Nida Xəbər
Türkiyə nümayəndə heyəti Bərdə və Tərtərə getdi
Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Tərtər və Bərdə rayonlarına gəlib.
Nümayəndə heyəti cəbhə bölgəsində yerləşən Tərtərin mərkəzi küçələrində və Şıxarx qəsəbəsində Ermənistan silahlı qüvvələrinin top, qrad və raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.
Nümayəndə heyətinə məlumat verilib ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb.
Türkiyə Böyük Millət Məclisinin hüquq komitəsinin sədri H.Çavuşoğlu bildirib ki, Ermənistan ərazisindən Tərtər rayonu məqsədli şəkildə ballistik raketlər və artilleriya atəşə tutulub. Nəticədə 3 mindən çox mülki obyektə ziyan deyib. 17 nəfər mülki şəxs ölüb.
Həmçinin bildirilib ki, belə müharibə cinayətlərindən biri də Bərdədə törədilib. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş silahlarla atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb. Ümumilikdə Bərdə rayonunda 31 nəfər ölüb".
Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin ailə üzvləri də görüşüblər. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
