nəzarət etmək üçün aidiyyəti dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən daimi fəaliyyət göstərən bir qurum yaratmaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
